[Block: Content, no Border]



Yüklə 46 Kb.
tarix10.01.2022
ölçüsü46 Kb.
#110523
növüDərs

Intel® Təhsil Proqramı

Əsas Kurs

Layihələr əsasında tədrisin qiymətləndirilməsi

Bu gün sinfin qiymətləndirilməsinin aparılmasında başlıca məqsəd tədrisi yaxşılaşdırmaq və dərsi məlumatla təmin etməkdir. Qiymətləndirmə bir dəfə deyil layihə boyunca davamlı həyata keçirilən bir prosesdir. Əsaslı və davamlı qiymətləndirmə layihələrdə tədrisin əsasında durur və şagirdlərin müxtəlif üsullarla bildiklərini nümayiş etdirməyinə imkan yaradır. Qiymətləndirmə əqli səviyyənin yoxlanılması və ya məlumatların toplanmasından daha çox şagirdin bilik səviyyəsini inkişaf etdirmək üçün bir alət rolunu oynayır. Müəyyən bir dərs mövzusuna əlavə edilmiş qiymətləndirmə vasitəsilə müəllim şagirdlərin ehtiyacları barədə daha çox öyrənir və nailiyyətlərini yaxşılaşdırmaq üçün tədrisə düzəliş edə bilir..


Dərs boyunca müəllim sistemli şəkildə şagirdlərinin nəyi və necə öyrəndikləri barədə məlumat toplayır. Kiçik qrup müzakirələrinə qulaq asır, şagirdləri konstruktiv və qeyri-konstruktiv fəaliyyətlərə cəlb edərək onları müşahidə edir, şagirdlərlə işləyərək buna paralel olaraq onlara sual verir. Müəyyən bir dərs vahidindən öncə və bunun əsasında aparılan bu cür davamlı qiymətləndirmə formativ qiymətləndirmə adlanır. Müəllimlər dərsə düzəlişlər etmək və şagirdlərin layihə üzrə tapşırıqlara müntəzəm iştirakını təmin etmək üçün bu qiymətləndirmə işlərindən əldə olunan məlumatlardan istifadə edirlər. Müəllimlər bu məlumatların toplanması və nəzərdən keçirilməsinə şagirdləri müntəzəm şəkildə cəlb etməklə onların etibarlı, müstəqil təhsil almasına kömək edə bilirlər.

Dərsin yaxud layihənin sonunda aparılan summativ qiymətləndirmə. Müəllim və şagirdlər bu qiymətləndirmə işlərinə analitik nöqteyi-nəzərdən baxmaq üçün vaxt ayırdığı təqdirdə onlar faydalı məlumatlar əldə edir. Müəllimlər gələcək dərslərdə və növbəti şagird qrupları ilə dərs zamanı daha ətraflı bəhs etmək məqsədilə tədrisdəki boşluqları aşkar edə bilirlər.


Layihələr əsasında dərslərin qiymətləndirilməsi aşağıdakı məqsədlə aparılır:

  • Müxtəlif qiymətləndirmə strategiyalarından istifadə etmək;

  • Tədris müddəti ərzində qiymətləndirmədən istifadə etmək;

  • Dərsin mühüm məqsəd və vəzifələrini qiymətləndirmək;

  • Şagirdləri qiymətləndirmə prosesinə cəlb etmək.

Şagirdləri qiymətləndirmə prosesinə cəlb etmək üçün müəllimlər şagirdlərini aşağıdakılarla təmin etməlidir:



  • Lap başlanğıcdan açıq-aydın şəkildə əks olunmuş meyarlar;

  • Yüksək keyfiyyətli iş üçün nümunə və təlimatlar;

  • Özlərinin irəliləyişinə nəzarət etmək üçün imkanlar;

  • İşlərini yaxşılaşdırmaq üçün öz sinif yoldaşlarına konstruktiv rəy vermək və onların rəyini almaqla bağlı metodlar;

  • Öz proses və məhsulları üzərində refleksiya etmək və bunu yaxşılaşdırmaq üçün vaxt vermək;

  • Gələcək tədrisə dair qarşıya yeni məqsədlər qoymaqda onlara dəstək vermək.


1:1 Məsləhətlər: Tədqiqatlar göstərir ki, müəllimlər təkbətək sinif şəraitində şagirdlərinin öyrənmə prosesi haqqında daha çox öyrənirlər. (CARET, 2005). Şagirdlərin öz kompyuterlərindən istifadə etməklə onlar barədə nə kimi məlumatların toplana biləcəyi və şagirdin öyrənməsini yaxşılaşdırmaqda bu məlumatlardan necə istifadə edə biləcəyiniz barədə düşünün.

Ədəbiyyat siyahısı

Center for Applied Research in Educational Technology (CARET). (2005). Research Evidence. Available at http://caret.iste.org/index.cfm?fuseaction=evidence&answerID=2





Müəllif hüququ © 2008 Intel Korporasiyası. Bütün hüquqları qorunur. Page of


Yüklə 46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin