Cü IL tarixində əlavə edilmişdir 1 Qan dövranı sistemi neçə yerə bölünür?


) Arerial hipertenziya zamanı aşağıda sadalananlardan orqan-hədəfə hansı orqan aiddir?



Yüklə 3,32 Mb.
səhifə17/32
tarix14.06.2018
ölçüsü3,32 Mb.
#53671
1   ...   13   14   15   16   17   18   19   20   ...   32

631) Arerial hipertenziya zamanı aşağıda sadalananlardan orqan-hədəfə hansı orqan aiddir?

A) Gara ciyər

B) Mədə

C) Ağ ciyərlər



D) Böyrək

E) Gırtlag


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
632) Arterial hipertenziya zamanı sol mədəciyin hipertrofiyasının ən dəqiq müayinə üsuluna hansı aiddir ?

A) Perkussiya

B) EKQ

C) Rentgenoloji müayinə



D) Exokardioqrafiya

E) Auskultasiya


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
633) Hansı β-blokatorda vazodilyatasiya xüsusiyyətləri daha çox qeyd edilir?

A) Bisoprolol

B) Propranolol

C) Atenolol

D) Karvedilol

E) Nadolol


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
634) ÜST ekspertlərinin tövsiyələrinə əsasən III dərəcəli arterial hipertenziya zamanı arterial təzyiqin səviyyəsi neçədir?

A) Sistolik AT 140 çox, diastolik – 90 az

B) Sistolik AT 140 az, diastolik – 90 az

C) Sistolik AT 200 çox, diastolik – 110 çox

D) Sistolik AT 180 çox, diastolik – 110 çox

E) Sistolik AT 130 az, diastolik – 85 az


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007 .
635) Hansı faktorlar arterial hipertenziyanın risk faktorlarına aiddir?

A) Cins


B) Piylənmə

C) Boy


D) Kalium və kalsiumun qida rasionunda miqdarı

E) Maqnezium və dəmirin qida rasionunda miqdarı


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
636) Arterial hipertenziya zamanı hansı əlamət ürəyin zədələnməsini göstərir?

A) Qanda triqliseridlərin miqdarının artması

B) Şəkərli diabet

C) Sol mədəciyin hipertrofiyası

D) Qanda ümumi xolesterinin miqdarının 5,2 mmol-dan çox olması

E) Qanda ümumi xolesterinin miqdarının 6,5 mmol-dan çox olması


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007.
637) Ensefalopatiyasız hipertonik kriz zamanı preparat seçimi hansıdır?

A) Diazoksid

B) Metildopa

C) Maqnezium

D) Nifedipin (dil altına)

E) Labetolol


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
638) Ekstrasistoliya ilə müşahidə edilən arterial hipertenziya zamanı preparat seçimi hansıdır?

A) Amlodipin

B) Metoprolol

C) Enalapril

D) Eprosartan

E) Nifedipin


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
639) Qaraciyərin funksiyasının pozulması ilə müşahidə edilən arterial hipertenziya zamanı preparat seçimi hansıdır?

A) Diuretiklər

B) Metildopa

C) Metoprolol

D) Nadolol

E) AÇF inhibitorları


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005.
640) Sinus bradikardiyası, sinus düyünün zəifləməsi zamanı və AV blokadalar ilə müşahidə edilən arterial hipertenziyanın müalicəsinin preparat seçimi hansıdır?

A) İvabradin

B) Nifedipin

C) β-blokatorlar

D) Verapamil, diltiazem

E) α1-adrenoblokatorlar


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005.
641) Arterial hipertenziya zamanı hansı preparat qrupu qlükozaya tolerantlığı azaldır?

A) β-blokatorlar

B) Kalsium antaqonistləri

C) AÇF inhibitorları

D) Anqiotenzin II reseptorlarının blokatorları

E) α-adrenoblokatorlar


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2007
642) Renoparenximatoz arterial hipertenziyanın əlamətləri hansıdır?

A) Qanda ümumi zülalın miqdarının yüksəlməsi

B) Sidiyin müayinəsi zamanı oksalat duzların tapılması

C) Qanda sidik turşusunun miqdarının yüksəlməsi

D) Qanda kreatinin miqdarının yüksəlməsi

E) Sidiyin müayinəsi zamanı dəyişiklik yoxdur


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
643) Hansı diuretiki arterial hipertenziyanın müalicəsində istifadə etmirlər?

A) Tiazid diuretikləri

B) Kalium saxlayıcı diuretiklər

C) Ilgək diuretikləri

D) Aldosteron blokatorları

E) Osmotik diuretiklər


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
644) Arterial hipertenziya zamanı böyrəklərin zədələnməsinin əlamətinə hansı aiddir?

A) Leykosituriya

B) Eritrosituriya

C) Qanda kreatininin miqdarının azalması

D) Albuminuriya sutkada 100 mq

E) Qanda sidik cövhərinin miqdarının artması


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
645) Hansı hipotenziv preparatla müalicə nəticəsində bəzi xəstələrdə müsbət Kumbs reaksiyası qeyd edilir?

A) Hidrolazin

B) Metoprolol

C) Valsartan

D) Perindopril

E) Furosemid


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
646) Arterial hipertenziya ilə müşahidə edilən sistolik xroniki ürək çatmamazlığının müalicəsinin preparat seçimi hansıdır?

A) Mülayim təsirli diuretiklər

B) Nitratlar

C) Verapamil

D) Diltiazem

E) Ürək qlikozidləri


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
647) Arterial hipertenziya ilə müşahidə edilən miokard infarktı zamanı hipotenziv preparatların seçimi hansıdır?

A) Furosemid

B) Nifedipin

C) Kandesartan

D) Metaprolol

E) Prazozin


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
648) Diastolik arterial təzyiqin azalması hansı ürək-damar patologiyasının prediktoru sayılır?

A) Xroniki ürək çatışmamazlığı

B) Hipotonik formalı neyrosirkulyator distoniya

C) Ağ ciyər arteriyasının tromboemboliyası

D) Miokard infarktı

E) Revmokardit


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
649) Arterial hipertenziyalı xəstələrdə qanda kreatininin miqdarı 2 mq/dl çox olduqda diuretik preparatların seçimi hansıdır?

A) Diakarb

B) Indapamid

C) Spironolakton

D) Ilgək diuretikləri

E) Tiazid diuretikləri


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
650) Arterial hipertenziya və şəkərli diabet zamanı β–blokatorlardan preparat seçimi hansıdır?

A) Bisopralol

B) Nadolol

C) Atenolol

D) Metaprolol

E) Karvedilol


Ədəbiyyat: Г.Е. Ройтберг Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации. М.: Бином, 2007
651) Arterial hipertenziya zamanı hansı hallarda α-adrenoblokatorlar təyin edilir?

A) ÜIX


B) Durğunluq ürək çatışmazlığı

C) Aortal qüsurlar

D) Aritmiyalar

E) Prostat vəzinin adenoması


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
652) Arterial hipertenziyalı xəstələrdə böyrəklərin zədələnməsi zamanı AÇF inhibitorlarından preparat seçimi hansıdır?

A) Perindopril

B) Lizinopril

C) Enalapril

D) Fozinopril

E) Kaptopril


Ədəbiyyat: В.И. Метелица Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. М.: Бином СПб: Невский диалект, 2005
653) Arterial təzyiqin həddi nədən aslı deyildir?
A) eritrositlərin sayından

B) arterial damarların divarının gərginlik dərəcəsindən

C) dövr edən qanın həcmindən

D) damar (arterial) sisteminin həcmindən

E) ürəkdən çıxan qanın intensivliyindən və ürək atımından
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.45
654) Arterial təzyiqin həddi hansı faktorlardan aslı deyildir?
A) dövr edən qanın həcmindən

B) damar sisteminin (arterial) tutumundan

C) ürək vurğusunun ölçüsündən

D) cinsdən

E) ürəkdan çıxan qanın intensivliyindən
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.45
655) Arterial təzyiqin qaqlxmasına və ya ürək kameralarının (boşluqlarının) dolmasına baroresrptorlar nə ilə cavab verirlər?
A) damar tonusu requlyasiyasiyasına humoral mexanizmlərin işini (təsirini) artırmaqla

B) afferent impulsasiyanın fəaliyyətini (təsirini) artırmaqla

C) beyin yarımkürələrində yerləşən vazоmotor mərkəzlərin işini (təsirini) artırmaqla

D) onurğa beyində və hıpotalamusda yerləşən vazomotor mərkəzlərin işini (təsirini)azaltmaqla

E) uzunsov beyində yerləşən vazomotor mərkəzlərin işini (təsirini) artırmaqla
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.51
656) Təngnəfəslik şikayətli olan xəstədə adətən, yüksək arterial təzyiq, sol mədəciyin hipertrofiyası və atım fraksiyasının azalmaması əlamətləri vardır. Bu xəstədə ürək çatışmazlığının (ÜÇ - ın) hansı aparıcı klinik əlaməti mövcuddur?
A) periferik ödemlər/durğunluq

B) sağ ÜÇ

C) yüksək qan təzyiqli (hipertenziv ÜÇ)

D) kardiogen şok (ürəyin dəqiqəlik həcminin azalma sindromu)

E) ağciyər ödemi
Ədəbiyyat:Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 12
657) “X sindromlu” xəstələrdə yanaşı endotelin disfunksiyası ilə əlaqəli olan və simptomlar törədə bilən hipertenziya və hiperlipidemiya kimi risk amillərini, müvafiq olaraq, hansı preparatlarla müalicə etmək tövsiyə olunur?
A) Sidik qovucular və fibratlar

B) Rauvolf preparatları və nikotin turşusu

C) Qeyri selektiv β-adrenoblokatorlar və antitrombositar preparatlar

D) Angiotezin çevirici fermentin inhibitorları və statinlər

E) İf kanalları inhibitorları, eykozapentoen və dekozaheksaen turşularının etil efirləri
Ədəbiyyat:Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 32
658) Miokardın hansı zədələnmələri idiopatik kardiomiopatiya adlandırılır?

A) miokardın hər hansı bir xəstəliyi zamanı zədələnməsi

B) miokardın spesifik xəstəliyi

C) miokardın koronarogen mənşəli zədələnməsi

D) miokardın keçirilmiş məlum infeksiyadan sonra zədələnməsi

E) miokardın naməlum etiologiyalı zədələnməsi


Ədəbiyyat: Амосова Е.Н. “Кардиомиопатии”1999, Шлант Р.К., Александр П.В.“ Клиническая кардиология ”, 2000.

659) Xroniki ürək çatışmazlığının hansı növü dilatasion kardiomiopatiya üçün xarakterikdir?

A) təkcə sağ qulaqcıq çatışmazlığı

B) təkcə sol qulaqcıq çatışmazlığı

C) eyni zamanda həm sol, həm də sağ mədəciyin çatışmazlığı

D) sol mədəcik çatışmazlığı

E) sağ mədəcik çatışmazlığı


Ədəbiyyat: Амосова Е.Н. “Кардиомиопатии” 1999, Оливия В. Эдейр “Секреты кардиологии ” 2008.

660) “İşemik” və idiopatik dilatasion kardiomiopatiyaların fərqləndirilməsi zamanı hansı müayinə üsulu daha əhəmiyyətlidir?

A) ExoKQ


B) R-müayinəsi

C) EKQ


D) FonoKQ

E) koronar damarların angioqrafiyası


Ədəbiyyat: Окороков А.Н. “ Диагностика болезней внутренних органов ” 2004, Амосова Е. Н. “ Кардиомиопатии ” 1999.

661) Dilatasion kardiomiopatiyalı xəstələrdə müşahidə olunan xroniki ürək çatmamazlığının müalicəsində birinci növbədə hansı dərmanlar istifadə olunur?

A) ürək qlikozidləri və diuretiklər

B) antiaqreqantlar və nitratlar

C) Ca (+2) antaqonistləri və aspirin

D) metabolik preparatlar

E) amiodaron və antiaqreqantlar


Ədəbiyyat: Окороков А.Н. “ Лечение болезней внутренних органов” 1998, Амосова Е. Н. “ Кардиомиопатии ” 1999.
662) Dilatasion kardiomiopatiya zamanı antikoaqulyantlardan adətən nə zaman istifadə oluna bilər?

A) arterial tromboemboliya və ya sol mədəcikdə tromb olması dəqiq müəyyən edildiyi zaman

B) sol mədəciyin qovma fraksiyası 40 %-dən artıq olduqda

C) xəstənin istəyindən asılı olaraq

D) ürək ritminin ekstrasistoliya tipli pozulması olduqda

E) hər zaman


Ədəbiyyat: Окороков А.Н. “ Лечение болезней внутренних органов” 1998, Амосова Е. Н.“ Кардиомиопатии ” 1999.

663) Dilatasion kardiomiopatiya zamanı dobutamindən adətən nə vaxt istifadə olunur?

A) sol mədəcikdə tromb aşkar edildikdə

B) AÇF inhibitorlarının qəbulu mümkün olmadıqda

C) sol mədəciyin qovma fraksiyası 35%-dən az olduqda

D) xroniki ürək çatışmazlığının terminal mərhələsində

E) sol mədəciyin diastolik disfunksiyası zamanı


Ədəbiyyat: Окороков А.Н. “ Лечение болезней внутренних органов” 1998, Амосова Е. Н. “ Кардиомиопатии ” 1999.
664) Dilatasion kardiomiopatiyalı xəstələrdə sol mədəciyin qovma fraksiyası nə cür olur?

A) aşağı düşür

B) norma daxilində olur, yüksəlir

C) yüksəlir

D) norma daxilində olur

E) azacıq yüksəlir


Ədəbiyyat: Амосова Е. Н. “ Кардиомиопатии ” 1999, Шлант Р. К., Александр П. В. “ Клиническая кардиология ” 2000.
665) Hansı xəstəlik zamanı ürək ritmi və keçiriciliyinin pozulması müşahidə oluna bilər?

A) restriktiv kardiomipatiya

B) hipertrofik kardiomiopatiya

C) sadalananların hamısı

D) hipertrofik və restiktiv kardiomiopatiya

E) dilatasion kardiomiopatiya


Ədəbiyyat: Амосова Е. Н. “Кардиомиопатии” 1999, Горбачев В. В. “Клиническая кардиология ” 2007.
666) Eozinofiliya hansı xəstəlik üçün daha səciyyəvidir?

A) miokardit

B) hipertrofik kardiomiopatiya

C) dilatasion kardiomiopatiya

D) restriktiv kardiomiopatiya

E) sağ mədəciyin aritmogen displaziyası


Ədəbiyyat: Окороков А.Н. “ Диагностика болезней внутренних органов ” 2004, Амосова Е. Н. “ Кардиомиопатии ” 1999.
667) Sol mədəciyin çıxış hissəsinin daralması hansı xəstəlik zamanı müşahidə olunur?

A) virus miokarditi zamanı xəstələrin əksəriyyətində

B) hipertrofik kardiomiopatiyalı xəstələrin müəyyən hissəsində

C) hipertrofik kardiomiopatiyalı xəstələrin hamısında, virus miokarditi zamanı xəstələrin əksəriyyətində

D) dilatasion kardiomiopatiyanın terminal mərhələsində

E) hipertrofik kardiomiopatiyalı xəstələrin hamısında


Ədəbiyyat: Горбачев В. В. “ Клиническая кардиология ” 2007.
668) Hipertrofik kardiomiopatiya üçün hansı EKQ göstəricisi daha xarakterikdir?

A) xəstələrin əksəriyyətində sol mədəciyin hipertrofiyası müşahidə olunur

B) çox vaxt Hiss dəstəsinin sağ ayaqcığının blokadası qeyd olunur

C) adətən EKQ-də dəyişiklik olmur

D) xəstələrin bir hissəsində sol mədəciyin hipertrofiyası aşkar edilir

E) çox vaxt Hiss dəstəsinin sağ ayaqcığının blokadası təsadüf edir


Ədəbiyyat: Окороков А.Н. “ Диагностика болезней внутренних органов ” 2004, Амосова Е. Н. “ Кардиомиопатии ” 1999.
669) Hipertrofik kardiomiopatiyanın müalicəsində ən çox hansı preparatlardan istifadə olunur?

A) periferik vazodilatatorlar ( prazorin, apressin )

B) β-adrenoblokatorlar və dihidropiridin sırasından olan Ca antaqonistləri

C) ürək qlikozidləri və sidikqovucular

D) AÇF inhibitorları və spironolakton

E) nitratlar və antiaqreqantlar


Ədəbiyyat: Окороков А.Н. “ Лечение болезней внутренних органов” 1998, Амосова Е. Н. “ Кардиомиопатии ” 1999.
670) Sol mədəciyin sistolik funksiyasının zəifləməsi hansı xəstəlik üçün daha xarakterikdir?

A) dilatasion kardiomiopatiya

B) hipertrofik kardiomiopatiya və sağ mədəciyin aritmogen displaziyası

C) hipertrofik kardiomiopatiya

D) sağ mədəciyin aritmogen displaziyası

E) dilatasion və hipertrofik kardiomiopatiya


Ədəbiyyat: Шлант Р. К., Александр П. В. “ Клиническая кардиология ” 2000, Горбачев В. В. “ Клиническая кардиология ” 2007.
671) Stenokardiya sindromu ən çox hansı xəstələr üçün xarakterikdir?

A) hipertrofik kardiomiopatiya

B) dilatasion kardiomiopatiya

C) hipertrofik və dilatasion kardiomiopatiya

D) restriktiv kardiomiopatiya

E) miokardit zamanı


Ədəbiyyat: Окороков А.Н. “ Диагностика болезней внутренних органов ” 2004, Горбачев В. В. “ Клиническая кардиология ” 2007.
672) Miokardit zamanı xəstələrin hansı şikayətləri daha xarakterikdir?

A) yorğunluq, təngnəfəslik, ürəkdöyünmə, ürək nahiyəsində diskomfort

B) əsəbilik, yuxunun pozulması, baş ağrıları

C) ürək nahiyəsində qısa müddətli yandırıcı ağrılar, boğulma tutmaları, qorxu hissi

D) başgicəllənmə, tərləmə, quru öskürək

E) hərarətin kəskin yüksəlməsi, üşütmə, güclü tərləmə


Ədəbiyyat: Окороков А.Н. “ Диагностика болезней внутренних органов ” 2004, Шлант Р. К., Александр П. В. “ Клиническая кардиология ” 2000.
673) Hipertrofik kardiomiopatiya nədir?

A) sol mədəciyin hipertrofiyası ilə (onun dilаtasiyası olmadan) xarakterizə olunan miokardın birincili xəstəliyi

B) ürək əzələsinin hipertrofiyası nəticəsində sol mədəciyin diastolik funksiyasının pozulması

C) revmatik mənşəli aortal stenozlu xəstələrdə sol mədəciyin hipertrofiyası

D) hipertoniya xəstəliyi zamanı sol mədəciyin hispertrofiyası

E) ÜİX zamanı ürək əzələsinin hipertrofiyası


Ədəbiyyat: Амосова Е. Н. “ Кардиомиопатии ” 1999, Горбачев В. В. “ Клиническая кардиология ” 2007.
674) Hipertrofik kardiomiopatiyanın diaqnostikasında hansı müayinə üsulu daha əhəmiyyətlidir?

A) sfiqmoqrafiya

B) fonokardioqrafiya

C) döş qəfəsinin R-qrafiyası

D) exokardioqrafiya

E) elektrokardioqrafiya


Ədəbiyyat: Окороков А.Н. “ Диагностика болезней внутренних органов ” 2004, Амосова Е.Н. “ Кардиомиопатии” 1999.
675) Exokardioqrafik müayinə zamanı hipertrofik kardiomiopatiyalı xəstələrdə sol mədəcik boşluğunun ölcüsü adətən necə dəyişir?

A) yalnız xəstəliyin terminal mərhələsində kiçilir

B) kiçilir

C) əhəmiyyətli şəkildə böyüyür

D) böyüyür

E) dəyişilmir


Ədəbiyyat: Окороков А.Н. “ Диагностика болезней внутренних органов ” 2004, Амосова Е.Н. “ Кардиомиопатии” 1999.
676) Aktiv miokardit zamanı hansı preparatın işlədilməsi təhlükəli ola bilər?

A) AÇF inhibitorları

B) spironolakton

C) venadaxili 5% qlükoza

D) panangin

E) diqoksin


Ədəbiyyat: Окороков А.Н. “ Лечение болезней внутренних органов” 1998, Шлант Р. К., Александр П. В. “ Клиническая кардиология ” 2000.
677) Ən çox hansı infeksiyalar miokarditin əmələ gəlməsində başlıca rol oynayır?

A) Poliomielit virusu

B) Stafilokok

C) Streptokok

D) Pnevmokok

E) Koksaki–B virusu


Ədəbiyyat: Горбачев В. В. “ Клиническая кардиология ” 2007. Шлант Р. К., Александр П. В. “ Клиническая кардиология ” 2000.
678) Hansı infeksion xəsləlik zamanı miokardın zədələnməsi daha çox təsadüf edilir?

A) su çiçəyi

B) qızılca

C) difteriya

D) infeksion sarılıq

E) məxmərək


Ədəbiyyat: Горбачев В. В. “ Клиническая кардиология ” 2007. Шлант Р. К., Александр П. В. “ Клиническая кардиология ” 2000.
679) Kəskin perikarditlərdə ağrı simptomu üçün nə xarakterik deyil?

A) ağrıların 30 dəqiqədən çox davam etməsi

B) nitroqliserin qəbulundan sonra ağrının zəyifləməsi

C) küt, sıxıcı ağrılar

D) ağrıların döş sümüyünün arxasında lokalizasiyası

E) ağrıların nəfəs aktından, hərəkətdən, udqunmaqdan asılılığı


Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни” .

В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.


680) Konstriktiv perikarditin xarakterik auskultativ əlaməti hansıdır?

A) plevro-perikardial küy

B) çapma ritmi

C) I-ci tonun ikiləşməsi

D) perikardın sürtünmə küyü

E) qalosistolik küy


Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни” .

В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.


681) İrinli perikarditlərdə antibiotiklərin rasional yeridilmə yolu hansıdır?

A) peroral qəbul

B) parenteral yolla

C) parenteral yeridilmənin peroral qəbulla kombinasiyası

D) birbaşa perikard boşluğuna yeridilməsi

E) parenteral yeridilmənin birbaşa perikard boşluğuna yeridilməsi ilə kombinə olunması


Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни” .

В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.


682) Əsasən miokardın geniş yayılmış transmural infarktı zamanı meydana çıxan erkən (epistenokarditik) perikarditdə hansı dərman seçim preparatı hesab olunur?

A) Nifedipin

B) Prednizolon

C) Furosemid

D) Heparin

E) Aspirin


Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 583,"Терапевтический справочник Вашингтонского Университета" под редакцией Ч.Кэри, Х. Ли и К. Велтье. Москва-2000,стр.150
683) Kəskin perikarditlərdə döş qəfəsindəki ağrılar hansı vəziyyətdə zəifləyir?

A) üzüqoylu uzandıqda

B) arxası üstə uzandıqda

C) nəfəs almada

D) qabağa əyildikdə

E) bədəni dairəvi hərəkət etdirdikdə


Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни” .

В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.


684) Kəskin perikarditlərdə ağrı sindromunu azaltmaq üçün hansı dərman qrupları ilkin seçim sayılır?

A) qeyri-steroid iltihabəleyhinə dərmanlar

B) nitratlar

C) narkotik analgetiklər

D) spazmolitiklər

E) qlükokortikosteroidlər


Ədəbiyyat: Ф.И. Комаров, В.Г. Кукес, А.С. Сметнев “ Внутренние болезни” .

В.И. Маколкин, С.И. Овчаренко “ Внутренние болезни”.



685) Hipertrofik kardiomiopatiyanın klinik mənzərəsinə hansılar aiddir ?

A) Xroniki böyrək çatmazlığı

B) Öküz ürəyi

C) Təngnəfəslik, başgicəllənmə, bayılmalar,stenokardiya tutmaları, ürəkdöyünmə və ürək ritminin pozulması

D) Hipertonik krizlər

E) Sol mədəciyin atım fraksiyası <50%


Ədəbiyyat: Q.E. Roytberq, A.B. Strutinskiy “Daxili xəstəliklər” 2007.
686) Hansı törədici miokarditin inkişafına səbəb olmur?

A) Parazitlər

B) Xlamidilər, aktinomisetlər

C) Spiroxetlər, rikketsilər

D) Göbələk

E) Virus, bakteriya


Ədəbiyyat: N.M. Şevçenko “Kardiologiya” 2004.
Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin