BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 2,78 Mb.
səhifə8/44
tarix21.10.2017
ölçüsü2,78 Mb.
#7563
1   ...   4   5   6   7   8   9   10   11   ...   44

AYƏ 17:


﴿لَّقَدْ كَفَرَ الَّذِينَ قَآلُواْ إِنَّ اللّهَ هُوَ الْمَسِيحُ ابْنُ مَرْيَمَ قُلْ فَمَن يَمْلِكُ مِنَ اللّهِ شَيْئًا إِنْ أَرَادَ أَن يُهْلِكَ الْمَسِيحَ ابْنَ مَرْيَمَ وَأُمَّهُ وَمَن فِي الأَرْضِ جَمِيعًا وَلِلّهِ مُلْكُ السَّمَاوَاتِ وَالأَرْضِ وَمَا بَيْنَهُمَا يَخْلُقُ مَا يَشَاء وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ﴾

TƏRCÜMƏ:


«Şübhəsiz, «həqiqətən Allah həmin Məryəm oğlu Məsihdir (vücudu vacib olan varlıq vücudu mümkün olan varlığa çevrilib ya vacib varlıq mümkün varlığa daxil olubdeyən kəslər kafir oldular. De: «Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını yer üzündə olanların hamısını öldürmək istəsə, Allahın müqabilində kim bir şeyə malikdir? Halbuki, göylərin, yerin o ikisinin arasında olanların həqiqi sahibi Allahdır. İstədiyini yaradır. Allah hər şeyə qadirdir

TƏFSİR:


Məsihilərin Allahla bağlı bir neçə puç iddiaları vardır. Quran onların hamısını rədd edir:

1. Üçlük təşkil edən məbudlar.1

2. Yaradan Allah – Ata Rəbb - üçlük təşkil edən məbudlardan biridir.2

3. Allahın Məsih və Ruhul-quds kimi bir varlıq olması. Yuxarıdakı ayə də həmin məsələni rədd edir.

«Yəxluqu ma yəşau» (istədiyini xəlq edir) cümləsi Həzrət İsanın (ə) atasız dünyaya gətirilməsinə, Həzrət Adəmin (ə) isə həm atasız, həm də anasız olaraq xəlq edilməsinə işarədir.

İslam dini hər hansı bir ideologiyada olursa-olsun, hər növ küfr, şirk və xurafatla müxalifətçilik edir. Əgər Məsih Allahdırsa, onda necə ola bilər ki, (onların əqidəsinə görə) o öldürülsün və xaç onun məzlumluq rəmzinə çevrilsin?


AYƏ 18:


﴿وَقَالَتِ الْيَهُودُ وَالنَّصَارَى نَحْنُ أَبْنَاء اللّهِ وَأَحِبَّاؤُهُ قُلْ فَلِمَ يُعَذِّبُكُم بِذُنُوبِكُم بَلْ أَنتُم بَشَرٌ مِّمَّنْ خَلَقَ يَغْفِرُ لِمَن يَشَاء وَيُعَذِّبُ مَن يَشَاء وَلِلّهِ مُلْكُ السَّمَاوَاتِ وَالأَرْضِ وَمَا بَيْنَهُمَا وَإِلَيْهِ الْمَصِيرُ﴾

TƏRCÜMƏ:


«Yəhudi xaçpərəstlər dedilər: “Biz Allahın oğulları Onun sevimliləriyik.” De: “Onda bəs üçün Allah sizə günahlarınıza görə əzab verir?” Əksinə, siz Onun yaratdıqlarından bir bəşərsiniz. İstədiyi şəxsi (rəhmətinin tələbinə əsasən) bağışlayır istədiyi şəxsə (ədalətinin tələbi əsasında) əzab verir. Göylərin, yerin onların arasındakıların həqiqi sahibi Odur qayıdış Ona tərəfdir

TƏFSİR:


Rəsuli-Əkrəm (s) yəhudilərdən bir qrupunu İslama dəvət edərkən onlar dedi: “Biz Allahın dostları və övladlarıyıq!”1 («Təfsiri Fəxri Razi»dən).

Yəhudilər və məsihilər özlərini Allahın həqiqi övladları hesab etmir, əksinə, özləri üçün bir növ övladlıq şərafətinə inanırdılar. «Əbnaullah» (Allahın oğlanları) kəlməsi onların heç bir dəlil olmadan özləri üçün nəzərdə tutduqları təvəqqelərə işarədir.

Həmçinin irqçilik, millətçilik, özünü imtiyazlı və üstün hesab etmək, yalnız özünü və öz qrupunu haqq bilmək, qohumluğa və tanışlığa baxmaq kimi işlər qadağandır. Həmçinin heç bir fərd, qövm, irq və ümmət Allah tərəfindən sözsüz bağışlanacağını güman etməməli, digər tərəfdən, Allahın rəhmətindən də məyus olmamalıdır. Lakin yəhudilər ilahi ayə və nişanələri görə-görə və törətdikləri bütün cinayətlərlə belə, özlərini həyasızcasına Allahın xüsusi dostları hesab edirdilər!2

Dağın öz yerindən qoparaq başlarının üstündə qərar tutması, 40 il sərgərdançılıq, məsx olunaraq heyvan (donuz və meymun) sifətinə düşmək, əbədi zillətə düçar olmaq və s. onların Allah tərəfindən cəzalandırılması nümunəsidir.



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin