Mikroorqanizmlərin inkişaf mərhələləri və kinetikası
Məlumdur ki, mikroorqanizmlər təzə qidalı mühitə düşdükdə dərhal bölünmür. Bu fazanı laqfaza adlandırırlar2. Bu mərhələdə əkin materialı yeni mühitə uygunlaşmağa başlayır. Ferment sistemi aktivləşir, lazım gələrsə yeni ferment sistemi sintez olunur, hüceyrə yeni nuklein turşusu və digər birləşmələr sintez etməyə başlayır. Bu fazanın davametmə müddəti mikro- orqanizmələrin fizioloji xüsusiyyətindən, qida mühitinin tərki bindən, becərilmə şəraitindən asılıdır. Bu fərqlilik nə qədər az və ya nə qədər çox olarsa bu faza o qədər qısa olar
II faza - inkişaf fazası adlanır. Bu faza hüceyrələrin bölünməsinin başlanması, populyasiyanın ümumi kütləsinin və materialın inkişaf sürətinin daim artması ilə xarakterizə olunur. Bu faza davamedici deyildir.
Sonra loqarifm və ya eksponensial faza olan III faza başlayır. Bu fazada hüceyrələr maksimal dərəcədə sürətlə artır, əmələ gələn hüceyrələrin əvvəlki və sonrakı nəsli arasındakı interval daimi olur. Hüceyrələrin loqorifm ədədi zamandan xətti asılı olur. Mikroorqanizmlərin belə sürətlə bölünməsi və artması nəticəsində qida mühitində lazım olan qida məddələrinin azalması baş verir. Bu da orqanizmlərin inkişaf sürətinin zəifləməsinə səbəb olur. Bundan başqa mühitdə metabolizm məhsulları toplanmağa başlayır və onun müəyyən qatılığı maddələr mübadiləsinin biokimyəvi proseslərinin getməsinə mane olur. Bəzən qida mühitində o qədər hüceyrə toplanır ki, yeni nəsil üçün yer qalmır. İnkişaf sürəti, bölünən hüceyrələrin sayı azalır və IV fazada inkişafın zəifləməsi başlayır.
V faza stasionar faza adlanır. Canlı hüceyrələrin kütləsi və miqdarı maksimum həddə çatır. Yeni əmələ gələn hüceyrələrlə ölənlərin sayı bərabərləşir.
Müəyyən müddətdən sonra bu bərabərlik pozulur və ölən hüceyrələrin sayı artmaqla VI faza başlayır. Bu faza bölünmənin inkişaf fazası adlanır.
Hüceyrənin inkişaf dövrü VII faza ilə başa çatır. Bu faza mikroorqanizmin ölməsi və avtolizi ilə xarakterizə olunur. Bu fazaya məhv olma fazası deyilir. Bu fazada hüceyrənin biokütləsi azalır ki, bu da ehtiyat qida maddələrinin olmaması ilə izah olunur.
İstənilən mikroorqanizmin inkişafı üçün aşağıdakılar lazımdır:
1) həyat qabiliyyətli əkin materialı;
2) karbon və enerji mənbəyi;
3) biokütlənin sintezi üçün qida məddələri;
4) inkişaf ingibitorlarının (inkişafa mane olan) olmaması;
5) lazım olan fiziki-kimyəvi şərait (temperatur, mühitin pH-ı, oksigenin olub olmaması).
Əgər bu tələblər ödənilərsə onda birhüceyrəli mikroorqanizmlərin inkişaf sürəti, binar bölünmədə yaxşı qarışdırılmış fasiləli şəraitdə mikrob kütləsinin qatılığı ilə proporsional ola- caqdır. Bu, aşağıdakı düsturla ifadə olunur:
Burada: dx/dt - inkişaf sürəti;
μ - proporsional əmsal; x - biokütlənin qatılığı.
Əgər μ sabit olarsa mikroorqanizmlərin belə inkişafını eks- ponensial və ya loqarifmik adlandırırlar. Mikoorqanizm kütlə- sinin tərkibi ilə ətraf mühit şəraiti sabit olarsa, onda bu özünü doğrultmuş olur.
Dostları ilə paylaş: |