CAVAB: xeyli əlavə iqtisadi mənfəətə
339)İqtisadiyyatın dövlət tənzimlənməsinin metodlarını müəyyən edərkən dövlətin təyin etdiyi normativ metod nəyə əsaslanır?
CAVAB: Normativ metod - dövlət normalar təyin etməklə normativlər işləyib hazırla-
yır və bununla da tənzimləmədə onu əsas kimi götürür. Məsələn: minimal əmək haqqı
özü bir norma olub digər əmək haqqılar ona əsasən təyin edilir.
340)Iqtisadiyyatın dövlət tənzimlənməsinin başlıca məqsədi nədir?
CAVAB: dövlətin cəmiyyətin və əhalinin mənafeyini müdafiə etməkdir
341)Hansı səbəbdən bazar mexanizmi cəmiyyətin ümumi tələbatını ödəyə bilməz?
CAVAB: Çoxlu müsbət cəhətlərinə baxmayaraq bazar iqtisadiyyatı bütün iqtisadi və sosial prosesləri avtomatik surətdə tənzimləmək imkanına malik deyildir. Dünya təcrübəsi göstərir ki, təkcə bazar mexanizmi cəmiyyətin ümumi tələbatını ödəyə bilməz. O, gəlirin sosial ədalət prinsipi əsasında bölgüsünü təmin etmir, ətraf mühitin mühafizəsinə və imkansız əhali təbəqəsinin mühafizəsinə yönəmlənmir. Sahibkar kifayət qədər yüksək mənfəət gətirməyən sahələrə və layihələrə sərmayə qoymaq istəmir, hansıki onlar cəmiyyət üçün olduqca zəruridir, dəyərlidir. Əslində, ideal bazar iqtisadiyyatı modeli də ölkənin müxtəlif iqtisadi və sosial problemlərinin həlli üçün dövlət tənzimlənməsi mexanizmindən istifadə olunmasını nəzərdə tutur.
342)Aşağıdakılardan hansı bazar iqtisadiyyatına keçid dövründə dövlətin yerinə yetirməli olduğu funksiyalardan biri deyil? Aid olanlar:
1. Zəruri normativ-hüquqi baza yaratmalıdır.
2.Ölkədə lazımi qayda qanunu və milli təhlükəsizliyi təmin etməlidir.
3.Makroiqtisadi sabitliyi təmin etməlidir.
4.Əhalinin sosial müdafiəsini təmin etməlidir.
5.Sağlam rəqabəti qoruyub saxlamalıdır
343)Iqtisadiyyatı yelkənli gəmiyə hansı iqtisadçı bənzədir?
Cavab: V.İ.Leontyev
344)Dövlət öz tənzimləyici rol və funksiyalarından istifadə etməsi zərurəti nədən irəli gəlir?
CAVAB: bu obyektiv zəruriyyət bazar iqtisadiyyatının mahiyyətindən irəli gəlir
345)Nələr ictimai istehsalın tənzimlənməsində dövlətin rolunun artmasına obyektiv zəmin yaradır?
1.Məhsulun keyfiyyəti və rəqabət qabiliyyətinin artması
2.Müasir iqtisadi fəaliyyət miqyasının genişlənməsi
3. Korporativ mədəniyyətin yaranması və formalaşması
4.Daxili və beynəlxalq təsərrüfat əlaqələrinin çətinləşməsi
5.Işçi heyətinin idarə olunmasında yeni prinsip və metodlardan istifadə
CAVAB: 2 və 4
346)İnflyasiyanın neçə növü mövcuddur?
CAVAB: 3
347)İqtisadiyyatın dövlət tənzimlənməsinin metodlarını müəyyən edərkən dövlətin təyin etdiyi sosial metod nəyə əsaslanır?
CAVAB: əhalinin sosial müdafiəsini təmin etməyə.
348)Bazar iqtisadiyyatı şəraitində dövlət nə zaman sahibkarlıq fəaliyyətinə və bütövlükdə iqtisadiyyata müdaxilə etməlidir?
CAVAB: müəyyən şərait və zəmin olanda
349)İqtisadiyyatın dövlət tənzimlənməsinin başlıca məqsədlərindən deyil:
CAVAB
AİD OLANLAR: dövlətin, cəmiyyətin və əhalinin mənafeyini müdafiə etməkdir
Dostları ilə paylaş: |