Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 2,29 Mb.
səhifə68/187
tarix11.01.2022
ölçüsü2,29 Mb.
#110714
1   ...   64   65   66   67   68   69   70   71   ...   187

Allaha dəvət


Yusif onları yeganə və şəriksiz Allahın itaətinə dəvət etmək üçün bu fürsəti qənimət hesab etdi. Öncə onların etimadını özünə cəlb edib, inanmalarının artırmağa çalışdı. Ona görə dedi:

-Mən hətta zindanbanın sizə gətirdiyi yeməyin növünü də bilirəm. Allah bu elmi mənə əta etmişdir. Çünki, mən bütpərəstliyi buraxıb, yeganə və şəriksiz Allaha ibadət etmişəm. Mən atalarım İbrahim, İshaq və Yəqubun dininin yolunu getmişəm. Bu, Allahın biz Əhli-beytə və insanlara əta etdiyi bir nemətidir. Amma, insanların çoxu naşükürdürlər.

Onlar Yusifin ürək oxşayan sözlərinə qulaq asırdılar. Yusif dedi:

-Ey dostlar! Əgər biz bir-biri ilə əlaqəsi və heç bir gücləri olmayan müxtəlif allahlara ibadət etsək yaxşıdır, yoxsa yeganə və məğlubedilməz Allaha?! Yeganə məbud, bir olan Allahdır. Sizin ibadət etdiyiniz digər əşyalar isə yalnız dəyərsiz adlar və qüdrətsiz heykəllərdirlər. Güc və qüdrət yalnız Allaha məxsusdur. Mənim dinim əsl və xalis tövhid dinidir.

Yusif bir an dayandı. Sonra dedi:

-Ey dostlar! Sizin biriniz öz əvvəlki işinə qayıdıb, padşaha şərab düzəltmək üçün üzüm sıxacaq və ona içirəcəkdir. Amma, o biriniz dardan asılacaqdır. Quşlar onun beynini yesinlər deyə dardan asılı qalacaqdır. Quşların başının üstündəki çörəklərdən yediyini görən kişi qorxdu və dedi:

-Mən heç bir yuxu görməmişəm. Sizə yalan dedim.

Yusif cavab verdi:

-Barəsində məndən soruşduğunuz məsələlər qəti və labüddür.

Yusif padşahın su məmuruna üzünü tutub, dedi:

-Misir sultanının yanında məni yaddan çıxarma!

Sonrakı gün zindanban gəlib, o kişini zindandan çıxartdı. Su məmuru padşahın yanına gedib, öz işini davam etdirdi. Aşpaz isə edam olunmağa məhkum olunub, dar ağacından asıldı. O, dar ağacından asılı qaldı. Padşahın su məmuru Yusifə söz vermişdi ki, padşahın yanında onu yada salsın. Ona desin ki, Yusif məzlumdur. Heç bir günahı olmadan zindana düşmüşdür. Amma, su məmuru öz vədəsini unutdu. Ona görə də Yusif bir neçə il zindanda qalmalı oldu. O, bu müddəti səbir və dözümlə və Allahın onu unutmayacağına imanla dözdü.



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin