Mehmandar rayon məhkəməsinə
Ərizəçi: Soyadova Adigözəl Soyad qızı,
Ünvan: Bakı şəh., ___________ qəsəbəsi, ________ küç,
ev _______, mənzil _______
Maraqlı şəxs: Mehmandar rayon VVADQ İdarəsi
ƏRİZƏ
(soyadın dəyişdirilməsi barədə)
Mən Soyadova (Adıgözəlova) Adigözəl Soyad qızı 07.05.1957-ci ildə anadan olmuş və valideynlərimin "Adıgözəlova" soyadını daşımağa başlamışam. AR qanunvericiliyinə uyğun olaraq ailə həyatı qurduqdan sonra keçmiş həyat yoldaşımın soyadını qəbul etmişəm. Keçmiş həyat yoldaşımla aramızda münasibətlər pisləşdiyi üçün 31.03.2004-cü ildə nikahımızı pozmuşuq. Bundan sonra 27.08.2009-cu il tarixdə ____________ rayon VVADQ idarəsinə müraciət edərək əvvəlki soyadıma qayıtmaq istədiyimi bildirmiş lakin qeydiyyat idarəsi əsassız olaraq belə bir qeydiyyatın aparılmasından imtina edib. Qeyd etmək istəyirəm ki, Qeydiyyat idarəsinin soyadın dəyişdirilməsinin həyata keçirilməsindən imtina üçün əsas gətirdiyi “Vətəndaşların soyadlarının, adlarının, və ata adlarının dəyişdirilməsi ilə əlaqədar vəsatətlərinə baxılma qaydası haqqında” Əsasnamədə açıq aydın göstərilir ki, ər və ya arvad nikahdan əvvəlki soyadını qaytara bilər. Qeydiyyat idarəsi bunu nəzərə almadan soyadın dəyişdirilməsindən imtina etmiş və belə bir dəyişikliyin həyata keçirilməsinin mümkün olmadığını qeyd etmişdir. Qeyd etmək istəyirəm ki, soyadımın dəyişdirilməsi mənim hüququmdur və heç kim bunu məhdudlaşdıra və ya mənim əlimdən ala bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Vətəndaşların soyadlarının, adlarının, və ata adlarının dəyişdirilməsi ilə əlaqədar vəsatətlərinə baxılma qaydası haqqında” Əsasnamənin müddəalarını, Ailə Məcəlləsinin 189-cu maddəsini, Mülki Məcəllənin 26-cı maddəsini, MPM-nin 339-cu maddəsini rəhbər tutaraq
Xahiş edirəm:
Mənim soyadımın dəyişdirilərək Adıgözəlova olması barədə qətnamə qət edəsiniz. Qətnamənin icrasını Mehmandar rayonu Vətəndaş Vəziyyətləri Aktlarının Dövlət Qeydiyyat Idarəsinə həvalə edəsiniz.
İddia ərizəsinə əlavə olunan sənədlərin siyahısı:
-
Nikahın pozulması haqqında şəhadətnamənin surəti;
-
doğum haqqında şəhadətnamənin surəti;
-
Yaşayış yerindən arayış;
-
Qeydiyyat idarəsinin cavabı;
-
ərizənin surəti;
-
dövlət rüsumunun ödənilməsi haqqında qəbz;
-
şəxsiyyət vəsiqəsinin surəti.
Tarix:
İmza: Soyadova (Adıgözəlova) Adigözəl Soyad qızı
Dostları ilə paylaş: |