Çoxlu miqdarda buruq sularının səthə axıdılması nəticəsində həm də qrunt sularının səviyyəsinin qalxması və torpağın



Yüklə 19,21 Kb.
səhifə1/4
tarix02.02.2023
ölçüsü19,21 Kb.
#122896
  1   2   3   4
Neftin hasilatı


Neftin hasilatı, nəqli və
Azərbaycanın neftlə çirklənmiş torpaqları.
Torpağın neft və neft tullantıları ilə çirklənməsi əsasən Abşeron yarımadasında baş verir. Neft məhsullarının və
çoxlu miqdarda buruq sularının səthə axıdılması nəticəsində həm də qrunt sularının səviyyəsinin qalxması və torpağın
təkrar şorlaşmasına səbəb olur. Abşeronda neft yataqlarının düzgün istismar olunmaması 10 illər ərzində ətraf
mühitin mühafizəsi üzrə elementar tələblərə riayət etmədən neft çıxarılması, neft, qaz, kimyəvi maddələr, güclü minerallaşmış
və radioaktiv çirkli suların yerin səthinə axıdılması Abşeron yarımadasının ayrı-ayrı landşaft sahələrinin
çirklənməsinə və pozulmasına səbəb olmuşdur (20 min ha). 100 ildən də artıq olan bir dövrdə neft və neft tərkibli çirkab
sularının adsorbsiyası, filtrasiyası və landşaftın ayrı-ayrı komponentlərinin çirklənməsi baş vermişdir.
Məlum məlumatlara görə (Maqribi, 1998) 1995-ci il üçün Abşeron yarımadasında 7000 neft quyusu mövcuddur,
onun demək olar ki, 5000-i fəaliyyət göstərir, qalanı isə fəaliyyətdə deyildir. Abşeron yarımadası daxilində
neft istehsalı sənayesi 20 min ha ərazidə yerləşir, onun 10 min ha-rı çirklənmiş və ya lay suları və neft axıdılmışdır,
onun 8000 ha-ı çirklənmiş torpaqlar, qalanı isə su hövzələridir. Neftin torpağın dərin qatlarına daxil
olması qravitasiya axını ilə olur.
Neftin mikroelement tərkibi müxtəlif olur. Ekoloji baxımdan mikroelementlər toksik və qeyri toksik olur.
Qeyri toksik və ya zəif toksik elementlərə Fe, Al, Mn, Ca, Mo, P aid olub, neft külünün əsas hissəsini təşkil
edir. V, Ni, Co, Pb, Cu, Y, As yüksək konsentrasiyalı olduqda biosenoza toksik təsir göstərə bilər. Abşeron yarımadasında
ən toksik elementlər B, Mo, Hg, Al, Pb, Cl, Y, Se, Fe, S, Na, Mg sayılır. Onlardan yüksək konsentrasiya
klarkına B və Mo aiddir. (Budaqov, Əhmədov, 1989). Çirklənmə dərəcəsinə görə torpaqlar zəif, orta və tamam çirklənmiş olur (Həkimova, 2002), Sabunçu, Binəqədi,

Yüklə 19,21 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin