FƏDƏK NƏ İDİ VƏ HARADA YERLƏŞİRDİ?
Fədək, Hicaz məntəqəsində və Xeybər qalasının yaxınlığında yerləĢən münbit və
məhsuldar bir yer idi. Mədinə ilə onun arasında 2-3 günlük yol var idi. Bəziləri deyirlər
ki, bu məsafə 140 kilometrdir. Fədək bağında axar çeĢmələr və çoxlu xurma ağacları var
idi.141
Ġbni Əbil Hədid deyir: “Peyğəmbər (s) Xeybər qalasının fəthindən qayıtdıqdan sonra,
Allah-taala Fədək əhlinin ürəyinə dəhĢətli bir qorxu saldı. Onlar bir nəfəri Peyğəmbərin
hüzuruna göndərib bu əsasda müqavilə bağladılar ki, Fədəkin yarısını ona versinlər.
Göndərilən o Ģəxs, Peyğəmbəri Xeybərdə yaxud da Mədinə yolunda) qarĢılayıb bu
müqaviləni imzaladı.”
Beləliklə, Fədək Peyğəmbərin xüsusi mülkiy-yətinə keçdi. Çünki, Quran ayəsinin
hökmünə əsasən,142 müharibə aparılmadan müsəlmanların ixtiyarına keçən hər bir Ģey
Peyğəmbərin özünə məxsus olur və müharibə qəniməti kimi müsəl-manlar arasında
bölüĢdürülmür.
Sünnü və Ģiə tarixçilərinin çoxu, Peyğəm-bərin Fədəki öz həyatında Fatimə (ə)-a
bağıĢladığını yazırlar. (Çünki Fədək Peyğəm-bərin Ģəxsi mülkü idi.) Böyük sünnü alimi
və məĢhur təfsirçi Cəlaləddin Süyuti öz təfsirində143 Əbu Səid Xidridən belə nəql edir:
“Və ati zəl-qurba həqqəhu” ayəsi nazil olanda Peyğəmbər (s) Fatimə (ə)-ı öz yanına
140
“ġura” surəsi”, 23-cü ayə.
141
“Möcəmül-Büldan”, (Fədək bəhsi)
142
“HəĢr” surəsi, 6 və 7-ci ayələr.
143
“Əd-dürrül-Mənsur”, “Əsra” surəsinin 26-cı ayəsi haqda olan bəhs.
42
çağırıb, Fədəki ona bağıĢladı.
Əmirəl-möminin Əli (ə) Osman ibni Hüney-fə yazdığı məktubda Fədək hadisəsini
xatırla-dıb buyurdu:
“Bəli, asimanın kölgə saldığı bütün Ģeylər içərsinidə yalnız Fədək bizim əlimizdə idi.
Ancaq bir dəstə camaat buna paxıllıq etdi. BaĢqa bir dəstə isə, səxavətliliklə ona göz
yumdular. Ən yaxĢı hakim Allahdır.”144
Bu hədisdən aydın olur ki, elə Peyğəmbərin zamanında Fədək Əli və Zəhra (ə,m)-ın
ixtiyarında idi. Ancaq sonralar bir dəstə insan ona tamah saldılar. Əli və Zəhra
(əleyhiməssalam) məcburiyyət qarĢısında qalıb öz haqlarından keçdilər. ġübhəsiz, bu göz
yummaqlıq da onların öz razılıqları əsasında deyildi. Əks halda (əgər öz razılıqları ilə
olsaydı), “ən yaxĢı hakim Allahdır” deməyin mənası olmazdı.
Dostları ilə paylaş: |