Əgər hər hansı hesablama prosesinin alqoritmini təşkil edən addımlar yazıldıqları ardıcıllıqla yerinə yetirilərsə, belə hesablama proseslərinə xətti hesablama prosesləri deyilir.
Xətti hesablama proseslərini C ++ dilində proqramlaşdırdıqda daxiletmə və xaricetmə operatorları istifadə olunur.
Adətən proqram 4 hissədən ibarətdir:
C++ dilinin giriş-çıxış operatorları C++ dilinin hər bir operatoru nöqtə vergül işarəsi ilə sona çatır. Sonunda nöqtə vergül işarəsi qoyulan ixtiyari ifadə operator kimi qəbul edilir. Çox vaxt operator-ifadə heç bir qiymət qaytarmayan funksiyaların çağırılması üçün istifadə olunur. Eləcə də operator-ifadə funksiya çağırışı ilə yanaşı, mənimsəmə ifadəsi ola bilir. Mənimsəmələr əməliyyatlara aid olduğundan və bunlar ifadələrin formalaşdırılmasında istifadə olunduğundan C++ dilində ayrıca mənimsəmə operatoru yoxdur. Burada mənimsəmə operatoru operator-ifadənin xüsusi halıdır.
Operatorun xüsusi halı boş operatordur. Bu operator boş sətrin sonunda nöqtə vergül işarəsinin qoyulması ilə alınır. Boş operator heç bir əməliyyat yerinə yetirmir.
Hər bir operatorun qarşısında, ondan iki nöqtə işarəsi ilə ayrılan nişan qoyula bilər. Nişan kimi istifadəçi tərəfindən seçilən ixtiyari simvollar ardıcıllığından istifadə olunur. Məsələn 5:y=7; ABC:x=4x; və s.
Boş operatorun da qarşısında nişan qoymaq mümkün olduğundan, boş operatorların köməyi ilə proqramın ixtiyari yerində nişanlar qoymaq olar.
Fiqurlu mötərizələr daxilində verilən operatorlar ardıcıllığına qurma operator deyilir. Əgər fiqurlu mötərizələr daxilində verilən operatorlar ardıcıllığı arasında təyin etmələr və təsvirlər varsa, onda qurma operator bloka çevrilir. Burada blok da, qurma operatorda müstəqil operator rolunu oynayır. Lakin blokun, qurma operatorun sonunda nöqtə vergül işarəsi qoyulmur, onlar fiqurlu mötərizələrlə məhdudlanır. Blokun və qurma operatorun daxilindəki bütün operatorların sonunda nöqtə vergül işarəsi qoyulur. Məsələn,
{int a; char b= ‘0’ ; a=(int)b;} (blok), func(z+1.0,22); e=4x-1;} (qurma operator)
C++ dilində proqrmlaşdırma zamanı stdio.h faylı ilə daxil edilən C dilinin standart kitabxanasının giriş-çıxış vasitələrindən istifadə etməklə yanaşı C++ dilinin öz giriş-çıxış vasitələrindən də istifadə etmək olar. Bu iostream.h faylı ilə daxil edilən siniflər kitabxanasıdır. C/C++ dillərində giriş-çıxış əməliyyatları axın anlayışı ilə bağlıdır. Axın- giriş-çıxış prosesində ötürülən bayt ardıcıllığıdır. Axın hər hansı xarici qurğu və ya diskdəki faylla əlaqələnməlidir, yəni axın hər hansı qurğuya və ya fayla yönəldilməlidir.
C++ dilində iostream.h (stream-axın, “i” input-giriş sözünün, “o”-isə output-çıxış sözünün qısaldılmasıdır) başlıq faylı buradakı giriş-çıxış vasitələri ilə verilənlərin axından çıxarılmasını və axına daxil edilməsini təmin edir. Axınla informasiya mübadiləsi zamanı çox vaxt əsas yaddaşın köməkçi hissəsindən-axın buferindən istifadə olunur.
Proqramın çıxaracığı verilənlər, xarici qurğuya ötürülənə qədər buferdə yerləşdirilirlər. Eləcə də verilənlərin daxil edilməsi zamanı, onlar əvvəl buferdə yerləşdirilir və yalnız bundan sonra yerinə yetirilən proqramın yaddaş oblastına ötürülürlər.Bu kitabxanada obyekt kimi aşağıdakı standart simvol axınları müəyyən edilib:
cin-klaviaturadan giriş üçün standart axın;
cout-ekrana çıxış üçün standart axın
Verilənlərin daxil edilməsi cin axınından verilənlərin çıxarılması və uyğun dəyişənlərə mənimsədilməsi kimi ifadə olunur. C++ dilində standart axından çıxarış əməliyyatı müəyyən olunub və bu əməliyyat işarəsi ilə ifadə olunur. Məsələn, x dəyişənin qiymətləri daxil edilməsi, cin x; operatoru ilə yerinə yetirilir.
Verilənlərin çıxarılması isə cout standart axınına çıxarılan qiymətlərin yerləşdirilməsi kimi ifadə olunur. Burada ikiqat dırnaq işarəsi arasında mətnlər və ifadə qiymətləri çıxarıla bilər. Axına yerləşdirilmə əməliyyatı işarəsi ilə göstərilir.
Məsələn.
cout<< a+b; cout <<’’ \n cavab = “ < cout <<’’ x=’’ < Yuxarıda baxdığımız misalı C++ dilinin giriş-çıxış axınları vasitəsilə aşağıdakı qaydada yaza bilərik.
#include #include using namespace std; main ( ) {float a,b,c,p,s; cout << “ \na=’’ ; cin >>a; cout <<’’\nb= “ ; cin >>b; cout <<’’\nc= “; cin >>c; p= (a+b+c)/2; s=sqrt (p* (p-a)*(p-b)*p-c); cout << “\ns=” < } Hesablamalar üçün operatorun sağ tərəfində hesablanan cəbri ifadə yazılır, bərabər işarəsinin sol tərəfində isə nəticəni mənimsəyən dəyişənin adı yazılır. Məsələn: c=a+b // a və b dəyişənlərin cəmini c dəyişəninə yazmaq.