Cü IL tarixində əlavə edilmişdir 1 Qan dövranı sistemi neçə yerə bölünür?


) Miokard infarktında ağrı tutmasından neçə müddət sonra mioqlobinin konsentrasiyası artır?



Yüklə 3,32 Mb.
səhifə15/32
tarix14.06.2018
ölçüsü3,32 Mb.
#53671
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

534) Miokard infarktında ağrı tutmasından neçə müddət sonra mioqlobinin konsentrasiyası artır?

A) 18-12 saat

B) 4-6 saat

C) 0,5-2 saat

D) 8-10 saat

E) 6-8 saat


Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004 - С. 397-478.
535) Aşağıdakılardan hansı miokard infarktlı xəstələrin EKQ-də işemik zədələnmə zonasını göstərir?

A) QRS kompleksinin dəyişməsi

B) T dişciyinin dəyişməsi

C) ST intervalının qalxması

D) U dişciyinin dəyişməsi

E) QT intervalının uzanması


Ədəbiyyat: Амосова Е.Н. Клиническая кардиология. Киев, 1997 - Т.1 - С. 338-395.
536) Ön-çəpər-zirvə lokalizasiyalı miokard infarktı zamanı xarakterik dəyişikliklər hansı EKQ aparmalarında qeyd edilir?

A) I, aVL, V1, V2, V3, V4, V5, V6

B) II, III, aVF

C) I, aVL, V1, V2, V3

D) I, aVL, V1, V2, V3, V4

E) II, III, aVF, V5, V6


Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004 - С. 397-478.
537) Aşağı lokalizasiyalı miokard infarktı olan xəstələrdə səciyyəvi dəyişikliklər hansı EKQ aparmalarında qeyd edilir?

A) I, aVL, V1, V2, V3

B) I, aVL, V4, V5, V6

C) I, aVL, V1, V2, V3, V4

D) II, III, aVF

E) II, III, aVF, V5, V6


Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004 - С. 397-478.
538) Aşağı-yan lokalizasiyalı miokard infarktı olan xəstələrdə səciyyəvi dəyişikliklər hansı EKQ aparmalarında qeyd edilir?

A) I, aVL, V1, V2, V3, V4

B) II, III, aVF, V5, V6

C) I, aVL, V1, V2, V3, V4, V5, V6

D) I, aVL, V1, V2, V3

E) I, III, aVF


Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004 - С. 397-478.
539) V1-V2 aparmalarında ST seqmentinin depressiyası və müsbət T dişi ilə birgə R dişinin hündürlüyünün və eninin qısa müddətdə artması nəyi göstərir?

A) sağ mədəciyin miokard infarktını

B) ön çəpər miokard infarktını

C) miokardın kiçik ocaqlı infarktını

D) arxa-bazal miokard infarktını

E) His dəstəsinin sağ ayaqcığının blokadasını


Ədəbiyyat: Орлов В.Н. Руководство по электрокардиографии. - 5-е стер. Изд. - М.: «Медицинское информационное агентство», 2006
540) Aşağıda qeyd olunanlardan hansı miokardın aşağı infarktı olan xəstələrdə yanaşı olaraq sağ mədəciyin infarktının olduğunu göstərə bilər?

A) V4R aparmasında ST seqmentinin elevasiyası

B) V1-V2 aparmalarında R dişinin hündürlüyünün və eninin artması

C) V4-V5 aparmalarında ST seqmentinin depressiyası

D) I, aVL, V3-V4 aparmalarında R dişinin hündürlüyünün və eninin artması

E) aVR aparmasında R dişinin hündürlüyünün və eninin artması


Ədəbiyyat: Орлов В.Н. Руководство по электрокардиографии. - 5-е стер. Изд. - М.: «Медицинское информационное агентство», 2006
541) Miokardın oksiqenə tələbatı nə ilə müəyyən olunur?

1. miokarddaxili gərginliyin ölçüsü ilə

2. vurğu həcmi ilə

3. ürək əzələsinin yığılması ilə (onun inotropizm həddi ilə)

4. ümumi damar müqaviməti ilə

5. ürək vurğularinin sayı ilə
A) 1, 2, 4

B) 3, 4, 5

C) 2, 3, 4

D) 2, 3, 5

E) 1, 3, 5
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр54
542) Arterial təzyiqin səviyyəsinin korreksiyası və tütün çəkməkdən imtina etmə hansı xəstəliklərin azalmasıyla müşayiət olunur?
A) hipertrofik kardiomiopatiya və qəfləti ölüm tezliyinin

B) dilatasion kardiomiopatiya və kəskin koronar sindromun tezliyinin

C) aorta qapağının stenozunun və Prinsmetal stenokardiyasının tezliyinin

D) stabil stenokardiya və mitral qapagın catışmazlığının tezliyinin

E) təkrari miokard infarktın və qəfləti ölüm tezliyinin
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
543) Hansı xəstəlikdə trombositar hemostazın aktivləşməsi (damardaxili trombun əmələ gəlməsi, həmçinin, trombdan və aterosklerotik piləgdən qopan hissəsi ilə distal yerləşmiş tac damarın embollarla tutulması) baş verir?
A) Hipertoniya xəstəliyinin II-III dərəcəsində

B) Dilatasion kardiomiopatiyada

C) Kəskin miokard infarktda

D) Miokarditdə

E) Vazospastik stenokardiyada
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 380
544) Miokardın işemiyasında meydana gələn stenokardiya tutmalarında ağrı hissiyatının formalaşmasında hansı faktorlarun rolu yoxdur?
A) Prostasiklinlərin və Са2+ və Na+ ionlarının miqdarı ilə tənzimlənən spesifik ağrı reseptorlarının fərdi həssaslığının

B) Р substansiyasının azad olmasına və baş beyin qabığına ağrı impulslarının ötürülməsinə mane olan sinir sistemindəki endogen opioidlərin miqdarının (enkefalinlər və endorfinlər)

C) Toxumaların zədələnmə dərəcəsinin və əsas ağrı mediatorlarının ifraz olunma səviyyəsinin - serotonin, histamin, bradikinin

D) Prostaqlandinlərin və К+ və Н+ ionlarının miqdarı ilə tənzimlənən spesifik ağrı reseptorlarının fərdi həssaslığının

E) Afferent sinir keçiriciliyi pozğunluğunun olmamasının
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 389
545) Müasir təsnifata əsasən, xəstəliyin hansı mərhələsi miokard infarkt üçün səciyyəvi hesab olunmur?
A) prodromal

B) yarımkəskin

C) miokard infarktından sonrakı

D) kəskin

E) ən kəskin
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 501
546) Hansı fəsadlar miokard ınfarktın daha çox rast gəlinən fəsadlarına aid deyil?
A) sol mədəciyin kəskin anevrizması, miokardın xarici və daxili cırılması

B) epistenokardik perikardit və tromboemboliya

C) sol mədəcik çatışmazlığı və kardiogen şok

D) mədəcik və mədəciküstü ritm və keçiricilik pozğunluqları

E) ekssudatıv perikardit və tromboflebit
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 501
547) Miokardın işemiyası hansı metabolizm və funksiya pozğunluqlarına səbəb olmur?
A) hüceyrələrinin oyanmasının zəifləməsinə

B) kardiomiositlərin yığılma funksiyasının artmasına

C) ürək əzələsinin nəzərə çarpan qeyri homogen elektrofizioloji xüsusiyyətlərinin meydana çıxmasına

D) sistolik funksiyanın zəifləməsinə

E) diastolik boşalma prosesinin pozulmasına
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 503
548) Miokard infarktı zamanı sol mədəciyin sistolik funksiyasının qlobal aşağı düşməsi nə ilə nəticələnmir?
A) atım fraksiyasının, vurğu həcminin, dəqiqəlik həcmin, arterial təzyiqin azalması ilə

B) periferik qan dövranında sistemli və eyni zamanda mikrosirkulyator səviyyədə pozğunluq əlamətlərinin əmələ gəlməsi ilə

C) psevdonormal E/A münasibətinin formalaşması ilə (sol qulaqcıqda təzyiqin qalxması və onun divarının elastikliyinin zəifləməsi hesabına)

D) sol mədəciyin son diastolik təzyiqin və son diastolik həcmin artması ilə

E) sol mədəcik çatışmazlığı klinik əlamətlərinin və kiçik qan dövranında durğunluğun əmələ gəlməsi ilə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 505
549) Kəskin miokard infarktlı xəstələrdə sol mədəciyin remodelləşməsində hansı struktur dəyişiklik formalaşmır?
A) sol mədəciyin ümumi ölcüsünün kiçilməsi

B) ürək əzələsinin nekrozlaşmış sahəsinin nazikləşməsi

C) ürək əzələsinin nekrozlaşmış sahəsinin gərilməsi

D) sol mədəciyin dilatasiyasının formalaşması

E) ürək əzələsinin zədələnməmiş sahəsinin kompensator hipertrofiyası
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 506
550) Kəskin miokar infarktlı xəstələrdə hansı faktor remodelləşmə prosesinə təsir etmir? (AT - arterial təzyiq, ÜPDM - ümumi periferik damar müqaviməti, SM – sol mədəcik).
A) infarkt ətrafı zonanın ölçüsü (nekrozla həmsərhəd işemiyalı və ya hibernasiyalı miokard)

B) infarktın ölçüsü (nekroz sahəsi nə qədər böyüksə, SM - ın struktur dəyişiklikləri o qədər də dərindir)

C) nekroz zonasının mexaniki xüsusiyyəti (sonradan - çapıq zonası)

D) vazodilyatator substansiyası hesab olunan azot oksidinin hiperproduksiyası

E) son yüklənmənin ölçüsü, eyni zamanda AT, ÜPDM - ın həddi, SM boşluğunun ölçüsü
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 506
551) Hansı faktor kəskin miokard infarktlı xəstələrin remodelləşmə prosesinin dərinləşməsinə təsir etmir?
A) renin - angiotenzin - aldosteron sistemin hiperaktivləşməsi

B) endotelinin hiperproduksiyası (vazokonstriktor substansiya)

C) simpatik - adrenal sistemin hiperaktivləşməsi

D) ön yüklənmənin ölçüsü (ürəyə qayıdan venoz qan axınının həcmi)

E) prostasiklin İ 2 - in hiperproduksiyası (vazodilyatator substansiya)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 506
552) Hansı laborator göstəricinin təyini kəskin miokard infarktını təsdiqləmir?
A) eozinofiliya

B) qanda mioqlobulinin miqdarının artması

C) hiperfermentemiya

D) toxuma nekrozunun qeyri spesifik göstəriciləri və miokardın iltihab reaksiyaları

E) qanda troponinlərin miqdarının artması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 515
553) Əgər xəstədə köhnə EKQ yoxdursa, ancax hal - hazırda His dəstəsinin sol ayaqcığının blokadasının əlamətləri mövcuddursa (və ya əgər blokada çoxdan varsa), onda hansı spesifik əlamətin olması miokard infarktın ən yüksək ehtimalına dəlalət edir və beş bal təşkil edir?
A) ST seqmentinin QRS kompleksinə konkordant olaraq, ≥ 1мм - dən (çox və ya bərabər) olması

B) ST seqmentinin ≥ 1мм - dən(çox və ya bərabər) qalxması, diskordant QRS kompleksinin olması

C) V1, V2 - də ST seqmentinin ≥ 1мм - dən (çox və ya bərabər) qalxması

D) ST seqmentinin ≥ 5мм - dən (çox və ya bərabər) qalxması, diskordant QRS kompleksinin olması

E) Ancax V3 - də ST seqmentinin ≥ 1мм - dən (çox və ya bərabər) qalxması
Ədəbiyyat: Б. Гриффин, Э Тополь. Кардиология. «Москва», 2011, стр. 35, 39
554) Aşağıda göstərilənlərdən hansı vaxt Q dişli miokard infarktın ən kəskin dövrünə uyğun gəlir?
A) nekroz ocağının formalaşması və rezorbsion - nekrotik sindromun əmələ gəlməsi

B) çapıq nahiyyəsində kollagenin formalaşması və onun bərkiməsi (çapığın möhkəmlənməsi)

C) miokardın kəskin işemiyasının ilk klinik və/və ya instrumental (EKQ) əlamətlərinin əmələ gəlməsindən nekroz ocağının formalaşmasının başlanmasına qədər

D) hemodinamıkanı lazımı səviyyədə saxlamaq məqsədi ilə kompensator mexanizmlərin işə salınması (zədələnməmiş miokardın hiperfunksiya və hipertrofiyası, sol mədəciyin mötədil dilatasiyası)

E) nekrotik kütləni əvəz edən birləşdirici toxumada çapığın formalaşması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 508
555) Q dişli miokard infarktın ən kəskin dövrü nə qədər davam edir?
A) 6 - 12 saata qədər

B) 20 dəqiqədən 2 saata qədər

C) 1 - 2 sutka müddətində

D) 2 - 3 saata qədər

E) 12 - 24 saat
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 508
556) Aşağıda göstərilənlərdən hansı zaman Q dişli miokard infarktın kəskin dövrünə uyğun gəlir?
A) birləşdirici çapıq toxumasının formalaşması, sol və sağ mədəciyin remodelləşməsi

B) miokardın kəskin işemiyasının ilk klinik və EKQ əlamətlərinin əmələ gəlməsindən nekroz ocağının formalaşmasına qədər

C) çapıq nahiyyəsində kollagen və elastin kütləsinin artması və bərkiməsi

D) nekroz ocağının formalaşması və rezorbsion - nekrotik sindromun əmələ gəlməsi

E) intakt miokardın hipertrofiyası və sol mədəciyin mötədil dilatasiyası
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 512
557) Q dişli miokard infarktın fəsadlaşmamış gedişində kəskin dövr adətən nə qədər davam edir?
A) 7 - 10 günə qədər

B) 2 - 3 saata qədər

C) 24 saatdan 72 saata qədər

D) 14 gündən 30 günə gədər

E) 4 - 6 həftə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 508
558) Hansı prosesin formalaşması Q dişli miokard infarktın yarımkəskin dövrünə uyğun gəlir? (SM - sol mədəcik).
A) Nekrotik kütləni əvəz edən çapıq birləşdirici toxumanın və sol mədəciyin remodelləşmə prosesinin

B) EKQ - də işemik əlamətlərin əmələ gəlməsindən nekrozun başlanmasına qədər

C) Çapıq nahiyyəsində kollagen kütləsinin çoxalması və bərkiməsi

D) Hemodinamikanı lazımı həddə saxlamaq ücün intakt miokardın hipertrofiyası və sol mədəciyin dilatasiyası

E) Nekroz ocağın və rezorbsion - nekrotik sindromun əmələ gəlməsi dövrü
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 512
559) Yarımkəskin Q dişli miokard infarktın davam müddəti nədən asılı deyil?
A) kollateral damarların inkişaf dərəcəsindən

B) nekroz ocağında elastinin miqdarından

C) yanaşı xəstəliyin və infarktın fəsadlaşmalarının mövcud olmasından

D) nekrozlaşma prosesinə qoşulmayan və miokardı əhatə edən toxumanın vəziyyətindən

E) nekroz ocağının həcmindən
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 513
560) Q dişli miokard infarktın yarımkəskin dövrü nə qədər davam edir?
A) 2 - 3 həftə

B) 4 - 6 həftə

C) 2 - 3 gün

D) 2 - 6 ay

E) 7 - 10 gün
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 508
561) Hansı dəyişiklik Q dişli miokard infarktından sonrakı ən yaxın dövrə uyğun gəlir?
A) miokardın işemiyasının ilk klinik və ya EKQ əlamətlərinin əmələ gəlməsi

B) nekrotik prosesə qoşulmamış sahələrdə kollateralların inkişafı

C) nekrotik kütləni əvəz edən birləşdirici toxumanın inkişafı

D) çapıq nahiyyəsində kollagen kütləsinin artması və onun bərkiməsinin sona çatması (konsolidasiya)

E) nekroz ocağının və rezorbsion-nekrotik sindromun əmələ gəlməsi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 512
562) Q dişli miokardın infarktından sonraki uzaq dövr nə vaxt başlayır?
A) 20 - 30 gün sonra

B) 2 - 6 ay sonra

C) 9 - 12 ay sonra

D) 7 - 8 ay sonra

E) 1 - 1,5 ay sonra
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 513
563) Miokardın infarktından sonrakı dövrün klinik şəkli hansı faktorun təsirindən asılı deyil?
A) nekrozu əhatə edən intakt miokardın funksional vəziyyətindən

B) infarktan sonrakı çapığın həcmindən

C) toxuma renin - angiotenzin sisteminin davamlı stimulyasiyasından

D) ürək fəaliyətinin kompensator mexanizmlərinin formalaşmasından

E) koronar aterosklerozun sonrakı proqressivləşməsinin sürətindən
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 513
564) Hansı əsas faktorlar miokardın infarktından sonra 2 - 6 ay müddətində hemodinamik pozğunluqlarının dərəcəsini təyin edir?

1. koronar aterosklerozun sonrakı proqressivləşməsinin sürəti

2. intakt miokardın funksional vəziyyəti

3. miokardın infarktından sonrakı erkən stenokardiya

4. infarktan sonrakı çapığın həcmi

5. ürək fəaliyətinin kompensator mexanizmlərinin formalaşması
A) 1, 2, 4

B) 3, 4, 5

C) 2, 4, 5

D) 1, 2, 3

E) 1, 3, 5
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 514
565) Ön yan lokalizasıyalı miokard infarktlı xəstələrdə hansı aparmalarda Q(QS), RS–T elevasiyası və mənfi koronar T dişinin olması şəklində EKQ dəyişikliyi aşkar edilir?
A) I, aVL, V5, V6

B) V7, V8, V9

C) III, aVF, V5, V6

D) II, III, V3, V4

E) I, aVL, V1, V2
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 525
566) Hansı kompensator mexanizm yaxın infarktdan sonrakı dövrdə formalaşmır və hemodinamikanın lazımı səviyyədə saxlanılmasına yönəlmir?
A) Kollaqen kütləsinin azalması

B) Frank - Starlinq mexanizminin qoşulması

C) Zədələnməmiş miokardın hipertrofiyası

D) Sol mədəciyin mötədil dilatasiyası

E) Zədələnməmiş miokardın hiperfunksiyası
Ədəbiyyat:Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 514
567) Kəskin miokard infarktlı xəstələrdə anginoz tutmadan neçə saat sonra troponinlər I və Т - ın konsentrasiya həddi normanın yuxarı sərhəddini ötür?
A) 2 - 6

B) 10 - 12

C) 1 - 1,5

D) 12 - 24

E) 6 - 8
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 515
568) Qanda troponinlər I və Т - ın konsentrasiyası miokard infarktın başlanmasından sonra nə qədər müddət ərzində yüksəkdə qalır?
A) 5 - 6 sutka

B) 1 - 2 həftə

C) 3 - 4 sutka

D) 3 həftə

E) 2 sutka
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 515
569) Kəskin Q dişli miokard infarktlı xəstələrdə troponinlər I və Т - ın konsentrasiyasının qanda aktiv yüksəlmə zirvəsi hansı saatlarda qeyd olunur?
A) 1 - 2

B) 2 - 3


C) 4 - 7

D) 24 - 48

E) 7 - 14
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 515, 516
570) Kəskin Q dişli miokard infarktlı xəstələrdə anginoz tutmadan neçə saat sonra mioqlobulinlərin konsentrasiyası normanın yuxarı sərhəddini ötür?
A) 14 - 16

B) 1 - 2


C) 4 - 6

D) 6 - 12

E) 2 - 4
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 515
571) Qanda mioqlobulinlərin konsentrasiyası Q dişli miokard infarktın başlanmasından sonra nə qədər müddət ərzində yüksəkdə qalır?
A) 2 həftə

B) 24 - 48 saat

C) 1 həftə

D) 12 - 24 saat

E) 6 - 12 saat
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 515
572) Kəskin Q dişli miokard infarktlı xəstələrdə mioqlobulinlərin konsentrasiyasının qanda maksimum zirvə həddi hansı saatlarda baş verir?
A) 4 - 8

B) 12 - 24

C) 2 - 4

D) 24 - 48

E) 1 - 2
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 516
573) Kəskin Q dişli miokard infarktlı xəstələrdə qanda mioqlobulinin konsentrasiyası neçə müddətdən sonra normaya qayıdır?
A) 2 sutka

B) 3 sutka

C) 12 saat

D) 24 saat

E) 6 saat
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 516
574) Kəskin Q dişli miokard infarktlı xəstələrdə kreatinfosfokinaza fermentinin МВ - fraksiyasının qanda aktivliyinin artması neçə saatdan sonra başlayır?
A) 1 - 2

B) 6 - 12

C) 2 - 3

D) 12 - 18

E) 4 - 6
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 515
575) Kəskin Q dişli miokard infarktlı xəstələrdə kreatinfosfokinaza fermentinin МВ - fraksiyasının qanda aktiv yüksəlmə zirvəsi neçə saatdan sonra başlayır?
A) 4 - 6

B) 6 - 12

C) 2 - 3

D) 1 - 2


E) 12 - 18
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 515
576) Qanda kreatinfosfokinazanın МВ - fraksiyasının konsentrasiyası Q dişli miokard infarktın başlanmasından nə qədər müddət sonra normaya qayıdır?
A) 8 - 14 sutka

B) 6 - 7 həftə

C) 2 - 3 sutka

D) 4 - 5 həftə

E) 3 - 4 sutka
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 515
577) Ön arakəsmə lokalizasıyalı miokard infarktlı xəstələrdə hansı aparmalarda Q (QS), RS–T elevasiyası və mənfi koronar T şəklində EKQ dəyişikliyi aşkar edilir?
A) II, III, aVF, V1 - V4

B) I, aVL, V5, V6

C) V3 - V4

D) III, aVF, V3 - V6

E) V1 - V3
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 525
578) Ön zirvə lokalizasıyalı miokard infarktlı xəstələrdə hansı aparmalarda Q(QS), RS–T elevasiyası və mənfi koronar T dişi şəklində EKQ dəyişikliyi aşkar edilir?
A) V1, V2, V3

B) III, aVF, V7, V8, V9

C) I, aVL, V1, V2

D) I, aVL, V5, V6

E) V3, V4
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 525
579) Verapamilin (finoptin) venadaxili yeridilməsi aşağıdakı hallardan hansına səbəb olur?
A) mədəcik taxikardiya tutmasını aradan qaldırır

B) supraventrikulyar taxikardiya tutmasıını aradan qaldırır

C) yaranan II-III dərəcəli atrioventrikulyar blokadanı aradan götürür

D) idiopatik subaortal stenozlu xəstələrdə sinus taxikardiyasını yox edir

E) kəskin miokard infarktlı xəstələrdə yaranan sinoatrial blokadanı aradan qaldırır
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.273; В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств», 2005 г.
580) Ön bazal (ön yüksək) lokalizasıyalı miokard infarktlı xəstələrdə EKQ-nın hansı aparmalarında Q(QS), RS-T elevasiyası və mənfi koronar T dişi dəyişikliyi aşkar edilir?
A) I, II, aVL, V1-V2 (elektrodlar döş sümüyünün sağ kənarında yerləşdirilir)

B) V4-V6 (elektrodlar həmişəki həddən 1-2 və/və ya 3 qabırğaarası yuxarı yerləşdirilir)

C) II, III, aVF, V5-V6 (elektrodlar həmişəki həddən 1 və ya 2 qabırğaarası yuxarı yerləşdirilir)

D) V1-V3 (elektrodlar həmişəki həddən 1-2 və ya 3 qabırğaarası yuxarı yerləşdirilir)

E) V3-V4 (elektrodlar həmişəki həddən 2 barmaq yuxarı yerləşdirilir)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 525


Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin