D ə m I strreplƏ q L i yyatind a h ə r ə k ə t I n t ə n z I m L ə m ə s I steml ə r I



Yüklə 1,47 Mb.
səhifə10/23
tarix01.01.2022
ölçüsü1,47 Mb.
#104833
1   ...   6   7   8   9   10   11   12   13   ...   23
AVTOMAT LOKOMOTİV İŞARƏVERMƏSİ
Avtomat lokomotiv işarəverməsi qatarların hərəkətinin təhlükəsizliyini və lokomotiv briqadasının əməyinin yaxşılaşdırılmasını təmin edir. Belə ki, qeyri-qənaətbəxş hava şəraitində (yağış, duman, qarlı hava) lokomotiv maşinisti svetoforun göstəricisini vaxtında görə bilmir və nəticədə qadağanedici nişanı keçə bilər. Belə neqativ halların qarşısını almaq məqsədi ilə avtobloklamaya avtomat lokomotiv işarəvericisi ALİ qurulur ki, həmin qurğu vasitəsilə mənzildə olan svetoforun göstəricisi lokomotivin kabinasında təkrar olunur. ALİ qurğusuna avtostop da əlavə olunur ki, əgər maşinist xoşagəlməz halların qarşısını vaxtında ala bilməsə, onda həmin qurğu qatarı saxlayır. Bundan əlavə ALİ qurğusu maşinistin sayıqlığını qorumaqla bərabər qatarın sürətinə də nəzarət edir.

Avtostopla təchiz edilmiş ALİ sistemi sürət artarsa və yaxud maşinist sayıqlığı itirərsə qatarı saxlayır. ALİ sistemi mənzildəki svetoforların göstəricisini lokomotivə ötürür (şəkil 7).

Hərəkətdə olan qatara qarşıdakı svetofordan rels dövrəsi vasitəsilə dəyişən cərəyan kodu ötürülür. Əgər qarşıdakı svetoforun göstəricisi yaşıl işıq göstərirsə onda rels dövrəsindən üç impulslu gərginlik lokomotivə ötürülür və lokomotivin də svetoforunda yaşıl işıq yanır. Qarşıda sarı işıq yanarsa iki impulslu gərginlik ötürülür və lokomotivdə də sarı işıq yanır. Qırmızı işıq yanarsa bir impuls ötürülür və lokomotivin svetoforunda qırmızı ilə sarı işıq birlikdə yanır.

Qatar məşğul olan blok-sahəyə daxil olarsa lokomotivin svetoforunda qırmızı işıq yanır. Əgər lokomotivin svetoforunda ağ işıq yanırsa bu onu göstərir ki, qatar kodlaşdırılmamış sahəyə daxil olub və belə olan halda maşinist ancaq yolda olan svetoforun göstəricisinə əməl etməlidir. Qatar kodlaşdırılmış sahəyə daxil olan kimi qurğu səs işarəsi ilə işə düşür və maşinistin reaksiyası olmasa, onda avtostop işə düşür. Belə halda maşinist 6 – 8 saniyə ərzində sayıqlıq düyməsini basmalıdır, əks halda təcili tormozlama gedir. Sayıqlıq düyməsini basandan sonra maşinist sürəti aşağı salmalıdır və yaxud da ki, qatarı saxlamalıdır.

Lokomotivin svetoforunda sarı işıq qırmızı ilə eyni zamanda yanan zaman maşinist təcili tormozlanmanın qarşısını almaq məqsədi ilə hər 20 – 30 saniyədən bir sayıqlıq düyməsini basmalıdır.Maşinistin fəaliyyətinə nəzarət məqsədi ilə lokomotivin kabinasında sürət qutusu quraşdırılır ki, qutuda olan lentdə faktiki sürət, svetoforun göstəricisi, sayıqlıq düyməsinin basılması və avtostopun işə düşməsi qeyd olunur.

ALİ sistemi sərnişin qatarlarının sürəti 120 km/saat olan magistral yollarda istifadə olunur. Sərnişin qatarlarının sürəti 200 km/saata qədər olan sahələrdə ALİ sistemi çox tezlikli ALİ – ilə əvəz olunur. Təhlükəsizlik sistemini gücləndirmək məqsədi ilə belə sahələrdə tormoz (əyləc) sisteminin avtomatik idarə olunması qurğusu ilə təchiz olunur.






Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin