Биринҹи фәсил



Yüklə 8,85 Mb.
səhifə58/65
tarix08.03.2020
ölçüsü8,85 Mb.
#102266
1   ...   54   55   56   57   58   59   60   61   ...   65

MARAQLI BİR RƏVAYƏT


Şeyx Səduq mötəbər şəxslər vasitəsi ilə imam Sadiqdən (ə) rəvayət edir: «Balığın qarnında münacat edən Yunisin səsini yer tutaraq Haqq əzabına düçar olan Qaruna çatdırdılar. Qarun bu səsin kimin səsi olduğunu soruşduqda, əzab mələkləri: «Bəni-İsrail peyğəmbərlərindən birinin səsidir»-deyə cavab verdilər. Qarun onunla bir neçə dəqiqə söhbət etmək üçün icazə istədi və ona icazə verdilər.

Qarun Harun və Musa haqqında soruşdu. Yunis cavab verdi: «Mən onların zamanında yaşamıram. Amma onlar hər ikisi dünyasını dəyişib». Qarun bu sözü eşidib ağladı. Allah-təala mələklərə xitab etdi: «Qohumlarına qarşı göstərdiyi bu səmimiyyətə görə onun əzabını azaldın».2


SİLEYİ-RƏHİM HAQQINDA RƏVAYƏTLƏR


Həzrət Peyğəmbər (s) buyurur: «Sudan hazırlanmış bir şərbətlə olsa da, qohumlarına baş çək. Sileyi-rəhimin ən üstün mərhələsi onları incitməməkdir»;3 «Bir salam verməklə olsa belə, dünyada sileyi-rəhim edin»;1 «Qohumlarınla görüşmək üçün bir il yol get».2

O Həzrət (s) digər bir hədisdə buyurur: «Bu günkü və bundan sonra yaşayacaq cəmiyyətə, valideynlərinin sülbündə olanlara qiyamət gününə qədər vəsiyyət edirəm: Sileyi-rəhim edin, hətta bir illik səfər əziyyətinə qatlaşmalı olsanız belə. Həqiqətən, sileyi-rəhim dindəndir».3

«Biharül-ənvar» kitabının 74-cü cildinin 111-126-cı səhifələrində sileyi-rəhimin faydaları haqqında çox mühüm rəvayətlər qeyd olunmuşdur. Həmin rəvayətlərdən bir neçəsini diqqətinizə çatdırırıq:

Həzrət Baqir (ə) buyurur: «Sileyi-rəhim əməlləri paklayır, ruzini çoxaldır, bəlanın qarşısını alır və ölümü təxirə salır».

İmam Sadiq (ə) buyurur: «Sileyi-rəhim və yaxşılıq qiyamətdə insanın hesabını asanlaşdırır. İnsanı günahdan qoruyur. Ona görə də yaxşı salamlaşmaq və yaxşı cavab vermək qədərincə də olsa, sileyi-rəhim və yaxşılıq edin».

Həzrət Peyğəmbər (s) buyurur: «Sileyi-rəhim ömrü artırır və yoxsulluğu aradan qaldırır»; «Sileyi-rəhim şəhəri abadlaşdırır, ömrü çoxaldır. Hətta bu işi görənlər yaxşılardan olmasalar da belə»; «Allah-təala canı və malı ilə yaxınına tərəf gedən və ya sileyi-rəhim edən şəxsə min şəhidin savabını verəcəkdir»; «Allah-təala sileyi-rəhim edənin bu iş üçün atdığı hər addıma qırx min savab yazır, qırx min günahını bağışlayır. Sanki Allaha yüz il səbirlə, ixlasla ibadət edibmiş kimi ona qırx min uca məqam verir»; «Behiştdə bir dərəcə var. O, ədalətli rəhbər, çox sileyi-rəhim edən və ailədə səbirli olanlardan qeyrisinə nəsib olmayacaq».

Əbuzər buyurur: «Səni gördükdə əsəbiləşsələr də, qohumlarının görüşünə get. Əgər səni qəbul etməsələr, yenə get. Nəhayət, məqsədinə çatacaqsan. Onlar Haqqın buyruğundan boyun qaçırsalar da, sən boyun qaçırma».

Bir şəxs həzrət Peyğəmbərə (s) dedi: «Qohumlarımla xoş münasibətdə olmağa çalışsam da, məni incidirlər. Onlarla əlaqələrimi kəsmək istəyirəm. Həzrət (s) buyurdu: «Belə olduqda Allah sizin hamınızı tərk edər». Həmin şəxs «Vəzifəm nədir?»-deyə soruşduqda, Rəsulullah (s) belə buyurdu: «Səni bir şeydən məhrum edən şəxsə yaxşılıq et. Səninlə əlaqələrini kəsən şəxslə əlaqə yarat. Sənə pislik edəni bağışla. Allah səni onlardan yüksəklərə qaldıracaq».


QOHUMLARLA ƏLAQƏNİ KƏSMƏK HAQQINDA RƏVAYƏTLƏR


Əbu Bəsir deyir: «İmam Sadiqdən (ə) soruşdum: «Sizin müxaliflərinizdən olan qohumları ilə əlaqəsini kəsmək istəyən şəxsin vəzifəsi nədir?» Həzrət (ə) buyurdu: «Bu yaxşı iş deyil».1

Cəhm ibn Həmid deyir: «İmam Sadiqdən (ə) soruşdum: «Mənim dinimə mənsub omlayan bir qohumum var. Onun mənim boynumda haqqı varmı?» Həzrət (ə) buyurdu: «Qohumluq haqqını heç bir şey pozmur. Əgər qohumun sənin dininə mənsub olsaydı, bu zaman iki haqqa – qohumluq və müsəlmanlıq haqqına malik olacaqdı».2

İmam Baqir (ə) buyurur: «Həzrət Peyğəmbərin (s) kitabında buyurulur: «Camaat qohumları ilə əlaqələrini kəsdikdə, malları şər insanların əllərinə düşər».3

Həzrət Peyğəmbər (s) buyurur: «Üç zümrə behiştə daxil olmayacaq: daim şərab içənlər, cadugərlərə inananlar və qohumları ilə əlaqələrini kəsənlər».4

Əmirəl-möminin (ə) buyurdu: «Əcəli yaxınlaşdıran günahlardan Allaha pənah aparıram.» Ravi soruşdu: «Ya Əmirəl-möminin, əcəli yaxınlaşdıran günah varmı?» Həzrət (ə) buyurdu: «Bəli, qohumlarla əlaqələri kəsmək».1

İmam Əli (ə) buyurur: «Ən pis günahlar qohumlarla əlaqəni kəsmək və valideynin üzünə ağ olmaqdır».2

Rəsulullah (s) buyurur: «Allahın rəhməti sıralarında qohumları ilə əlaqələrini kəsən şəxs olan millətə nazil olmur»;3 «Sıralarında qohumları ilə əlaqələrini kəsən şəxs olan cəmiyyətə mələk nazil olmur».4

Mütəvəkkilin oğlu imam Hadiyə (ə) dedi: «Atamın qətli vacibdir. İcazə ver, onu öldürüm». Həzrət (ə) buyurdu: «Onun övladı olduğun üçün bu işi görmə. Çünki əgər onu öldürsən, yer üzündə altı aydan artıq qalmayacaqsan».


İYİRMİ DOQQUZUNCU FƏSİL

AİLƏ XOŞBƏXTLİK VƏ BƏDBƏXTLİYİNİN SƏBƏBLƏRİ

XOŞBƏXTLİK VƏ BƏDBƏXTLİK


Xoşbəxtlik və bədbəxtlik insanın əməllərinin, əxlaqının, əqidəsinin məhsuludur. Gözəl əxlaq, saleh əməl xoşbəxtliyə, həmçinin pis əxlaq, çirkin əməl, Haqq yolunu azmış əqidə isə bədbəxtliyə səbəb olur.

Xoşbəxtlik dünya və axirətdə xoş gün görmək, bədbəxtlik isə dünya və axirətdə qaragün olmaqdır.

Haqqın rizası əbədi behişt xoşbəxtliyinin məhsulu, Haqqın nifrəti, daimi şiddətli əzab isə bədbəxtliyin acı meyvəsidir.

Bütün müsəlman ailələrin bu iki həqiqətə ‒ xoşbəxtlik və bədbəxtliyə diqqət yetirmələri zəruridir.

Ər və arvad evliliyin ilk günlərindən başlayaraq, əl-ələ verib xoşbəxtlik amillərini özlərinə cəlb və bədbəxtlik amillərini isə tərk etməlidirlər. Nəticədə isə, onların ailələri sağlam və pak bir mühitə çevrilməlidir.

Bu məsələ və onun amilləri Quranda və rəvayətlərdə geniş şəkildə açıqlanmış, camaata özlərini xoşbəxtlikdən məhrum edib, bədbəxtliyə sürükləməmələri haqqında xəbərdarlıq edilmişdir.

Burada ailə quruluşu ilə bağlı ‒ onu xoşbəxtlikdən məhrum edib bədbəxtliyə sürükləyən ‒ bir neçə əxlaqi məsələyə toxunur və ailələrin daha çox ehtiyacı olduğu iman və əməl məsələsinin geniş mütaliəsini onların öz öhdəsinə qoyuram.

Ailələr, xüsusilə də İran ailələri Allaha, qiyamətə, nübuvvət və imamətə inanır, namaz, oruc, həcc və s. kimi vacib əməlləri yerinə yetirir, haram yeməkdən çəkinir, məhrəm və naməhrəm məsələsinə lazımi şəkildə riayət edirlər. Ailələrin zəif cəhəti bəzi əxlaqi məsələlərə riayət etməmələridir. Bu səbəbdən, lazımi qədərincə bu məsələni izah etməklə kifayətlənirik.



Yüklə 8,85 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin