C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­


Bəşəriyyətin müasir qlobal sosial-iqtisadi problemləri



Yüklə 2,89 Mb.
səhifə107/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   114
C fakepathelave vesait

15.4.Bəşəriyyətin müasir qlobal sosial-iqtisadi problemləri


Dünya iqtisadiyyatı tədricən vahid bir təsərrüfat sis­temi kimi formalaşmaq istiqamətində irəlilədikcə, bə­şəriy­yətin qayğı və problemləri də yeni məna kəsb edərək, ümumbəşəri yaxud qlobal xarakter alır. Planetimiz, burada yaşayan xalqların və millətlərin böyüklüyündən – kiçik­li­yin­dən asılı olmayaraq, onların iqtisadi-sosial inkişaf sə­viy­yəsini, dini məsuliyyətlərini, siyasi-ictimai görüşlərini nəzərə almadan, hamının ümumi evidir. Bu ümumi evdə yaşayanlar isə getdikcə daha çox sərhəd və ölkə tanı­ma­yan, hər birinin iqtisadi maraqları, sağlamlığı, mənəvi-əxlaqi dəyərləri, təhlükəsizliyi ilə bağlı real qlobal prob­lemlərlə üzləşirlər.
Müasir qlobal sosial-iqtisadi problemlər və bunla­rın acılı-şirinli çoxcəhətli nəticələri əhəmiyyətinə, kəskin­liyinə, həlli zəruriliyinə görə bütövlükdə cəmiyyətin indiki insanlarının, habelə onun gələcək nəsillərinin taleyi üçün həyati əhəmiyyət kəsb edir. Ona görə də bu problemlərin hamılıqla dərk olunub, həlli yollarının axtarışında, dünya­nın bütün xalqlarının maraqları nəzərə alınmalıdır. Təsa­dü­fi deyildir ki, XX əsrin 60-70-ci illərindən başlayaraq, bəşəriyyəti hədələyən qlobal problemlər barəsində geniş müzakirələr keçirildi, diskussiyalar aparıldı, görkəmli alim və mütəxəssislər «həyacan təbili» çaldılar. Ümumi fikir isə bundan ibarət oldu ki, qlobal problemlər bütün bə­şə­riyyətə aiddir, bunlar müasir sivilizasiya üçün təhlükə ya­radır, həmin problemlər bir-biri ilə əlaqədardır, nəhayət həlli üçün dünya ölkələrinin birgə səyləri tələb olunur.
Mürəkkəb və ziddiyyətli proseslər doğuran qlobal iqtisadi-sosial problemlər, dünyanın ahəngdar inkişaf ge­di­şini pozur, ayrı-ayrı ölkələrin qeyri-bərabər inkişafını dərinləşdirir, milli iqtisadiyyatların təsərrüfat həyatı idarə­çiliyində sərt dəyişikliklər yaradır, istehsal amillərinin müəy­yən qrupların əlində təmərküzləşməsini sürətlən­di­rir, ətraf mühitin çirkləndirilməsi davam edir, beynəlxalq miq­yasda dövlətlərə qarşı ikili siyasət, yaxud ayrı-seçkilik xət­ti yeridilir.
XX əsrin sonu və XXI əsrin birinci onilliyində, bə­şə­riyyətin qarşılaşdığı iqtisadi-sosial problemlər sıra­sında aşağıdakıları göstərmək olar:

  1. Sülh, tərksilah və ümumi təhlükəsizliyin təmin edil­məsi.

  2. Ərzaq və yanacaq-enerji təchizatı.

  3. Elm və texnika sahəsində birgə əməkdaşlıq.

  4. Təbii fəlakətlərə qarşı birgə mübarizə.

  5. Xarici borclar məsələsi.

  6. Davamlı inkişaf və insan potensialından səmərəli istifadə.

7.Ətraf mühitin qorunması və ekologiya prob­lem­lə­ri.
Bəşəriyyətin ümumi hərbi təhlükəsizliyinin təmin olunması, dünyada sülh və tərksilah, iqtisadiyyatın hər­­bi­ləşdirilməsinin (mi­li­­ta­ri­st­lə­şd­ir­il­mə­sinin) qar­şı­sı­nın qətiyyətlə alınması, şübhəsiz müasir dövrün ən aktual, ha­be­lə insanları narahat edən qlobal sosial-iqtisadi prob­lem­lə­rindən biridir. Böyük iqtisadi resurslar, maliyyə vasi­tələri, intelektual imkanlar hesabına yaradılmış ən müasir kütləvi qırğın silahları arsenalı, bəşəriyyətin və Planetin gə­lə­cəyini hədələyən ciddi təhlükədir.
Müasir dövrdə bəşəriyyətin yoxsulluq, işsizlik, küt­ləvi xəstəliklər, terrorçuluq, narkomaniya, ekologiya kimi sosial-iqtisadi problemlərlə üz-üzə dayandığı bir şəraitdə, dünya dövlətlərinin açıq və gizli mənbələr hesabına hər il hərbi məqsədlərə bir neçə trilyon dollar xərcləmələri, habelə silah ticarəti dövriyyəsinin 50 milyard dollar təşkil etməsi, Planetin gələcəyi üçün fəlakət törədə bilər. Çünki, adi bir təsadüf nəticəsində başlana biləcək naqişələrin gələcək hansı böyük müharibələrə gətirib çıxaracağını, atom-­nüvə silahlarından istifadənin zəncirvari hərbi, iqti­sa­di-sosial nəticələrini düzgün qiymətləndirməmək siyasi korluq, iqtisadi kütlük, mənəvi-əxlaqi pozğunluqdur.
Hazırda dünyanın 200-dən artıq ölkəsinin 140-a ya­xı­nının nizami ordusu vardır. Mütəxəssislərin hesab­la­ma­la­rına görə 30 milyondan artıq əsgər və zabit hərbi qul­luq­da­dır. Onları silah, ərzaq, paltar və digər təyinatlı məh­sul-xidmətlərə təmin etmək üçün 60 milyon nəfər mülki və­tən­daş müxtəlif sahələrdə çalışır. İndi dünyanın 10-dan çox ölkəsinin atom-nüvə tipli silahı və 20-yə yaxın dövlə­tinin isə bu cür silahları hazırlamaq üçün texniki, maliyyə, intellektual imkanları vardır.
Ölkənin hərbi xərclərini zəruri müdafiə həddində saxlayan Avstriya, İsveçrə, Yaponiya, İsveç, Finlandiya kimi ölkələrin təcrübəsi və onların əhalisinin həyat səviy­yəsinin başqaları ilə müqayisəli təhlili göstərir ki, döv­lət­lərin hərbi xərclərinin artan həcmləri, iqtisadi-sosial prob­lemlərin həlli yolunda ciddi maneədir.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin