Биринҹи фәсил



Yüklə 2,31 Mb.
səhifə61/175
tarix10.01.2022
ölçüsü2,31 Mb.
#109967
1   ...   57   58   59   60   61   62   63   64   ...   175

TOYUN VAXT VƏ ADƏTLƏRİ


Bəzi ailələr nikah və toyun tələb etdiyi hər bir işi görmək üçün icazə olunduğunu zənn edirlər. Öz övladlarının nikah və toy mərasimləri zamanı onların özlərinin, dostlarının və qohumlarının istəyi ilə ilahi qadağalara əl atır və bununla məclisdən, qurulan büsatdan daha çox ləzzət almağı düşünürlər.

Lakin nikah və toy mərasimləri həddindən artıq əzəmətlə, vüqarla, şəxsiyyətə hörmətlə, günah və şəhvani meylləri təhrik edən amillərdən uzaq olaraq həyata keçirilməlidir. O, yalnız bu yolla Haqqın rəhmətini cəlb edər və Allahın bu izdivacı bərəkətli etməsinə səbəb olar.

Həzrət Musa ibn Cəfər (ə) buyurmuşdur: «Qeyri-haram ləzzətlərdən çəkinmək heç bir vəchlə lazım deyil».

Əlbəttə, nikah və toy mərasimləri zamanı şadlanmaq lazımdır. Gözəl səslə oxumaq, gülüb-danışmaq, müxtəlif şənləndirici proqramların icrası kimi şəri amilləri yaddan çıxarmaq olmaz. Arifanə şerlər, şənləndirici, mənalı və ibrətamiz nəğmələr oxumağın, adətən, müsəlman qadınların belə mərasimlərdə icra etdikləri adət-ənənələrin heç bir şəri maneəsi yoxdur. Belə günlərdə (sübhə qədər və ya gecənin bir hissəsini) oyaq qalmaq təbii bir adətdir.

Həzrət Peyğəmbər (s) buyurmuşdur: «(Gecə yarısına qədər) oyaq qalmaq üç yerdə maneəsizdir: Quran oxuyarkən, elm oxuyarkən, gəlini ər evinə ötürərkən».1

İslam toy mərasiminin gecə keçirilməsini daha məqsədə uyğun sayır. Buna görə, həzrət Zəhranın (s) toy mərasimi gecə keçirilmişdir.

Cabir Ənsari deyir: «Həzrət Peyğəmbər (s) Fatimənin əqdini Əli üçün oxuduqda, bəzi dar düşüncəlilər «Siz qızınızı az bir mehr qarşılığında Əliyə verdiniz»-deyə etiraz etdilər. Həzrət (s) buyurdu: «Bu nikah mənim iradəm xaricindədir. Zəhranı Əliyə Allah vermişdir».

Toy gecəsi Rəsulullah (s) öz ağ və qara qatırını hazırladı. Üstünə bir qətfə ataraq Fatiməyə «Min»-deyə buyurdu. Salmana yəhəri tutmasını əmr etdi. Özü isə arxadan haylamaqla məşğul oldu. Yolda nəyinsə yerə enməsi səsini eşitdi. Nəzər saldıqda, Cəbrayıl və Mikayılın hər birinin yetmiş min mələklə öz yüksək dərəcəli məkanlarından yerə endiklərini müşahidə etdi. Onların yerə enmələrinin səbəbini soruşduqda belə cavab verdilər: «Fatiməni Əlinin evinə yola salmağa gəlmişik». Sonra təbrik etdilər. Mələklərin «Təkbir» sədaları ucaldı. O vaxtdan da gəlini yola salarkən «Təkbir» (Allahu əkbər) demək bir adət halını aldı.2

Bəli, toy mərasimini, şadlıq, şənlik gecəsini bu şəkildə hazırlamaq lazımdır, çünki mələklərin və Allahın bərəkətinin nazil olmasına səbəb olur.

Həzrət Sadiq (ə) buyurmuşdur: «Gəlini ər evinə gecə aparın».3

İmam Rza (ə) buyurmuşdur: Toy mərasiminin gecə keçirilməsi Rəsulullahın üslubudur. Çünki Allah gecəni aramlıq üçün yaratmışdır. Qadın da insanların aramlıq vasitəsidir».4

Rəsulullah (s) göstəriş verdi: «Əbdül Mütəllibin qızları, mühacir və ənsar qadınları toy gecəsi Zəhranın ardınca getsinlər. Şer oxuyub, şənlənsinlər. «Allahu əkbər» və «Əlhəmdulillah» desinlər. Allahın razılığı olmayan sözlər deməkdən çəkinsinlər».1

Zəhmət çəkib, hər iki ailənin dəvətini qəbul edən qonaqlar üçün süfrə açmaq İslam baxımından müstəhəb bir işdir.

Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Beş yerdə (vaxt) şənlik mərasimi qurulmalıdır: İzdivac zamanı, uşaq dünyaya gəldikdə, uşağı sünnət etdirdikdə, ev aldıqda və Məkkədən qayıtdıqda».2

Rəvayətlərdə qeyd olunur: «Həzrət Zəhranın (s) toy gecəsi həzrət Peyğəmbər (s) buyurdu: «Ey Əli! Həyat yoldaşına ehtiram olaraq yaxşı yemək hazırla». Sonra sözünü davam etdirərək dedi: «Ət və çörəyini biz verərik. Xurma və yağını isə siz». Əli (ə) buyurur: «Mən xurma və yağ aldım. Peyğəmbər (s) qollarını çırmayıb, xurmanı əzərək yağa tökdü. Qatışdıraraq «His»3 şəklinə saldı. Həzrət (s) bir qoç göndərdi. Onu kəsdik. Çoxlu miqdarda çörək bişirdilər. Həzrət (s) buyurdu: «İstədiyin hər bir şəxsi dəvət et». Mən məscidə gedib, «Fatimənin şənlik mərasiminə dəvətimi qəbul edin»-deyə səsləndim».4

Peyğəmbər (s) toy mərasimində iştirak etmək üçün olunan dəvətlə bağlı buyurur: «Toy mərasiminə dəvət olunduqda tələsməyin. Çünki o, dünyanı, zahiri həyatı yada salır. Cənazə dəfninə dəvət olunduqda çox tələsin. Çünki o, axirəti yada salır».

Əziz ailələr nikah və toy mərasimini elə bir şəkildə təşkil etməlidirlər ki, uşaqlar, gənclər, yeniyetmələrdə günaha qarşı meyl, rəğbət yaranmasın. Oraya dəvət olunan mömin camaat, möminə qadınlar rahat, istədikləri şəkildə iştirak etsinlər.

İslami prinsiplərə müvafiq, İlahi hüdudların qorunması şəklində keçirilən şənlik mərasimləri gənclər üçün böyük bir dərs və Allah lütfünün və mərhəmətinin nazil olacağı məkandır.



Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin