Coğrafi məlumatlar sistemi(GİS)



Yüklə 47 Kb.
səhifə2/3
tarix24.11.2023
ölçüsü47 Kb.
#134009
1   2   3
Mövzu 13

TİN təsviri(təqdimatı)
TIN (trianqulyasiyalı nizamsız şəbəkə-ingilis dilində)- səthin vektorlu təsviridir.Trianqulyasi-ya-təpələri nöqtə olan qarşılıqlı kəsişməyən üçbucaqların yaranma prosesidir.Relyef bu zaman çoxüzlü səthlər kimi təqdim edilir.Delonun kriteriyaları üzrə trianqulyasiyadan daha tez-tez istifadə edilir-ixtiyari üçbucağın təpələrindən keçməklə həmin üçbucağın xaricinə çəkilən çevrənin hüdudlarına digər təpə nöqtələrindən heç biri düşmür.Belə trianqulyasiyada yaranan üçbucaqların tərəfləri max.dərəcədə bərabərliyə yaxınlaşır.Trianqulyasiya modelinin üstün və fərqli xüsusiyyəti odur ki,onda başlanğıc məlumatlar dəyişdirilmir.Bu belə modellərdən hərtərəfli təhlil üçün istifadə etməyə imkan verir və digər interpolyasiya metodlarından istifadə etməklə alınan modelə təsir edəcək əlavə xətalar yoxdur.
Səthlərin verilmə formaları-səthlərin rəqəmli modeli dedikdə səthiin üzərində yerləşən və onu təşkil edən ixtiyari nöqtələrdən hər biri üçün həmin nöqtələrdə səviyyə qiymətlərinin sözsüz təyin edilməsi başa düşülür.Səthlərin rəqəmli modeli ilə onların təsvir formalarını fərqləndirmək vacibdir.Rəqəmli modeldən fərqli olaraq səthlərin təsvir formaları həmin təsviri vizuallaşdırır.
Səthin təsvirinin əsas və ənənəvi metodu-izoxətlər üsuludur.İzoxətlər eyni səviyyəli göstəri-cilərə malik xətlərdir və ya səthlərin horizontal kəsimini əks etdirir.Kəsim bərabəraralıqlı və təxmini ola bilər.GİS-də izoxətlərin təsvirində xətlər primitivindən istifadə edilir.Hər bir belə xətt atribut kimi izoxətlərin göstəricilərini əks etdirir.İzoxət üsulunun müxtəlif görüntülü səthlərin izokonturlar şəklində təqdim edilməsi-göstərilməsidir.İzokonturlar-2 qonşu izoxətlərlə hüdudlanan sahədir.Bu zaman səthləri təyin ediləcək sahə diskret zonalar yığımına bölünür və hər bir zona izokonturdur.GİS-də izokonturların təsviri üçün sahə primitivi olan poliqonlardan istifadə edilir.Hər bir poliqona atributlar kimi başlanğıc və son səviyyələr verilir.Nizamlı şəbəkənin(gridlərin) rəqəmli xəritə şəklində vizuallaşdırılması üçün rastr üsulundan da istifadə edilir.Yanaşmanın mahiyyəti ondan ibarətdir ki,şəbəkənin hər bir qovşağı-düyünün pikselləri müəyyən rənglərlə fərləndirilir.Hər bir nöqtədə sahə göstəriciləri qonşu nöqtələrə görə interpolyasiya edilir.Bu zaman rəng şkalasının qradiyenti vacibdir.
Müasir geoinformasiya sistemindən istifadə səthlərin üçölçülü vizualizasiyasını icra etməyə imkan verir.Bu xüsusilə relyefin rəqəmli modelinin vizuallaşdırılması üçün aktualdır. Belə vizuallaşdırma zamanı müxtəlif məsələlərinhəlli üçün TİN və GRİD təqdimatlarından istifadə edilir.

Yüklə 47 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin