Səs xəlq olundu canibi-Pərvərdigaridən
Əl çəkmərəm Hüseyn, mən Özüm yaruvəm
sənin.
Bu qəmsərayi-eşqidə qəmxarünəm sənin
Hüseyn, qoymurlar gər ziyarətüvə Əhli-beytini
Ərvahi-ənbiya ilə zəvvarinəm sənin
Eşqin bir olsun, at nəzərindən Rüqəyyəni
Mən saxlaram o tiflüvi, nigəhdarinəm sənin.
Hədislərdə deyilir ki, İmam Hüseynin qəbri daima mələklər və peyğəmbərlərin ziyarətgahıdır.Belə ki, bir anda olsun belə ora mələk və peyğəmbərsiz qalmır.
İmam Hüseynin (ə) zəvvarını mələklər, Peyğəmbər (s), xanım Zəhra (s) və eləcə də bütün imamlar dua edirlər. Həmin şəxs ziyarət məqsədilə evindən çıxıb evinə qayıdanadək Allahın nəzarəti altında olar. İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin ziyarətinə getməyəsən. Əgər belə eləsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni Peyğəmbər, Fatimə, Əli və bütün imamların dua etdiyi şəxslərin sırasında görməsini istəmirsən?» O həzrət başqa bir hədisdə buyurur: «Mühəmməd qızı Fatimə Hüseyni ziyarət etməyə gəlmiş şəxsin yanında hazır olub onun üçün Allahdan bağışlanmasını diləyər».
Əziz oxucular, Xanım Zəhranın (s) duasının qəbul edilməməsi mümkündürmü? Buna görə də hədisdə deyilir ki, Kərbəla ziyarətindən gələn şəxsin bütün günahları bağışlanar.
İmam Hüseynin ziyarətinin həm dünyəvi, həm də axirət mənfəəti vardır. Dünya mənfəətləri bunlardır:
1.Allah onun hacətlərini həyata keçirər.
2.Allah onun ruzisini bol edər və riayət üçün xərclədiyini müxtəlif vasitələrlə ona yetirər.
3.Allah onun 50 illik günahlarını, xeyr, bütün günahlarını bağışlayar və o, ziyarətdən evinə günahsız qayıdar.
4.İmam Hüseynin (ə) ziyarətinə gedən şəxs səfərdə olduğu müddətdə vəfat edərsə, mələklər enib ona qüsl verər, Cənnət qapıları onun üzünə açılar və qiyamətədək onun ruhu orada qalar.
5.Kərbəla ziyarətinə gedən şəxsin ziyarətdə olduğu günlər həmin şəxsin ömründən sayılmaz.
Qeyd etdiyimiz bütün bunların hamısı hədislərdə göstərilmişdir.
İmam Hüseyni (ə) ziyarət etməyin axirət mənfəətlərinə gəldikdə isə aşağıdakı hədisə diqqət yetirmək kifayətdir. İmam Sadiq (ə) buyurur: «Peyğəmbər Hüseyn uşaq olarkən ona baxıb buyurmuşdur: Kim mənim bu uşağımı ziyarət edərsə, Allah ona bizim bir həcc savabından verər. Aişə o həzrətdən soruşur ki, ya Rəsulullah, bir həcc savabı? O həzrət buyurur, yox, iki həcc savabı. Aişə soruşur ki, iki həcc savabı? Peyğəmbər buyurur ki, yox, dörd həcc savabı.Aişə hər dəfə soruşduqda Peyğəmbər doxsan həcc savabına qədər ona savab verdi». Bəli, məhz belə də olmalıdır. Çünki bu dini gətirən Həzrət Mühəmmədddirsə (s), onu yaşadan İmam Hüseyndir (ə). Necə ki, o həzrət Kərbəlada Kufə qoşununa xitabən bunu özü buyurmuşdur: «Əgər cəddimin dini mənim ölümümlə yaşayacaqsa, onda ey qılınclar, parçalayın məni!»
Dostları ilə paylaş: |