##book id= 91//book name= Mülki Müdafiə və tibbi biliklərin əsasları (buraxılış)


##num=12//level=1// sumtest=19 //name=Ağrısızlaşdırma. Tibbi köçürmə mərhələlərində reanimasiya. //



Yüklə 0,86 Mb.
səhifə12/26
tarix27.12.2018
ölçüsü0,86 Mb.
#86510
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

##num=12//level=1// sumtest=19 //name=Ağrısızlaşdırma. Tibbi köçürmə mərhələlərində reanimasiya. //


1. Yerli anesteziya zamanı mövcüd olan ağırlaşmaları təyin edin:

1 - görmə qabiliyyətinin müvəqqəti itməsi

2 – arterial təzyiqin enməsi (kollaps)

3 – mərkəzi sinir sistemin zədələnməsi (qıcolmalar, huşun itməsi)

4 – novokainin tətbiq olunan yerdə nekrozun əmələ gəlməsi

5 – anafilaktik şok

A) 2, 3, 4

B) 1, 2, 4

C) 2, 3, 5

D) 3, 4, 5

E) 1, 3, 4

2. Infiltrasion anesteziyada istifadə olunan maddələri təyin edin:

1 – omnopon məhlulu

2 – 5% - li qlukoza

3 – 5% - li sambrevin

4 – 0, 5 - 0, 25% - li novocain məhlulu

5 – dikain məhlulu

A) 5

B) 1

C) 4

D) 3

E) 2

3. Yerli anesteziyanın üstün cəhətlərini təyin edin:

1 - operasiya zamanı xəstə həkim ilə söhbət edə bilir

2 – ürəyin fəaliyyəti artır

3 – xüsusi əməliyyat hazırlığı lazım gəlmir

4 – xəstə çox tez yuxuya gedir

5 – yerli narkozun ağırlaşmaları çox qorxulu deyil

A) 3, 4, 5

B) 1, 2, 3

C) 2, 4, 5

D) 1, 3, 5

E) 1, 3, 4

4. Narkozdan sonra xəstənin çarpayıda düzgün vəziyyəti hansıdır?

1 - Başı yana əyilmiş, yastıq üzərində

2 - Uzanıqlı, yastıqsız

3 - Üzü aşağı, yastıq üzərində

4 - Başı yana əliymiş vəziyyətdə, yastıqsız

5 - Üzü aşağı, yastıqsız.

A) 4

B) 5

C) 1

D) 2

E) 3

5. Yerli keyitmədən sonra əməliyyat sahəsində qanaxmanı saxlamaq məqsədiylə nə edilməlidir?

1 - Palatanın havasını dəyişdirmək

2 - Əməliyyat sahəsinə buz qovuğunu qoymaq

3 - Xəstəyə yuxugətirici dərman vermək

4 - Xəstənin çarpayıda vəziyyətini dəyişdirmək

5 - Xəstəni sakitləşdirmək

A) 2

B) 5

C) 4

D) 3

E) 1

6. Ağciyər, ürək reanimasiyası zamanı qapalı masajı və tənəffüs iki adamla yerinə yetirilərsə nisbət necə olmalıdır?

1 - 5:1 (bir saniyə ara verməklə edilən hər 5 basmadan sonra 1 dəfə nəfəs verilir)

2 - 8:2 (8 dəfə basmadan sonra 2 dəfə nəfəs verilir)

3 - 15:1 (15 dəfə basmadan sonra 1 dəfə nəfəs verilir)

4 - 10:3 (10 dəfə basmadan sonra 3 dəfə nəfəs verilir)

5 - 3:2 ( 3 dəfə basmadan sonra 2 dəfə nəfəs verilir)

A) 5

B) 2

C) 1

D) 4

E) 3

7. İnhalyasion anesteziyada dərman maddələri hara yeridilir?

1 - Dəri altına

2 - Tənəffüs yoluna

3 - Dil altına

4 - Selikli qişalara

5 - Əzələ daxilinə

A) 3

B) 2

C) 5

D) 4

E) 1

8. Yerli anesteziyanın üstün cəhətləri hansıdır?

1 - Tənəffüs orqanalrının fəaliyyəti artır

2 - Əməliyyat hazırlığı lazım gəlmir

3 - Yalnız əməliyyət sahəsi anesteziya edilir

4 - Ürəyin fəaliyyəti artır

5 - Tənəffüs pozğunluğu zamanı istifadə oluna bilər

A) 2, 5

B) 3, 4

C) 1, 4

D) 2, 3

E) 4, 5

9. Reanimasiya tədbirlərinin düzgün aparılmasının əsas əlaməti hansıdır?

1 - Yuxu arteriyası üzərində nəbz vurğuları hiss olunur

2 - Xəstənin rəngi avazıyır

3 - Bəbəyin işığa reaksiyası bərpa olunur

4 - Göz bəbəkləri genişlənir

5 - Göz bəbəkləri daralır

6 - Tənəffüs bərpa olunur

7 - Periferik nəbzi olmur

A) 3, 4, 6, 7

B) 2, 3, 4, 5

C) 4, 5, 6, 7

D) 1, 3, 5, 6

E) 2, 4, 6, 7

10. Əməliyyatdan sonrakı dövrdə xəstə ilkin olaraq harada yerləşdirilir?

1 - Reanimasiya şöbəsində

2 - Ümumi palatada

3 - Əməliyyatdan sonrakı palatada

4 - Xəstəxanadan çıxarılır

5 - Təcrid palatasında

A) 4, 5

B) 2, 3

C) 1, 3

D) 3, 5

E) 2, 4

11. Dərialtı inyeksiyadan sonra inyeksiya yeri bərkidikdə hansı tədbir görülməlidir?

1 - Bərkiyən nahiyəyə isitqac qoymaq

2 - bərkiyən nahiyəyə 40% - li spirtlə isidici kompres qoymaq

3 - bərkiyən nahiyəyə buz qovuğu qoymaq

4 - bərkiyən nahiyəyə soyuq kompres qoymaq

5 - bərkiyən nahiyəyə isti kompres qoymaq

6 - bərkiyən nahiyəyə yod sürtmək

A) 1, 4, 5, 6

B) 2, 3, 4, 5

C) 3, 4, 5, 6

D) 1, 2, 5, 6

E) 2, 4, 5, 6

12. Əzələ daxilinə inyeksiyalar hansı məqsədlə edilir?

1 - Bəzi dərman maddələrinin dəri altına vurulması ağrılı olur

2 - dəri altına vurduqda qan damarlarını, sinirləri zədələmək təhlükəsi olmur

3 - əzələ daxilində dərmanın təsiri tez başlayır

4 - dərmanların tez və tam sorulmasına şərait yaradır

5 - dərialtı piy toxuması şişib, bərkiyə bilər

A) 3, 4, 5

B) 2, 4, 5

C) 1, 3, 4

D) 1, 2, 3

E) 2, 3, 4

13. Narkozun klinik gedişi hansı dövrə bölünür? Ardıcıllıqla göstərin

1 - Narkozdan ayılma dövrü

2 - Oyanma dövrü

3 - Cərrahi yuxu dövrü

4 - Analgeziya və huşun saxlanılması dövrü

A) 4, 2, 3, 1

B) 1, 2, 3, 4

C) 3, 1, 4, 2

D) 2, 4, 3, 1

E) 1, 3, 2, 4

14. Suda boğulan şəxsə ilk tibbi yardım hansı ardıcıllıqla göstərilməlidir?

1 - Ürəyin açıq masajı

2 - Sudan çıxarmaq, nəfəs yollarını və mədəni sudan azad etmək

3 - Ağciyərlərin süni ventilyasiyası

4 - Ürəyin qapalı masajı

5 - Ağız boşluğundan yad cismləri xaric edilməsi

6 - Dərman müalicəsi

A) 1, 2, 3, 5

B) 2, 3, 4, 1

C) 2, 5, 3, 4

D) 4, 5, 6, 2

E) 1, 4, 5, 3

15. Dərialtına iynə vurmaq qaydalarını ardıcıllıqla yazın.

1 - iynəni çıxartdıqdan sonra iynə yerini spirtlə silir və azca masaj edirlər

2 - dərini spirtlə silirlər

3 - sağ əllə şprisi götürür, iynəni və porşeni tuturlar

4 - sprisdə hava qabarcığı qalmışsa məhlulun hamısını dərinin altına buraxmayıb azca sprisdə saxlayırlar

5 - iynəni üçbucağın qaidəsinə 450 bucaq altında 1 - 2 sm dərinliyinə cəld batırırlar yavaş - yavaş məhlulu yeridirlər

6 - dərmanı yeritdikdən sonra iynəni tez çıxarırlar

7 - sol əllə dərini üçbucaq şəklində bükürlər

A) 7, 6, 4, 3, 2, 1, 5

B) 1, 4, 6, 7, 5, 2, 3

C) 2, 7, 3, 5, 4, 6, 1

D) 3, 4, 6, 7, 1, 2, 5

E) 1, 6, 5, 4, 3, 2, 7

16. Yanğın zamanı ilk tibbi yardımı ardıcıllıqla göstərin:

1 - yanmış adamı od tutmuş zonadan dərhal kənar etmək

2 - odun təsirini kəsmək (üstünə qalın bir şey atıb alovu söndürmək)

3 - paltarını və ayaqqabını çıxarmaq lazımdır

4 - dəriyə yapışmış alt paltarı zorla qoparmaq olmaz

5 - zərər çəkmiş çılpaq adamı steril döşək ağına bürümək, şoka qarşı adi tədbirlər görüb xəstəxanaya çatdırmaq

A) 4, 3, 2, 1, 5

B) 5, 3, 1, 2, 4

C) 5, 4, 1, 2, 3

D) 2, 1, 3, 4, 5

E) 3, 1, 5, 4, 2

17. Anesteziyanın hansı formaları var? Uyğunluğu tapın.

I – ümumi

II – yerli

III – inhalyasion

IV - qeyri - inhalyasion

1 - venadaxilinə vurulan narkoz

2 - tənəffüs yolu ilə verilən narkoz

3 - bədənin müəyyən hissəsinin keyləşdirilməsi

4 - xəstənin süni surətdə yatırılması, şüurun, ağrı hissinin tamamilə itməsi

A) I – 4, II – 3, III – 2, IV - 1

B) I – 2, II – 1, III – 3, IV - 4

C) I – 1, II – 2, III – 4, IV - 3

D) I – 3, II – 4, III – 1, IV - 2

E) I – 2, II – 4, III – 1, IV - 3

18. Sınıqlarda ümumi ağırlaşmalara aiddir: Uyğunluğu tapın

1 - piy emboliyası

2 - osteomielit

3 - yalançı oynaqlar

a - sınıq yerindən mikrobların keçməsi nəticəsində inkişaf edir

b - sınıq zamanı sümük qırıntıları birləşmir, bunların arasında əzələlər, yumşaq toxumlar inkişaf edir və sınmış hissə daim hərəkətdə olur

c - piy hissəcikləri dağılmış qan damarlarına daxil olur

A) düzgün uyğunluq yoxdur

B) 1 - a, 2 - c, 3 - b

C) 1 - c, 2 - b, 3 - a

D) 1 - c, 2 - a, 3 - b

E) 1 - b, 2 - c, 3 - a

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin