Damənim gərdi məzəmmət be hiç ünvan görməz Bütün bunları nəzərə alaraq İmam Hüseyn (ə) Mədinədən Məkkəyə doğru hicrət edir. Şeyx Abdulla Əlanın fikri də məhz budur. Yezid hakimiyyətə qəsbi yolla gəlmişdisə, İmam Hüseynin (ə) Allah tərəfindən təyin olunmuş haqqı idi ki, hakimiyyətə gəlsin. Bunu şəxsən Müaviyənin özü də bilirdi. İmam Həsənlə (ə) sülh bağlayan Müaviyə sülh qətnaməsinin bəndlərindən birində özündən sonra İmam Həsənin (ə), əgər o, həyata olmazsa, onda qardaşı İmam Hüseynin (ə) hakimiyyətə gələcəyini qəbul edərək şəxsən imzalamışdı. Lakin sonradan həmin sülh qətnaməsini camaatın gözü qarşısında minbərdə ayağı altına ataraq daha onun qüvvədə olmadığını bildirir. Bunu tarix təsdiqləyir, tarixi isə danmaq və ya təhrif etmək qeyri-mümkündür. Öncə qeyd etdiyimiz kimi Əlinin (ə) adının çəkilməsi belə qadağan edilmişdi. Əgər Müaviyənin imkanı olsaydı, Peyğəmbərin (s) də adının çəkilməsini qadağan edərdi.