D230 blokunda seysmik tədqiqat layihəsi ilə bağlı modelləşdirmə üçün 2 dağılma ssenarisi müəyyənləşdirilmişdir. Bu ssenarilərə seysmik tədqiqat gəmisinin dizel yanacağı ehtiyatının və sürtkü yağı ehtiyatının tədqiqat sahəsi daxilində və tədqiqat sahəsinin hüdudlarından kənarda bir sıra yerlərdə tam dağılması daxildir.
Bundan başqa, ssenarilər aşağıdakı kimi müəyyənləşdirilir:
800 ton gəmi dizel yanacağının anidən dəniz suyunun səthinə dağılması (ən pis ssenari variantı).
22m3 mühərrik sürtkü yağının anidən dəniz suyunun səthinə dağılması.
Gəmi dizel yanacağının və sürtkü yağının aqibətləri dağılmadan sonra 100 gün müddət üçün modelləşdirilmişdir.