C dilində proqramlaşdırma



Yüklə 0,81 Mb.
səhifə18/27
tarix31.05.2022
ölçüsü0,81 Mb.
#116442
1   ...   14   15   16   17   18   19   20   21   ...   27
c muhazire Nailə Allahverdi

do-while dövr operatoru


Bəzən elə hallar olur ki, dövrü heç olmasa bir dəfə yerinə yetirib, sonra isə müəyyən şərt əsasında onu davam etdirmək lazımdır. Bundan ötrü do-while dövr operatorundan istifadə olunur. Burada, əvvəlcə dövrün gövdəsindəki operatorlar yerinə yetirilir, sonra şərt yoxlanılır, yəni şərt axırda yoxlanılır.


Misal. Natural ədədi daxil edərək onun rəqəmlərin cəmini hesablayıb ekranda əks etdirmək tələb
olunur. Proqramı elə təşkil etmək lazımdır ki, mənfi və ya sıfır ədədi daxil etmək mümkün olmasın.

İstənilən proqram elə yazılmalıdır ki, düzgün olmayan verilənləri proqrama daxil etmək mümkün olmasın. Belə ki, istifadəçi səhv verilənləri bir neçə dəfə daxil edə bilər, ona görə də müəyyən şərt əsasında dövr təşkil olunmalıdır. Digər tərəfdən, ədədi heç olmasa bir dəfə daxil etmək lazımdır. Ona görə də do-while dövr operatorundan istifadə olunmalıdır.


Əvvəlki proqramdan fərqli olaraq indi hər addımda bölmə qalığını təyin etmək lazımdır. Ədədin sonuncu rəqəmi onun 10-a bölmə qalığına bərabərdir. Qalıqları aldıqca onları əlavə dəyişənin içində cəmləmək lazımdır.
#include #include main ()
{
intN, sum; // sum – rəqəmlərincəmidir
sum =0; // əvvəlcə cəmisıfırlaşdırırıq
do { // dövrünbaşlığı
printf ( “\nNatural ededi daxil edin: “) ; scanf ( “%d”, &N ) ;
}
while ( N <=0); // dövrün şərti (hələ ki N <=0)
while ( N > 0 ) { sum +=N % 10 ; N /=10 ;
}
printf ( “Verilmis ededde reqemlerin cemi beraberdir %d\n”, sum ) ; getch () ;
}



  • Əgər dövrdəki təkrarlamaların sayı qabaqcadan məlum deyilsə, onda do-while dövr operatorundan istifadəedilir;

  • Dövr başlıqdan (do), gövdədən və həlledici şərtdənibarətdir;

  • while sözündən sonra mötərizələrin içində şərt yazılır. Hələ ki şərt doğrudur, dövr davam edir, əgər şərt yalan olursa, dövr öz işinidayandırır;

  • şərt dövrün sonunda yoxlanılır, yəni dövr heç olmasa bir dəfətəkrarlanır.

  • Əgər şərt heç vaxt yalan olmursa, onda dövr sonsuz davam edir. Bu ciddi məntiqi səhvdir.

  • Dövrün gövdəsi fiqur mötərizələr içində yazılır. Əgər gövdədə bir operator varsa, onda mötərizələr lazımdeyil.

  • Dövrün gövdəsində digər operatorlar, həmçinin dövrlər də olabilər.

  • Proqramı asanlıqla başa düşmək üçün dövrün gövdəsi mötərizələrlə birlikdə 2-3 simvol sağasürüşdürülür.




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin