D ədə Qorqud ● 2016


О ФИЛОСОФСКОЙ СУЩНОСТИ ПОНЯТИИ «ВОЗВЫЩЕННЫЙ ЛЮБВИ»



Yüklə 2,43 Mb.
səhifə35/154
tarix01.01.2022
ölçüsü2,43 Mb.
#103364
1   ...   31   32   33   34   35   36   37   38   ...   154
О ФИЛОСОФСКОЙ СУЩНОСТИ ПОНЯТИИ «ВОЗВЫЩЕННЫЙ ЛЮБВИ»

В ЭПОСЕ «АСЛИ И КЕРЕМ»
Резюме

Статья посвящена исследованию философской сущности понятии «Возвыщенной люб­ви» в эпосе «Асли и Керем». В статье исследуются особенности воплащенная понятия «воз­вы­щен­ная любовь» в эпосе «Асли и Керем» которая рождена от единсева понятий «любовь» и «возвыщенность».



Ключевые слова: эпосе «Асли и Керем», любовь, возвыщенность, возвыщенная любовь
«Məhəbbət» anlayışının fəlsəfi məzmunu başlığı olaraq estetik keyfiyyətlərlə bağlıdır. Bu keyfiyyətlər sferasında faciəvilik, gözəllik və ülvilik anlayışları daha par­laq yer tutur. Ona görə də «məhəbbət» – anlayışının bədii və həyati gerçəklikdə məna­lan­dırılması daha çox bu anlayışların vasitəsilə ifadə tapır.

Həyati gerçəklikdən fərqli olaraq sənət gerçəkliyində məhəbbət anlayışının fəl­sə­fi-estetik təcəssümü ülvilik anlayışının vasitəsilə daha geniş əks olunur. Bədii sənətdə məhəbbət anlayışının ülviliyə daha çox meyl etməsinin ən başlıca səbəbi onların məz­munları arasındakı oxşar keyfiyyətlərin çox olması ilə əlaqədardır (5, 417). Bu ox­şar keyfiyyətlərin nəticəsində məhəbbət və ülvilik anlayışları idrakı sferada vəhdət təşkil edərək vahid bir proses kimi meydana gəlir və hər iki anlayışın məzmunundan doğan bu vəhdətlik amilini fəlsəfi-estetik idrakın spesifik təcəssüm forması kimi: «Ülvi məhəbbət» adlandırırıq.

«Ülvi Məhəbbət» – anlayışı dünya xalqlarının folklor yaradıcılığında və klassik bədii sənət əsərlərində öz əksini geniş şəkildə tapa bilmişdir.

Azərbaycan klassik və xalq ədəbiyyatında da «ülvi məhəbbət» – anlayışı geniş təsvir olunmuşdur. Bu anlayışın fəlsəfi-estetik və bədii təcəssümü «Əsli və Kərəm» – dastanında isə ən kamil və parlaq mövqeyə malikdir. Dastanda, «ülvi məhəbbət» – anlayışının fəlsəfi-estetik qanunauyğunluqları bütöv və dolğun şəkildə inikas olunur.

«Məhəbbət» – insanın ruhu və gözəllik aləmindəki hissi-keyfiyyətlərin ali nəti­cə­si kimi iki fərd arasındakı ideal münasibətlərin konkret ifadəsidir (4, 563). Zəngin məzmuna malik olan məhəbbət idrakla əlaqədardır (2, 187), ilk və son olaraq özünü iki subyekt arasında baş verən qarşılıqlı və ideal münasibətlərdə göstərir. İki subyekt ara­sında baş verən ruhi duyum ehtisaslara, təlatümlərə hissi-həyəcanlara və mənəvi-ruhi paklığa yol açaraq eybəcər keyfiyyətləri inkar edən və ali gözəllik qanunları ilə çul­ğa­laşan bir qüdrətə çevrilir. Burada, «hiss edən ruh duyğu aktının sadə ideallığı, sub­yektivliyidir! – (3, 180) fikri mülahizəmizə işıq salır.


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin