AĞIZIN VƏ DİŞLƏRİN TƏMİZLİYİ
Bu gün ağızın və dişlərin təmizliyi məsələsi çox mühüm və diqqətəlayiq məsələdir. Mütəxəssislər deyirlər: «Bədənin bir çox üzvlərinin sağlamlığı ağız və dişlərin təmizliyinə bağlıdır».
Allahın insana bəxş etdiyi dişlər sağlamlığın qorunmasının başlıca amillərindən olan nemətlərdəndir. İnsan diş vasitəsilə qidanı çeynəyir. Əgər qida lazımi şəkildə çeynənilərsə, mədənin sağlamlığına, nəticədə isə insanın sağlamlığına gətirib çıxarar.
Digərlərində nifrət oyandan məsələlərdən biri də ağızın pis iyidir ki, diş və ağızın təmizliyinə etinasızlıqdan yaranır. Dişləri və damağı məhv edən, bir çox xəstəliklərə yol açan çox təhlükəli pyorrhee xəstəliyi dişlərin və ağızın sağlamlığına etinasızlığın nəticəsidir.
Əgər insanlar azacıq vaxt sərf edib hər yeməkdən sonra öz ağızlarını yusalar, gözəl dişlərini fırçalasalar, bir az duzlu su ilə ağızlarını yaxalasalar, həm ağız, diş və boğazlarının sağlamlığını qoruyar, həm də yenidən dişlərinin sağlamlığına qovuşmaq üçün ağır xərcə düşməkdən amanda qalarlar.
İslam günəşi susuz, otsuz bir diyarda, əhalisi yazmaq, oxumaq bilməyən bir mühitdə doğmasına baxmayaraq, insanların sağlamlığını təmin etdi. Bu həmin dinin Allah tərəfindən göndərilməsinə tutarlı bir sübutdur.
Din öndərlərinin ağız və dişlərin təmizliyi mövzusundakı göstərişlərinin bir hissəsinə nəzər salaq:
Həzrət Peyğəmbər (s) buyurur: «Əgər ümmətim üçün çətin olmasaydı, hər bir namazla birgə dişlərini fırçalamağı da onlara əmr edərdim».1
İmam Sadiq (ə) buyurur: «Dişləri fırçalamaq Peyğəmbərin əxlaqındandır».2
İmam Baqir (ə) buyurur: «Əgər camaat dişləri fırçalamağın xeyrini bilsəydilər, onu (fırçanı) özləri ilə yatızdırardılar».3
Həzrət Sadiqdən (ə) soruşurlar: «Bu camaat hamısı insandırmı?». Həzrət buyurur: «Dişlərini fırçalamayanlardan əlini üz».4
Rəsulullah buyurur: «Cəbrayıl daim mənə dişlərimi fırçalamağı tapşırırdı. Belə ki, mən dişlərimi fırçalamasam, «onlardan məhrum olaram»-deyə qorxdum».5
Başqa bir hədisdə buyurur: «Cəbrayıl daim mənə dişlərimi fırçalamağı tapşırırdı. Belə ki, onun vacib ediləcəyindən qorxdum».6
İmam Sadiq (ə) buyurur: «Dişləri fırçalamaq on iki xüsusiyyətə malikdir. O dini bir tapşırıq olaraq dişləri paklayır, gözləri işıqlandırır, Haqqın razılığını cəlb edir, dişləri ağardır, onların çürüməsinin qarşısını alır, damağı möhkəmlədir, iştahanı açır, bəlğəmin kökünü kəsir, hafizəni gücləndirir, yaxşılıqları artırır və mələkləri sevindirir».7
Bu gün mütəxəssislər dişləri necə fırçalamaq lazım olduğu haqda deyirlər: «Dişləri eninə bir neçə dəqiqə, yavaş-yavaş fırçalamaq lazımdır».
Peyğəmbərin (s) bir rəvayəti bu günümüzə qədər gəlib çatmışdır. Deyildiyi dövrü nəzərə alsaq, bu kəlamın Rəsulullahın elmi möcüzələrindən olduğu qənaətinə gələrik: «Dişləri eninə fırçalayın. Onları uzununa fırçalamaqdan qəti çəkinin».1
Rəsulullah dişlərini hər gecə üç dəfə fırçalayarmış: yatmazdan öncə, yatıb yenidən Quran oxumaq üçün qalxdıqda, bir də sübh namazı qılmaq üçün məscidə getməzdən öncə. O, Cəbrayılın buyruğuna əsasən, dişlərini «ərak misvakı» ilə təmizləyirdi.2
Dostları ilə paylaş: |