D ədə Qorqud ● 2017



Yüklə 2,56 Mb.
səhifə66/184
tarix01.01.2022
ölçüsü2,56 Mb.
#102842
növüXülasə
1   ...   62   63   64   65   66   67   68   69   ...   184
Yer Ana bir obraz kimi kosmosyaradıcı konseptdir. Xaosa gəlmiş subyektin bədəninin hansı şəkildə öldü­rül­mə­sin­dən, hansı şəkildə yenidən yaradılmasından və bunu icra edən­lərin obraz/şəkillərindən asılı olmayaraq, bütün bunların ha­mısı Yer Ana obraz/kompleksini təşkil edir. Yəni subyektin öl­dükdən sonra dirilməsi üçün o, yeni­dən doğulmalıdır. Bu do­ğu­luş hansı şəkillərdə (parçalanmış ətlərin sümüklərlə bir­ləş­di­ril­mə­si, yaxud subyektin ətinin yeyilərək yenidən do­ğul­ma­sı) baş verməyindən asılı olmayaraq ritual subyektini ye­ni­dən doğ­maq Yer Ananın funksiyasıdır. Bu baxımdan, di­ril­mə/do­ğul­ma bütün hal/şəkilləri ilə Yer Ana arxetipinə bağ­lı­dır” (4, 403).

“Altay Buuçay” dastanının K.Sonukov variantında Yer Ana obrazı birbaşa öz adı ilə (Yer-ene) iştirak edir. Bizim nəzərdən keçirdiyimiz Çoltoş variantında isə Yer Ananı Ağ tayqanın sahibi, dağ ruhu, Altay Buuçayın totem anası Ak Emegen və Ak Burxanın qızı Ak Taci təmsil edirlər. Qəhrəmanı dirildərək ona ərə getmiş Ak Taci Yer Ana rolunu oğulluğu Erke-Möndürə münasibətdə oynayır. Hər iki ana – Ak Emegen və Ak Taci, bir növ, totem analardır. Altay Buuçay öz insan anasından doğulduğu halda, Ak Emegen onun totem anasıdır. Erke-Möndür də öz insan anasından doğulub. Bu halda onun atasını dirildən və özünün də yenidən dirilməsinə səbəb olan Ak Taci də Totem Ana – Yer Ana funksiyasını yerinə yetirir.


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin