741) Gənc idmançılarda fiziki yükləmələr zamanı qanda xoşagəlməz dəyişikliklərə hansılar aiddir?
A) Qan laxtalanması göstəricisinin enməsi
B) Eozinofillərin yüksəlməsi
C) Eritrositlərin çökmə surətinin yüksəlməsi
D) Hemoqlobinin enməsi, retikulositlərin yüksəlməsi
E) Leykositlərin yüksəlməsi
Ədəbiyyat: Н.Д. Граевская, Т.И. Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва. 2004
742) İdmançıların orqanizminin fiziki yükləməyə adekvat reaksiya göstəricilərinə hansılar aiddir?
A) Nəbzin və arterial təzyiqin yükləmədən 5 dəqiqə sonra bərpası
B) Arterial təzyiqin artması
C) Ağ ciyərlərin həyatı həcminin azalması
D) Nəbzi təzyiqin artması
E) Sistolik arterial təzyiqin enməsi
Ədəbiyyat: Н.Д.Граевская, Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва. 2004
743) Marafon qaçışı ilə məşğul olan idmançıda sabit vəziyyətdə başlanğıc göstəriciləri normadadır. Yarış yükləməsindən sonra Hb-nin az miqdarda enməsi, qlükozanın 10% enməsi, laktatın 50% artması, sidik cövhərinin 40% artması müşahidə olunur. İdmançının məşqliyinin səviyyəsi necə qiymətləndirilir?
A) Yüksək
B) Kafi
C) Orta
D) Qeyri- kafi
E) Aşağı
Ədəbiyyat: Н.Д.Граевская,Т.И.Долматова, «Спортивная медицина», Курс лекций и практические занятия, Москва 2004
Dostları ilə paylaş: |