Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,64 Mb.
səhifə34/47
tarix07.07.2018
ölçüsü3,64 Mb.
#55975
1   ...   30   31   32   33   34   35   36   37   ...   47

Üçüncü fəsil

Həzrət Əmirəl-mö`minindən (ə) olan hədislər


◘Mö`min o kəsdir ki, qazancı halal, xasiyyəti gözəl, qəlbi sağlam olsun, malının artığını bağışlasın, artıq sözü saxlasın, camaat onun şərindən amanda olsun və özü də başqaları barədə insaflı davransın.
◘Yoldaş istəyirsənsə Allah, dünya istəyirsənsə ibrət dərsi, dost istəyirsənsə əməli yazan mələklər, qazanc istəyirsənsə ibadət, həmdəm istəyirsənsə Qur`an, moizə istəyirsənsə ölüm. Əgər, ölüm bəs deyilsə, atəş bəs edər.
◘Həzrət Əlidən (ə) soruşdular: Asimandan ağır, yerdən geniş, dəryalar qədər ehtiyacsız, daşdan da möhkəm, atəşdən də qaynar, şiddətli şaxtadan da soyuq və zəhərdən də acı olan nədir? Buyurdu: Asimandan da ağır günahsıza vurulan töhmətdir, yerdən də geniş haqqın ətəyi, dəryalar qədər ehtiyacsız qane olan kişinin qəlbi, daşdan da möhkəm münafiqin qəlbi, oddan da isti zülümkar padşah, sərt şaxtadan da soyuq simicə ağız açmaq, zəhərdən də acı səbrdir.
◘Elmin (dini elm və maarifin) var-dövlətdən yeddi üstün cəhəti var; elm peyğəmbərlərin mirasıdır, var-dövlətsə fir`onların, elmi bağışlayıb əta etdikcə artır, var-dövlət isə azalır, elm alimin qoruyucusudur, var-dövlətsə özü qorunmağa möhtacdır, elm kəfəndə olarkən də insana yoldaşdır, var-dövlət isə yox, var-dövlət kafirə də məxsus ola bilər, mö`minə də, lakin, elm yalnız mö`minlərə məxsusdur, alim dini məsələlərdə hamının müraciət nöqtəsidir, lakin, dövlətli isə belə deyil, elm sirat körpüsündən keçərkən sahibinə qüdrət bəxş edər, mal-dövlət isə öz sahibinin qüdrətini əlindən alar.

Dördüncü fəsil

İmam Sadiqdən (ə) hədislər


◘Müəlla ibn Xənis deyir ki, bir gün Həzrət Sadiqdən (ə) soruşdum: Mö`minin mö`min boynunda nə haqqı var? Buyurdu: Mö`minin mö`min boynunda yeddi vacib haqqı var ki, əgər o bunlardan birini yerinə yetirməsə, Allahın vilayətindən xaric olmuş və Allaha itaətdən boyun qaçırmış hesab edilir. Dedim: Bu haqlar hansılardır? Buyurdu: Mənim səndən xoşum gəlir, qorxuram bunlara əməl etməyəsən. Dedim: La hövlə və la quvvətə illa billahil-əliyyil-əzim (yə`ni, Allahın qüdrət və qüvvətindən başqa qüdrət və qüvvət yoxdur. Red.) Buyurdu: Mö`minin Mö`min boynunda olan ən kiçik haqqı budur ki, özü üçün hər nə istəyirsə, onun üçün də istəsin və hər nəyi özü üçün bəyənmirsə, onun üçün də bəyənməsin. İkincisi budur ki, onun ehtiyaclarını ödəməkdən ötrü sə`y göstərsin, razılığını əldə etsin və sözündən çıxmasın. Üçüncüsü odur ki, canı, malı, əli, ayağı və dili ilə ona yaxşılıq etsin. Dördüncüsü odur ki, onun görən gözü, yolgöstərəni, aynası və eyiblərinin örtüyü olsun. Beşincisi odur ki, sən tox olmayasan, o isə ac, sən geyimli olmayasan, o isə çılpaq, sən sirab olmayasan, o isə susuz. Altıncısı odur ki, sənin qulluqçun varsa, onun yoxdursa, qulluqçunu göndər onun paltarını yusun, yeməyini bişirsin və yatağını düzəltsin. Yeddinci odur ki, ona and versə, gərək xahişini yerinə yetirsin, də`vətini qəbul etsin, xəstə olanda ona baş çəkməyə getsin, öldükdən sonra cənazəsini müşayiət etsin və dəfn mərasimində iştirak etsin, ehtiyacını həyata keçirməkdən ötrü özünü əziyyətə salsın, onun istəyini ağız açmamışdan yerinə yetirsin. (Bunlar yalnız o haldadır ki, o eynilə mö`min qardaşı kimi həqiqi mö`min olsun. Yoxsa, bunlar fəsadsız ötüşməz.)
◘Əmmar ibn Əbil-Əhvəs deyir ki, bir gün İmam Sadiqə (ə) ərz etdim: Bizim aramızda elələri var ki, Əlini (ə) başqalarından üstün tutaraq onu Əmirəl-mö`minin deyə çağırırlar, lakin, onlar bizim siz barədə malik olduğumuz əqidədə deyillər. Biz bunlarla dost münasibətdə ola bilərikmi? Həzrət (ə) buyurdu: Bəli, Allah İslamı yeddi hissəyə bölüb: səbr, doğruçulluq, yəqin, ümid, vəfa, elm və helm. Bu yeddi hissəni camaat arasında bölüb. Ən kamil iman bu yeddi hissənin hamısına sahib olanlardadır. Bu kəslərdən başqaları isə ya bir, ya iki, ya üç, ya dörd, ya beş, yaxud da altı paya sahibdirlər. Bir payı olanlara iki pay yükləməyin və eyni zamanda iki paya sahib olmayanlara üç pay yükləməyin və s. çünki, bu yükləmələr ağırlıq və nifrətə səbəb olar. Camaatla dostcasına və mehribanlıqla rəftar edin. Yolu onlara asan göstərin. Bundan ötrü bir məsəl çəkim ki, qoy güc və taqətdən artıq yüklənmənin axırının nə olduğu sənin üçün aydın olsun. Bir müsəlmanın mülayim və yumşaq təbiətli bir qonşusu var idi. Müsəlman həmin kafir qonşusuna İslamı təbliğ etdi. Nəticədə həmin şəxs müsəlman oldu və öz keçmiş əqidəsindən üz döndərdi. Sübh çağı müsəlman həmin qonşusunu özü ilə birlikdə məscidə aparmaqdan ötrü onun qapısına gəldi. Camaat namazı qurtardı, müsəlman üzünü qonşusuna tutub dedi: Yaxşı olar ki, gün çıxanadək elə buradaca zikrlə məşğul olaq. Elə ki, gün çıxdı yenə üzünü qonşusuna tutub dedi: Çox yaxşı olar ki, bu günü oruc tutub, günorta azanına qədər oturub Qur`an əzbərləyəsən. Beləliklə, onlar günorta azanına qədər məsciddə orurdular. Zöhr və əsr namazlarını qıldıqdan sonra, yenə üzünü qonşusuna tutub dedi: Yaxşı olar ki, elə birdəfəlik məğrib azanına qədər də oturub gözləyək, sonra gedək. Yenicə müsəlman olmuş zavallı kişi oturub gözlədi, məğrib və işa namazlarını da qıldı. Lakin artıq taqəti kəsilmişdi və bütün bunlar onun qüdrətindən artıq idi. Sabahısı gün həmin mö`min yenidən onu özü ilə birlikdə məscidə aparmağa gəldiyi zaman qonşusu üzünü ona tutub dedi: Get. Mən sənin dininə tab gətirə bilmərəm.

Camaatı azdırmayın. Bizim imamətimiz dostluq, mehribanlıq, vüqar, təqiyyə, xoş rəftar, təqva və çalışqanlıq kimi əsasların üzərində durur. Camaatı öz din və əqidənizə qarşı meyilləndirin.


Xatimə


◘Həzrət Riza (ə) buyurur: “Yeddi nəfər özünü məsxərəyə qoyub: Dildə istiğfar edib qəlbində peşman olmayan, Allahdan tövfiq istəyib özü isə çalışmayan, behişt arzusunda olub çətinliklərə səbr etməyən, cəhənnəm odundan Allaha pənah aparıb dünya ləzzətlərindən əl çəkməyən, ölümü xatırlayıb özünü ona hazırlaşdırmayan, Allahı yad edib Onunla görüşməyə müştaq olmayan və günahda davamlı olaraq tövbə etmədən Allahdan onu əvf edib bağışlamasını diləyən kəs.”
◘Salman Farsi deyir: “Simic yeddi bədbəxtlikdən birinə düçar olar: Ya ölər var-dövlətini isə vərəsələrindən ötrü qoyar və o da Allahdan başqasından ötrü xərcləyər, ya hər hansı bir zalım zorla və biabırçılıqla ondan alar, ya başına düşər və bütün varını daha artıq qazancdan ötrü əlindən çıxarar, ya da evini yenidən tə`mir etmək fikrinə düşüb əlində olanı da bada verər, ya hər hansı bir bədbəxt hadisə nəticəsində əlindən verər, ya yanğın vasitəsilə əlindən çıxar, ya oğruya nəsib olar, ya müalicəsiz bir xəstəliyə mübtəla olub bu yolda sərf etməklə əlindən verər, yaxud da bir yerdə torpağa basdırar və sonradan isə yadından çıxar.”
◘Bir hikmət sahibi deyib: “Təəccüb edirəm o kəslərə ki, Allahı tanıyır, lakin, itaət etmir, savaba ümidi var, lakin iş görmür, Allahın əzabından qorxur, amma günahdan çəkinmir. Elmin şərəfini bilir, lakin, cahilliklə razılaşır, dünyaya bel bağlamamalı olduğunu bilir, lakin bütün sə`y və himmətini dünyaya sərf edir, axirətə gedəcəyini bilir lakin ondan qəflət edərək onu bərbad edir, ölüm ona doğru gəlməkdədir, o isə uzun-uzadı arzulardadır.”
◘Başqa birisi deyib: “Yeddi şey sədəqəni zinətləndirir və onu yuxarı aparır:

1. Halaldan olsun.

2. Kasıbçılıq zamanı olsun.

3. Ölüm gəlməmişdən qabaq olsun.

4. Gizlin olsun.

5. Yaxşı maldan olsun.

6. Minnətsiz olsun.

7. Həddi-hüdudu aşmasın.”


◘Həzrət Sadiqdən (ə) aşağıdakı məzmunda bir şe`r rəvayət olunub: “Qəməri aylarının yeddi günü nəhsdir: üçüncü, beşinci, on üçüncü, on altıncı, iyirmi birinci, iyirmi dördüncü, iyirmi beşinci günləri. (Bu günlərin nəhsliyi sədəqə verməklə aradan qalxır.)
◘Bir hikmət sahibi deyib: “Özünü batil şeylərdən qorumaq oruc, haqqı ödəmək namaz, başqalarına fayda vermək zəkat, haqq əhlinin arxasınca düşmək həcc, camaata əziyyət verməkdən çəkinmək sədəqə, bədən üzvlərini nalayiq işlərdən qorumaq ibadət, nəfsani istəkləri tərk etmək isə cihaddır.


Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin