QEYBƏT
Quranda buyurulur:
«…Ey iman gətirənlər!…Bir-birinizin qeybətini etməyin. Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar»1. Qeybət də belədir.
Həzrət Peyğəmbər (s) buyurur: «Qeybətin müsəlmanın dinini viran etməsi, onun qarnındakı tikəni həzm etməsindən tez başa gəlir»;2 «Qeybətdən qəti şəkildə çəkinin. Həqiqətən, qeybət zinadan şiddətlidir»;3 «Merac gecəsi dırnaqları ilə üzlərinin dərisini qoparan bir zümrə gördüm. Cəbrayıldan kim olduqlarını soruşduqda, «xalqın qeybətini edənlərdir»-deyə cavab verdi»;4 «Allah-təala müsəlmanın malına, qanına zərər yetirilməsini haram etdiyi kimi, qeybətini də haram etmişdir».5
Əli (ə) buyurur: «Qeybət münafiqin nişanələrindəndir»;6 «Yaxşı şəxslərin qeybətini etmək ən pis səviyyəsizlikdir»;7 «Qeybəti eşidən də edən kimidir».8
İmam Museyi-Kazım (ə) buyurur: «Öz mömin qardaşının qeybətini edən şəxs Allahın rəhmətindən uzaqdır».9
İmam Hüseyn (ə) qeybət edən bir şəxsə buyurur: «Ey şəxs, özünü qeybətdən qoru. Həqiqətən, qeybət cəhənnəm itlərinin qidasıdır».1
Bəli, həvapərəst, bidət qoyan, zalım və aşkar şəkildə günah edənin qeybəti yoxdur.2
Həzrət Peyğəmbər (s) qeybəti rədd edib eşitməmək və mömin qardaşının abırını qorumaq haqqında buyurur: «Allah qeybətin qarşısını almaqla müsəlman qardaşlarının abırını qoruyan şəxsi cəhənnəm odundan xilas edəcək».
Deməli, boşanma məsələsində İslamın izn verdiyi şey, yalnız boşanmanın özüdür. İnsafdan, ədalətdən kənar söz demək cəhənnəm əzabına yol açan günahdan başqa bir şey deyil.
Dostları ilə paylaş: |