Mövzu ətraf müHİTİn piSLƏŞMƏSİ SƏBƏBİNDƏn dəYƏn ziyanlar



Yüklə 400,25 Kb.
səhifə1/6
tarix10.12.2023
ölçüsü400,25 Kb.
#139356
  1   2   3   4   5   6
M 8

MÖVZU 8. ƏTRAF MÜHİTİN PİSLƏŞMƏSİ SƏBƏBİNDƏN DƏYƏN ZİYANLAR

  • 8.1. Təbii mühitə dəyən ziyan və onun qiymətlən­di­rilməsi.
  • 8.2. İqtisadi ziyanın təsnifatı.
  • 8.3. Ekoloji təyinatlı ziyanların həc­minin təyin olunması.
  • 8.4. İqtisadi ziyanların tərkib hissələri.
  • 8.5. Ətraf mühitin pisləşməsi səbə­bin­dən iqtisadi ziyanların təyin edil­mə­si metodikası.

8.1. Təbii mühitə dəyən ziyan və onun qiymətlən­di­rilməsi.


1. Təbii resursları hasil edərkən dəyən ziyan, itkilərə yol verilməsi. Mineral xammal hasilatında – neft, qaz, filiz və s. meşə materialları emalında, sudan, meliorasiyada torpaqdan istifadə.Torpağın, suyun, ətraf mühitin çirkləndirilməsi, erroziya, havaya zərərli maddələr buraxılması, külək, dolu, sel, iqlim dəyişməsi və s.
2. Bitki və heyvanların xəstəlikləri və həm də xəstəlik və zərərvericilərlə mübarizə vaxtı dəyən ziyan (dərman preparatları, bioloji mübarizə vaxtı kimyəvi, maddə və gübrələrdən istifadə zamanı ziyan)
3. Okean, dəniz, çaylar, meşələrdən səmərəsiz istifadə nəticəsində dəyən ziyan (zərərli maddələr) axıdılması.
4. Atom və nüvə silahlarından istifadə vaxtı dəyən ziyan
5. Əhalinin resurslardan düzgün istifadə etməməsi və bunun nəticəsində dəyən ziyan.
Antropogen (texnogen) və tibbi (vulkan, tayfun, qa­­­­sır­ğa və s.) amillər sayəsində ətraf mühitin çir­k­lən­mə­si baş ve­rir, yəni təbii tarazlıq pozulur və bu ətraf mü­hi­tin key­fiy­yətinə mənfi təsir göstərir.
Daha doğrusu, ətraf mü­­­hitin bərk, maye, qaz maddələrlə, mik­roor­qa­nizm­lər­lə və enerji ilə (şüalanma, səs-küy) çirklənməsi baş ve­rir, bu isə in­san­la­rın sağlamlığına, floraya, faunaya, eko­sis­­­temlərə və bü­töv­lükdə biosferə mənfi təsir göstərir.

Tə­­­biətdən istifadə iq­tisadiyyatının öyrənilmə prosesində aşa­­­ğıdakı kate­qo­ri­ya­ların (anlayışların) mənasının açı­l­ma­­­sına ehtiyac ya­ra­nır:


“iqtisadi ziyan”,
“zahiri ef­fekt­lər”,
“ictimai rifah” və s.
Ekoloji ziyanın natural rəqəmlərlə ölçülməsinə ətraf mühitin çirklənməsi, təbii ehtiyatların tükənməsi, məhv olması, təbii obyektlərin, aqroekosistemlərin zədələnməsi, ekoloji əlaqələrin dağılması, təbii mühitdə və aqroekosistemdə ekoloji balansın pozulması aiddir.
Ekoloji ziyanın dəyər formasında ifadəsi dedikdə aqroekosistemin pozulmuş vəziyyətinin bərpasına çəkilən xərclər, zədələnmiş və ya istifadə olunmuş təbii elementlərin dəyəri, və yaxud itirilmiş mənfəəti, istifadə olunan aqroekosistem hisssəciklərinin istifadədən çıxması nəticəsində əldə olunmamış gəlirlər və s. başa düşülür.
Ekoloji ziyan dedikdə bütövlükdə ekosistemə və ya onun ayrı-ayrılıqda hissələrinə dəyən ziyan başa düşülür. Ekoloji ziyan həm natural ölçüdə həm də dəyərlə ifadə oluna bilər.
ehtimal üzrə yanaşma;
hissələr (hissələr üzrə) yanaşma;
kompleks yanaşma;
resurs (təbii ehtiyat) üzrə yanaşma
  • Ekoloji ziyanın qiymətləndirməsinin əsas metodoloji yanaşmaları aşağıdakılardır:

Yüklə 400,25 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin