1-ci səviyyə dağılmalar dərhal sahə personalı tərəfindən aradan qaldırıla bilən, iş zamanı kiçik dağılmalar kimi müəyyən edilir. Çox hallarda, cavab tədbiri sahə resurslarından istifadə etməklə dağılmanı təmizləməkdən ibarət olacaq.
Səviyyə 2
2-ci səviyyə dağılmalar dağılma baş verən sahədə əlverişli olmayan əlavə yerli (ölkə daxili) resurslar və işçi qüvvəsinin tələb olunduğu dağılmalar kimi müəyyən edilir. Sahə üzrə cavab tədbirləri heyəti təxsis edilmiş 2-ci səviyyəli neft dağılmaları üzrə podratçının köməyi ilə təmizləmə işini həyata keçirəcək.