Биринҹи фәсил



Yüklə 8,85 Mb.
səhifə60/65
tarix08.03.2020
ölçüsü8,85 Mb.
#102266
1   ...   57   58   59   60   61   62   63   64   65

ƏHDƏ VƏFA


Əhdə vəfa etmək şəri və fiqhi baxımdan vacib, etməmək isə haramdır.

Qadınla kişi arasında bağlanılan nikah ilahi bir əhddir. Qadın və kişi onu bütün mümkün yollarla qorumalıdır.

Ailədə ərin arvada, arvadın ərə və ya onların hər ikisinin övladlarına verdikləri söz bir növ əhd sayılır. Təbii ki, bu əhdə vəfa qılmaq vacib, ondan boyun qaçırmaq isə haramdır.

Quranda buyurulur:

«Əhdə vəfa edin. Çünki (insan) əhd barəsində (qiyamət günü) cavabdehdir»3.

Əmanətdarlıq və əhdə vəfa möminin xüsusiyyətlərindəndir.

«O möminlər ki, əmanətlərini əhdlərini qoruyub saxlayarlar».4

İmam Səccad (ə) dinin bütün tapşırıqlarının üç şeydə ‒ haqq söz, ədalətli hökm və əhdə vəfada cəm olduğunu buyurur.1

İmam Sadiq (ə) buyurur: «Dünya və axirətdə heç bir kimsə üç şey üçün üzr (bəhanə) gətirə bilməz: pis və ya yaxşı insana qarşı əmanətdar olmaq, mömin və qeyri-möminlə bağladığı əhdə vəfa qılmaq, pis və ya yaxşı olmalarına baxmayaraq, ata-anaya yaxşılıq etmək.»2

Həzrət Peyğəmbər (s) buyurur: «Əhdinə vəfa qılmayan şəxs dinsizdir».

Həzrət Rza (ə) buyurur: «Biz həzrət Peyğəmbərin (s) vədəni borc bildiyi kimi bilən Əhli-beytik».3

MƏSLƏHƏTLƏŞMƏ


Ev hər kəsin öz rəyini yeritdiyi hərc-mərclik və ya yalnız bir nəfərin rəyi hakim olduğu, diktatura hökm sürən bir dövlət kimi olmamalıdır.

Məsləhətləşmənin bir çox faydaları vardır. Əgər qadın və kişi ev işlərində bir-birləri ilə, ağılı kəsən övladları ilə və ya onlardan daha çox təcrübələri olan böyüklərlə məsləhətləşərlərsə, bu onların dünya və axirətlərinin xeyrinədir.

Məsləhətləşməyə çox diqqət yetirin. Digərlərinin fikir və təkliflərinə diqqətsizlik etməyin. Öz ailənizdə belə bir adət yaradın. Qoy hamı bir-biri ilə məsləhətləşərək, təhlükələrdən amanda qalsın.

Quranın «Ali-İmran» surəsinin 159-cu, «Şura» surəsinin 36-38-ci ayələrində bu məsələyə xüsusi diqqət yetirilmişdir.

Məsləhətləşmək, əslində, Qurana tabe olmaq, problemləri həll etmək və təhlükə səddini aşmaqdır.

İmam Sadiq (ə) buyurur: «Həyati məsələlərdə Allahdan qorxan kimsələrlə məsləhətləş»;4 «Üç şey insanın belini qırır: əməli böyük görmək, günahı unutmaq və öz rəyinə güvənmək».1

Əli (ə) buyurur: «Yalnız öz fikri ilə iş görən şəxs özünü təhlükəyə atır».2

Məsləhət verən şəxs qarşı tərəfə doğru yolu göstərməli və ona xəyanət etməməlidir.

Əli (ə) buyurur: «Məsləhət verdiyi zaman müsəlmanlara xəyanət edən şəxsə nifrət edirəm».3

TƏVAZÖKARLIQ


Təvazökarlıq əxlaqi, insani və islami bir vəzifədir. O, özünü tanımağın şirin meyvəsidir.

Özünü Tanrının bəndəsi hesab edən, yararlandığı nemətlərin Onun tərəfindən bəxş edildiyini bilən, hamının özündən yaxşı olduğunu düşünən və camaatı Allahın bəndəsi hesab edən şəxs təvazökarlıq içində qərq olmuşdur.

Öz həyat yoldaşını Allahın bəndəsi hesab edən, övladlarının Haqqa məxsus olduğunu bilən, özünü onların xadimi hesab edən və uşağın onun əlində bir əmanət olduğunu düşünən şəxs onlara qarşı son dərəcə təvazökardır.

Təkəbbürü olmayan qadın öz əsil-nəsəbini, ailəsinin, məqamını, diplomunu ərinin başına vurmur.

Ağıllı övladlar valideynlərinə qarşı son dərəcə təvazökardırlar.

Təvazökarlıq insanı ucaldır. Təvazökarlıq evi səmimiyyət dolu bir yuvaya çevirir, insanlar arasında sevgini artırır, ailəni möhkəmləndirir.

Qürurlu, təkəbbürlü şəxs bilməlidir ki, nə qadın, nə də uşaqlar təkəbbürü qəbul etmir. Qürurlu şəxs onların gözündən düşür.

İmam Həsən Əskəri (ə) buyurur: «Dünyada mömin qardaşlarına qarşı təvazökar olan şəxs Allah yanında düz danışan və Əlinin (ə) həqiqi şiələrindəndir».1

İmam Sadiq (ə) atalarından rəvayət edir: «Ümumi və ya ailə məclislərində boş yerdə əyləşmək, görüşdüyün şəxslə salamlaşmaq, haqq insanla olsa belə, mübahisəni tərk etmək və təriflənməyi xoşlamamaq təvazökarlıq əlamətlərindəndir».2

Əli (ə) dünyasını dəyişərkən buyurdu: «Təvazökar ol. Həqiqətən, bu, ən böyük ibadətlərdəndir».3


KİÇİKLƏRƏ MƏRHƏMƏT VƏ BÖYÜKLƏRƏ EHTİRAM GÖSTƏRMƏK


İslamın bütün qadın və kişilərə göstərişi kiçiklərə mərhəmət, böyüklərə hörmət göstərməkdir.

Ailənin yerləşdiyi ev dünya və axirət səadətinə nail olmaq üçün peyğəmbərlərin və imamların göstərişlərinin icra olunduğu məkan olmalıdır.

Uşaqlara qarşı qəzəblənmək, hay-küy salmaq, onlara sevgisizlik göstərərək öpməmək, onlara verilən sözə əməl etməmək – hamısı böyük günahlar cərgəsindədir.

Böyüklərə hörmətsizlik, onlara qəzəblə baxmaq, dediklərinə qulaq asmamaq da böyük günahlardandır.

Kiçikləri dünyaya gətirməyə biz səbəb olduq, onlara sevgi, qayğı göstərmək də bizim vəzifəmizdir.

Biz böyüklərin məhsuluyuq. Deməli, onların bizim üzərimizdə haqları vardır. Buna görə də onlara hörmət etmək zəruridir.

Əli (ə) dünyadan gedərkən buyurdu: «Ailənin kiçiyinə mərhəmət göstər, böyüyünə isə hörmət».4

Həzrət Peyğəmbər (s) buyurur: «Böyükləri böyük sayın. Allahı böyük saymaq böyükləri böyük saymaqla mümkündür»;1 «O kəs ki, kiçiklərimizə mərhəmət göstərmir və böyüklərimizə hörmət etmir, bizdən deyil».2


QONAQPƏRVƏRLİK


Bəzi ailələr qonaq qəbul etməyə böyük çətinliklə razılaşırlar. Bu ya tənbəllikdən, ya da xəsislikdəndir.

Qonaqpərvərlik peyğəmbərlərin və imamların əxlaqi xüsusiyyətlərindən, ilahi övliyaların və Haqq yolçularının əlamətlərindəndir.

Xəsislik və tənbəllik hər bir halda pisdir. Ailə üzvləri - kişi başda olmaqla - qonağı açıq üzlə qarşılamalı, ona xoş üz göstərməlidir. Çünki ilahi övliyaların getdiyi yolu getmək Haqqın rizasına, Onun mərhəmətinə səbəb olur.

Qonaqpərvərlik məsələsi o qədər mühümdür ki, İslam maarifində qonağın ruzisinin Allahın öhdəsində olduğu və ev yiyəsi özü qonaqların qonağı olduğu buyurulur.

Digərlərini qonaqpərvərliyə rəğbətləndirmək özü böyük bir savaba malikdir.

İmam Sadiq (ə) buyurur: «Böyüklüyün əlamətləri ondur. Əgər bacarsan, onları özündə cəm et. Onlardan biri qonaqpərvərlikdir».3

O həzrət (ə) qonağın evə daxil olub-çıxması haqqında buyurur: «Həqiqətən, qonaq sənin mənzilinə daxil olduqda, sənin özün və ailən üçün bağışlanma gətirir. Mənzilindən çıxdıqda isə, sənin və ailənin günahlarını aparır».4

İmam Baqir (ə) buyurur: «Dörd müsəlmanı doyurmaq İsmayıl övladlarından bir qul azad etməkdir».5

Buna görə də insaf, mülayimlik və keçinmə, xeyirxahlıq və nəsihət, ədəb, ailəni ittiham təhlükəsindən uzaq saxlamaq, əhdə vəfa qılmaq, məsləhətləşmək, kiçiyə mərhəmət, böyüyə hörmət göstərmək və qonaqpərvərlik izzət sahiblərinin əlamətlərindən olaraq, dünya və axirət səadətini təmin edən amillərdəndirlər.


Yüklə 8,85 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin