Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat


№-li «İşçilər və təqaüdçülərlə hesablaşmalar» hesabı



Yüklə 1,21 Mb.
səhifə26/66
tarix10.08.2022
ölçüsü1,21 Mb.
#117518
1   ...   22   23   24   25   26   27   28   29   ...   66
Budce Hesablar plani ve telimat (1)

18 №-li «İşçilər və təqaüdçülərlə hesablaşmalar» hesabı

    Bu hesabda əmək ödənişləri, müvəqqəti əmək qabiliyyəti itirildiyi üçün uşaqlara qulluğa görə və sair müavinətlər, maddi yardımlar, mükafatlar, habelə təqaüdlər üzrə hesablanılmış məbləğlər əks etdirilir.
    18 №-li «İşçilər və təqaüdçülərlə hesablaşmalar» hesabı üzrə aşağıdakı subhesabları açıla bilər:

    • 180 «İşçilərlə hesablaşmalar»;

    • 181 «Təqaüdçülərlə hesablaşmalar»;

    • 182 «Kreditə götürülmüş əmtəələrə görə işçilərlə hesablaşmalar»;

    • 183 «Əmanət banklarına qoyuluşlar üçün nağdsız köçürmələr üzrə işçilərlə hesablaşmalar»;

    • 184 «Sığorta orqanlarına könüllü sığortaları üçün nağdsız köçürmələr üzrə işçilərlə hesablaşmalar»;

    • 185 «Həmkarlar ittifaqlarına üzvlük haqlarının ödənilməsi üçün nağdsız köçürmələr üzrə işçilərlə hesablaşmalar»;

    • 186 «Bank ssudaları üzrə işçilərlə hesablaşmalar»;

    • 187 «İcra vərəqələri və sair tutulmalar üzrə işçilərlə hesablaşmalar»;

    • 189 «Görülən işlərə görə sair hesablaşmalar».

    180 №-li «İşçilərlə hesablaşmalar» subhesabında əmək ödənişləri, müvəqqəti əmək qabiliyyəti itirildiyi üçün uşaqlara qulluğa görə və sair müavinətlər, maddi yardımlar, mükafatlar və digər əmək ödənişləri üzrə hesablanmış məbləğlər əks etdirilir.
    Əmək ödənişləri və müavinətlər ayda bir dəfə hesablanır və uçotda ayın sonuncu günü əks etdirilir.
    Əmək haqları əsasən aşağıdakı sənədlər əsasında hesablanılır:

    • işçilərin işə qəbulu, işdən azad edilməsi, iş yerlərinin (vəzifələrinin) dəyişdirilməsi barədə idarə rəhbərinin əmrləri (əmrlərdə ştat cədvəli üzrə işçilərin əmək haqları, tarif dərəcələri və digər əmək ödənişləri normaları öz əksini tapmalıdır);

    • iş vaxtının uçotunu özündə əks etdirən tabellər (tabellərdə işçilərin işə davamiyyəti dəqiq göstərilməlidir);

    • işçilərin ştat cədvəlləri və digər normativ sənədlər.

    Tabellər üzrə iş vaxtının uçotu idarə rəhbərinin əmri ilə həvalə edilmiş şəxs tərəfindən aparılır. İdarə rəhbərinin razılığı ilə tabellər sexlərdə, şöbələrdə, laboratoriyalarda, kafedralarda və digər struktur bölmələrdə işçilərin işə davamiyyəti üzrə tərtib edilə bilər. Belə hallarda struktur bölmənin rəhbərləri tabel uçotunun düzgünlüyünə cavabdeh olurlar.
    Tabellər hər ay müəyyən edilmiş müddətlərdə doldurulur, müvafiq şəxslər tərəfindən imzalanır və əmək haqqının hesablanması üçün mühasibatlığa təhvil verilir.
    Əmək ödənişləri üzrə hesablaşmalar, bir qayda olaraq, şəxsi hesab forma № 1şh-də həyata keçirilir. Sonra hesablaşma-ödəmə cədvəli forma № 1höc-ə köçürülür və ödənilir.
    Ayın birinci yarısı üçün işçilərə planlı qaydada avans verilir. Planlı qaydada avans müəyyən olunmuş qaydada tutulası vergilərin məbləği çıxılmaqla aylıq əmək haqqının 50%-i həcmində verilir.
    Ödənişin müddəti qurtardıqdan sonra hesablaşma-ödəmə cədvəlində, əmək haqqını almamış şəxslərin familiyalarının qarşısında kassir «deponentləşdirilib» qeydiyyatı aparmalıdır və deponentləşdirilmiş məbləğlərin reyestrini tərtib etməlidir. Cədvəlin sonunda kassir faktiki ödənilmiş məbləğlər və alınmamış əmək haqqının məbləği haqda qeydlər etməlidir, bu məbləğləri hesablaşma-ödəmə cədvəllərinin ümumi yekunu ilə tutuşdurmalıdır və yazılışı öz imzası ilə təsdiq etməlidir. Əgər pullar kassir tərəfindən deyil, digər şəxs tərəfindən verilibsə, onda cədvəldə əlavə olaraq (Pulu cədvəl üzrə veribdir — vəzifəsi, imzası, imzanın şərhi) yazılış edilir.
    Ödəniş və hesablaşma ödəniş cədvəllərində kassir tərəfindən edilmiş qeydlərin ciddi yoxlanışından verilmiş və deponentləşdirilmiş məbləğlərin hesablanmasından sonra, verilmiş əmək haqqı məbləğlərinə, müəyyən olunmuş qaydada rəsmiyyətə salınan və kassa mədaxil və məxaric sənədlərinin qeydiyyatı jurnalında qeydiyyata alınan kassa-məxaric orderi tərtib olunur. Hesablaşma-ödəmə cədvəllərində kassa üzrə pulların silinməsi həyata keçirilmiş «kassa-məxaric orderi»nin tarixi və nömrəsi qoyulur.
    Deponentləşdirilmiş məbləğlər əmək haqqının verilməsi müddətindən sonrakı gün bankın cari büdcə hesabına təhvil verilir və verilmiş məbləğlərə «kassa məxaric orderi» tərtib edilir.
    Ştatda olan və ştatdankənar işçilərə hesablanmış əmək haqqı və müavinətlər 180 №-li subhesabın kreditinə və 08, 20, 21, 17 №-li hesabların müvafiq subhesablarının, 158, 198 №-li subhesabların debetində əks etdirilir.
    Ödənilmiş əmək haqqı və müavinətlərin məbləğləri, müəyyən olunmuş qaydada həyata keçirilmiş tutulmalar 180 №-li subhesabın debetində və 17, 18 №-li hesabların müvafiq subhesablarının, 198, 120, 160 №-li subhesabların kreditində əks etdirilir.
    Xəstəlik vərəqələri ayrıca qovluğa tikilir və ilin əvvəlindən xronoloji qaydada nömrələnir. Hər bir vərəqədə hesablaşma-ödəmə cədvəllərinin nömrələri göstərilir.
    181 №-li «Təqaüdçülərlə hesablaşmalar» subhesabında ali məktəblərdə, texnikumlarda, texniki peşə məktəblərində, məktəblərdə, kurslarda, elmi-tədqiqat idarələrində və başqa təhsil müəssisələrində tələbələrə, aspirantlara, doktorantlara və digər təhsil alanlara verilən təqaüdlər üzrə hesablaşmalar əks etdirilir.
    Təqaüdlər idarə rəhbərinin əmrinə əsasən ayda bir dəfə hesablanır və ödənilir. Təqaüdlər hesablandıqda 181 №-li subhesabın kreditinə, ödəndikdə və onlardan müəyyən tutulmalar həyata keçirildikdə isə həmin hesabın debetinə yazılır.
    182 №-li «Kreditə götürülmüş əmtəələrə görə fəhlə və qulluqçularla hesablaşmalar» subhesabında idarələrin ticarət təşkilatlarından alıb fəhlə və qulluqçulara kredit kimi verdikləri əmtəələrə görə fəhlə və qulluqçuların əmək haqqından tutulan məbləğlər əks etdirilir.
    Kreditə götürülmüş əmtəələrə görə işçilərin əmək ödənişlərindən tutulmuş məbləğlər 180 №-li subhesabın debetində və 182 №-li subhesabın kreditində əks etdirilir. Cari büdcə hesablarında ticarət təşkilatlarına köçürülmüş məbləğlər 182 №-li subhesabın debetində və 09, 10, 11 №-li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir.
    Kreditə götürülmüş əmtəələrə görə işçilərin əmək ödənişlərindən tutulmuş məbləğlər üzrə hesablaşmaların analitik uçotu Əmlakın (qiymətlilərin) uçot kartı forma № 1Q-də aparılır.
    183 №-li «Əmanət banklarına qoyuluşlar üçün nağdsız köçürmələr üzrə işçilərlə hesablaşmalar» subhesabında əmək ödənişlərini əmanət banklarına qoyuluş üçün nağdsız köçürmək istəyən işçilərə hesablanmış ümumi əmək ödənişlərindən onların ərizəsinə əsasən tutulan məbləğlər əks etdirilir.
    Əmanətlər üzrə hesablara köçürmək üçün işçilərin əmək haqlarından tutulmuş məbləğlər 180 №-li subhesabın debetində və 183 №-li subhesabın kreditində əks etdirilir. 183 №-li subhesabın debetində bankdakı fəhlə və qulluqçuların əmanətləri üzrə hesablara köçürülmüş məbləğlər əks etdirilir. Bu zaman 09, 10, 11 №-li hesabların müvafiq subhesabları kreditləşir.
    Bu subhesab üzrə analitik uçot Əmlakın (qiymətlilərin) uçot kartı forma № 1Q-də aparılır.
    184 №-li «Sığorta orqanlarına könüllü sığortalar üçün nağdsız köçürmələr üzrə işçilərlə hesablaşmalar» subhesabında işçilərin könüllü sığorta müqavilələri əsasında sığorta orqanları ilə nağdsız hesablaşma üzrə sığorta haqlarının ödənilməsi üçün əmək haqlarından tutulan məbləğlər əks etdirilirlər.
    İşçilərin əmək ödənişlərindən sığorta haqlarının tutulması və onların sığorta orqanlarının hesablarına köçürülməsi müəyyən olunmuş qaydada sığorta agenti tərəfindən idarənin mühasibatlığına verilmiş siyahı və tapşırıqlar əsasında həyata keçirilir.
    Əmək ödənişlərindən tutulmuş məbləğlər 184 №-li subhesabın kreditində və 180 №-li subhesabın debetində əks etdirilir.
    Sığorta orqanının hesabına cari və büdcə hesabından köçürülmüş məbləğlər 184 №-li subhesabın debetində və 09, 10, 11 №-li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir.
    184 №-li subhesab üzrə analitik uçot Əmlakın (qiymətlilərin) uçot kartı forma № 1Q-də aparılır.
    185 №-li «Həmkarlar ittifaqlarına üzvlük haqlarının ödənilməsi üçün işçilərlə hesablaşmalar» subhesabında həmkarlar təşkilatları ilə hesablaşmalar üzrə işçilərin və təqaüdçülərin əmək ödənişlərindən tutulan üzvülük haqları əks etdirilir.
    Üzvülük haqları işçilərin yazılı ərizələrinə əsasən onlara hesablanmış əmək ödənişlərindən tutulur və nağdsız köçürmələrlə həmkarlar ittifaqına köçürülür. Həmkarlar ittifaqına üzvülük haqlarının ödənişi üçün əmək ödənişlərindən tutulan məbləğlər 180, 181 №-li subhesabların debetində və 185 №-li subhesabın kreditində əks etdirilir.
    Cari və hesablaşma hesablarından köçürülmüş məbləğlər 185 №-li subhesabın debetində və 09, 10, 11 №-li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir.
    186 №-li «Bank ssudaları üzrə işçilərlə hesablaşmalar» subhesabında bank idarəsindən, qüvvədə olan qaydaya müvafiq olaraq alınmış ssudanın ödənilməsi üçün işçilərin əmək ödənişlərindən tutulmuş məbləğlər əks etdirilir.
    Ssudanın ödənilməsi üçün işçilərin əmək ödənişlərindən tutulmuş məbləğlər 180 №-li subhesabın debetində və 186 №-li subhesabın kreditində əks etdirilirlər.
    Cari və hesablaşma hesablarından köçürülmüş məbləğlər 186 №-li subhesabın debetində və 09, 10, 11 №-li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir.
    Əmək ödənişlərindən tutulmuş məbləğlər üzrə işçilərlə hesablaşmaların analitik uçotu Əmlakın (qiymətlilərin) uçot kartı forma № 1Q-də aparılır.
    187 №-li «İcra vərəqələri və sair tutulmalar üzrə hesablaşmalar» subhesabında icra vərəqələri və digər sənədlər üzrə əmək ödənişlərindən və təqaüdlərdən tutulan məbləğlər əks etdirilir.
    İcra vərəqələri və digər sənədlər üzrə əmək haqqı və təqaüdlərdən tutulan məbləğlər müvafiq 180, 181 №-li subhesabların debetində və 187 №-li subhesabın kreditində əks etdirilir.
    Cari büdcə hesabından köçürülmüş məbləğlər 187 №-li subhesabın debetində və 09, 10, 11 №-li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir.
    İcra vərəqələri və digər sənədlər əsasında tutulmalar üzrə işçilərlə hesablaşmaların analitik uçotu Əmlakın (qiymətlilərin) uçot kartı forma № 1Q-də aparılır.
    189 №-li «Görülən işlərə görə sair hesablaşmalar» subhesabında televiziya və radio verilişlərində müqavilələr və birdəfəlik sifarişlər üzrə mütəxəssislərin işlərinə və çıxışlarına görə ştatdankənar tərkibə (bəstəkarlara, artistlərə, müəlliflərə) ödənilən qonorarın məbləğləri üzrə hesablaşmalar əks etdirilir.
    Hesablanmış qonorarın məbləğləri 20, 21 №-li hesabların müvafiq subhesablarının debetində və 189 №-li subhesabın kreditində əks etdirilir. 189 №-li subhesabın debetində müəyyən olunmuş qaydada tutulan vergilər və ödənilmiş qonorar məbləğləri əks etdirilir.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin