Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat



Yüklə 1,21 Mb.
səhifə29/66
tarix10.08.2022
ölçüsü1,21 Mb.
#117518
1   ...   25   26   27   28   29   30   31   32   ...   66
Budce Hesablar plani ve telimat (1)

21 №-li «Sair xərclər» hesabı

    Bu hesab üzrə aşağıdakı subhesablar açıla bilər:

    • 210 «Bölüşdürüləsi xərclər»;

    • 211 «Xüsusi vəsaitlər üzrə xərclər»;

    • 212 «Xüsusi vəsaitlər hesabına kapital qoyuluşu və avadanlıq alınması üzrə xərclər»;

    • 213 «Sair vəsaitlər üzrə xərclər»;

    • 214 «Yeni təsərrüfatçılıq şəraitində idarələrin saxlanması xərcləri»;

    • 215 «Büdcədənkənar fondlar hesabına xərclər»;

    • 216 «Büdcədənkənar fondlar hesabına kapital qoyuluşlarına xərclər»;

    • 217 «İstehsal fəaliyyəti üçün vəsaitlər hesabına xərclər»;

    • 218 «Sosial müdafiə fondunun vəsaitləri hesabına pensiya və posobiyaların (müavinətlərin) ödənişləri üzrə xərclər»;

    • 219 «Aztəminatlı ailələrin uşaqlarına verilən müavinətlər üzrə xərclər».

    210 №-li «Bölüşdürüləsi xərclər» subhesabında hesabat dövrünün sonunda konkret növ işlərə (obyektlərə) məhsul və məmulatların maya dəyərinə daxil edilməsi mümkün olmayan məsrəflərin qalıq məbləğləri əks etdirilir.
    Bölüşdürülməyə nəzərdə tutulmuş xərclər ay ərzində 210 №-li subhesabın debetində və müvafiq subhesabların kreditində əks etdirilir.
    Ayın sonunda bu xərclər müəyyən olunmuş qaydada bölüşdürülür. Yardımçı kənd təsərrüfatı və istehsalat (tədris) emalatxanalarında qaimə xərcləri ilin sonunda bölüşdürülür.
    Qaimə xərcləri konkret şəraitdən asılı olaraq istehsalat işçilərinin, elmi işçilərin və i.a. əmək haqqına və ya xərclənmiş materiallara və ya birbaşa məsrəflərin toplusuna mütənasib olaraq bölüşdürülür (bu bölüşdürmələrdən hər hansı biri idarə tərəfindən qəbul edildikdə özlərinin uçot siyasətində öz əksini tapır).
    Bölüşdürüləsi xərclər 210 №-li subhesabın kreditindən 08, 20, 21 №-li hesabların müvafiq subhesablarının debetinə silinir.
    Bu subhesab üzrə analitik uçot çoxsütunlu kartlarda aparılır.
    211 №-li «Xüsusi vəsaitlər üzrə xərclər» subhesabında rüblük hesabatlarda xüsusi vəsaitlər üzrə xərclərin, illik hesabatlarda isə xüsusi vəsaitlər üzrə gəlirlərdən artıq xərclərin məbləği, həmçinin yardımçı kənd təsərrüfatı və istehsalat (tədris) emalatxanalarının bitməmiş istehsalat üzrə məsrəfləri əks etdirilir.
    Xərclənmiş materialların, pul vəsaitlərinin və digər xərclərin məbləği 211 №-li subhesabın debetində və «Material ehtiyatları», «Pul vəsaitləri», «Hesablaşmalar» hesablarının müvafiq subhesablarının kreditində əks etdirilir. İlin sonunda il ərzində çəkilmiş xərclərin ümumi məbləği 211 №-li subhesabın kreditindən 400 №-li subhesabın debetində silinir.
    Xərclərin analitik uçotu xüsusi vəsaitlərin növləri və xərc maddələri üzrə 297-b №-li xüsusi vəsaitlərin uçotu kitabında, mərkəzləşdirilimş mühasibatlıqlarda isə bu xərclərin uçotu həm də hər bir xidmət edilən idarə üzrə aparılır.
    Xərclərin uçotu çoxsütunlu kartlarda həyata keçirilə bilər.
    212 №-li «Xüsusi vəsaitlər hesabına kapital qoyuluşu və avadanlıq alınması üzrə xərclər» subhesabında aşağıdakılar əks etdirilir:

    • xüsusi vəsaitlər hesabına yeni tikintilərə, avadanlıqların alınmasına və quraşdırılmasına sərf edilən məsrəflər;

    • tədris müəssisələrinin və elmi-tədqiqat idarələrinin maddi-texniki bazasının genişləndirilməsi və möhkəmləndirilməsi üçün daxil olan vəsaitlər hesabına yeni tikintilərə, avadanlıqların alınmasına və quraşdırılmasına sərf edilən məsrəflər;

    • digər büdcədənkənar vəsaitlər hesabına yeni tikintilərə sərf edilən məsrəflər;

    • burxılan məhsulun (avadanlıq və inventarın alınmasına, tikintiyə kapital qoyuluşuna) maya dəyərinə aid edilməyən istehsalat (tədris) emalatxanalarının, yardımçı kənd təsərrüfatı və tədris-təcrübə təsərrüfatlarının məsrəfləri. Məhsulun maya dəyərinə daxil olan istehsalat emalatxanalarının, yardımçı kənd təsərrüfatının məsrəfləri, həmçinin təsərrüfat müqaviləli elmi-tədqiqat işlərinin yerinə yetirilməməsi üzrə məsrəflər 08 №-li hesabın müvafiq subhesablarında uçota alınır.

    İlin sonunda, tamamlanmış və istismara verilmiş obyektlər üzrə məsrəflər, həmçinin buraxılan məhsulun maya dəyərinə aid edilməyən digər məsrəflər 212 №-li subhesabın kreditindən 400, 246 №-li subhesabların debetinə silinirlər. Tamamlanmamış və tamamlanmış, lakin istismara verilməmiş tikinti və quraşdırılma obyektləri üzrə məsrəflər 212 №-li subhesab üzrə balansda qalırlar.
    Bu subhesab üzrə analitik uçot əmlakın (qiymətlilərin) uçot kartı forma № 1Q-də aparılır.
    213 №-li «Sair vəsaitlər üzrə xərclər» subhesabında büdcəkənar vəsaitlər hesabına xərclər, həmçinin keçmiş illərdə smeta üzrə edilən qənaət hesabına faktiki xərclər əks etdirilir. Bu xərclər ilin axırında müvafiq fondlara silinərək göstərilən hesab bağlanılır. Bu subhesabda, həmçinin yerli inzibati təşkilatların əlavə maliyyə resursları fondunun vəsaitləri hesabına xərclər və digər tədbirlər üçün xərclər əks etdirilir.
    İl ərzində 213 №-li subhesabın debetində toplanan xərclər ilin sonunda 176, 238, 240, 246 №-li subhesabların debetinə silinməklə bağlanılır.
    Qəzet və jurnallar üzrə abunə xərcləri müqavilələr və digər təsdiqedici sənədlər əsasında birbaşa 20 və 21 №-li sintetik hesabların müvafiq subhesablarının debetinə silinir.
    Xərclərin analitik uçotu ayrı-ayrı təşkilatların (sifarişçilərin) və tədbirlərin bölməsində çoxsütunlu kartlarda aparılır.
    214 №-li «Yeni təsərrüfatçılıq şəraitində idarənin saxlanması xərcləri» subhesabında yeni təsərrüfat mexanizminə keçmiş idarə və təşkilatların istehsalat və sosial-inkişaf fondunun və maddi həvəsləndirmə fondunun vəsaitləri hesabına həyata keçirilən idarənin saxlanması üçün, iş və xidmətlərin yerinə yetirilməsi üçün faktiki məsrəflər, əmək haqqına çəkilən məsrəflər, maddi və ona bərabər tutulan məsrəflər uçota alınır. Bu zaman 214 №-li subhesabın debetinə və «Material ehtiyatları», «Pul vəsaitləri», «Hesablaşmalar» və b. uçot bölmələrinin müvafiq subhesablarının kreditinə mühasibat yazılışı verilir.
    214 №-li subhesab üzrə faktiki xərclərin uçotu bütövlükdə büdcə təşkilatları üçün xərc maddələri bölməsində, yaranan fondlara, material və ona bərabər tutulan məsrəflərə müvafiq olaraq sonradan təşkilatın bölməsində qruplaşan bütün daxilolmaların mənbələri hesabına aparılır.
    Faktiki xərclərin analitik uçotu bu təlimata uyğun olaraq müvafiq subhesablarda aparılır. İl tamam olduqdan sonra faktiki xərclər müvafiq fondların, maddi və ona bərabər tutulan məsrəflərin azalmasına silinir və 214 №-li subhesabın kreditində və müvafiq olaraq 240, 241, 246 və 249 №-li subhesabların debetində əks etdirilir.
    215 №-li «Büdcədənkənar fondlar hesabına xərclər» subhesabında nazirliklər, baş idarələr və icra hakimiyyəti orqanları tərəfindən qəbul olunmuş qaydada yaradılmış büdcədənkənar fondlar hesabına xərclər əks etdirilir. İl tamam olduqdan sonra, 215 №-li subhesab üzrə il ərzində çəkilmiş xərclər 272 №-li subhesabın debetinə silmək yolu ilə bağlanılır.
    215 №-li subhesab üzrə əməliyyatların analitik uçotu büdcə təsnifatının hər bir tədbiri və xərc maddələri üzrə əmlakın (qiymətlilərin) uçot kartı forma № 1Q-də aparılır.
    216 №-li «Büdcədən kənar fondlar hesabına kapital qoyuluşlarına xərclər» subhesabında hökumət orqanlarının büdcədənkənar fondları hesabına kapital qoyuluşlarına çəkilən xərclər uçota alınır. Tamamlanmış və istismara verilmiş obyektlər üzrə məsrəflər il ərzində 216 №-li subhesabda toplanır və ilin sonunda 272 №-li subhesabın debetinə silinir.
    216 №-li subhesab üzrə podrat üsulu ilə həyata keçirilən tikintiyə məsrəflərin analitik uçotu hər bir obyekt üzrə əmlakın (qiymətlilərin) uçot kartı forma № 1Q-də aparılır, təsərrüfat üsulu ilə həyata keçirilənlər isə — hər bir obyekt üzrə ayrılıqda, məsrəf elementlərinə: əmək haqqı, materiallar, digər birbaşa məsrəflər və qaimə xərclərinə bölüşdürülməklə aparılır. Tikinti işlərinin uçotu və quraşdırma üzrə işlərin uçotu ayrı-ayrı aparılır.
    217 №-li «İstehsal fəaliyyəti üçün vəsaitlər hesabına xərclər» subhesabında ancaq rüblər ərzində tədris müəssisələrinin istehsalat fəaliyyəti üçün gəlirlərindən ayırmalar hesabına xərclər göstərilir.
    217 №-li subhesabın debetinə, müəyyən olunmuş qaydada, ayrı-ayrı tədbirlərə xərclənmiş məbləğlər yazılır, bu zaman 111, 120 №-li və b. subhesablar kreditləşirlər. İlin sonunda faktiki çəkilmiş xərclərin məbləği 217 №-li subhesabın kreditindən 402 №-li «Texniki peşə məktəblərinin istehsalat fəaliyyətindən gəlirlər» subhesabın debetinə silinir.
    217 №-li subhesab üzrə analitik uçot tədbirlərin növləri üzrə çoxsütunlu kartalarda aparılır.
    218 №-li «Sosial müdafiə fondunun vəsaitləri hesabına pensiya və posobiyaların (müavinətlərin) ödənişləri üzrə xərclər» subhesabında Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Fondunun vəsaitləri hesabına pensiya və posobiyaların (müavinətlərin) ödənişinə çəkilmiş faktiki xərclər uçota alınır.
    219 №-li «Aztəminatlı ailələrin uşaqlarına verilən müavinətlər üzrə xərclər» subhesabında valideynləri aliment ödənişindən qaçmaları ilə əlaqədar məhkəmənin qərarı ilə daxili işlər orqanları tərəfindən axtarılan həddi-büluğa çatmamış uşaqlara müvəqqəti müavinətlərin ödənişi üzrə xərclər uçota alınır. Bu subhesab əhalinin sosial müdafiəsi orqanlarında tətbiq olunur.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin