suda həll olan birləşmələrdir. Mövcud məlumata əsasən Abşeron yarımadasında 1 mln. ton neft istehsal etdikdə, 25 mln. ton buruq suları səthə yığılır. Onların da tərkibində 15-17 min ton üzvi turşuların duzları, mineral duzlar, ağır metallar və radioaktiv maddələr vardır. Miqrasiya edən komponentlərin yeraltı sulara qarışması, onlarda həll olması həmin suların keyfiyyətinə mənfi təsir göstərir. Q.Ş. Məmmədov və Q.Ş. Yaqubov (1999) apardığı tədqiqatlar nəticəsində Abşeronda neftə bulaşmış torpaqların təsnifatını hazırlamış və onların rekultivasiyası üzrə tədbirlər təklif etmişlər. Q.Ş.Yaqubov (2003) Abşeronda yayılmış neftlə çirklənmiş torpaqların rekultivasiyasını 3 mərhələdə aparılmasını təklif edir. I-Hazırlıq mərhələsində neftlə çirklənmiş torpaqlar tədqiq olunur, yerləri müəyyənləşdirilir, çirklənmiş torpaqlardan nümunələr götürülüb fiziki –kimyəvi, aqrokimyəvi göstəriciləri təyin olunur, rekultivasiya məqsədilə kənardan gətiriləcək torpaq və süxurların həcmi hesablanır. II. Texniki rekultivasiya aparmaq məqsədilə neftlə çirklənmiş sahələr üç qrupa ayrılır. I qrup – çox zəif və zəif dərəcədə çirklənmiş və sadə rekultivasiya texnologiyasına ehtiyacı olan torpaqlar (yerlər), II qrup – ortadan aşağı və orta dərəcədə çirklənmiş, nisbətən mürəkkəb rekultivasiya işləri nəzərdə tutulur. III qrup – yüksək və çox yüksək dərəcədə çirklənmiş, mürəkkəb rekultivasiya texnologiyası tələb edən torpaqlar – üçüncü növbədə rekultivasiya aparılması nəzərdə tutulur. I qrupa aid çirklənmiş torpaqlar zəif də olsa yerli bitkilərlə örtülmüşdür. Belə sahələrdə ilk növbədə istismarı dayandırılmış, yeraltı və yerüstü kommunikasiyalardan, beton özüllərdən və başqa tullantılardan təmizləmə və səthi hamarlama işləri həyata keçirilir, sonra isə bitumlaşmış növlərdə 15-20 sm qalınlığında doğrama şumu