AMEA Folklor İnstitutunun
“Dədə Qorqud” şöbəsininaparıcı elmi işçisi
e-mail: leman_suleymanova@mail.ru
HAYLAÇI SƏNƏMİN HƏYATI VƏ YARADICILIĞI
Xülasə
Azərbaycanda vaxtilə geniş yayılmış tənbur sənəti hal-hazırda yalnız Zaqatala-Balakən bölgəsində yaşayır. Bu bölgədə tənbura dambır, dambırla oxunan mahnılara isə hayla deyirlər. Bölgədə həm qadın, həm də kişi dambırçılar olmuşdur. Belə sənətkarlardan biri də Balakən dambırçıları arasında xüsusi yerə və sanbala malik Haylaçı Sənəmdir. Sənəm həm dambır ifa edib, həm də yaxşı hayla dediyi üçün camaat ona Haylaçı Sənəm deyərmiş. Balakənli söyləyicilərin verdikləri məlumatlara görə, Haylaçı Sənəm Balakəndə hər kəs tərəfindən tanınan və sevilən sənətkar olmuşdur. Sənəmin olduqca kədərli taleyi olmuşdur. Nakam sevginin təsiri ilə o, əlinə dambır alaraq nisgilini haylaları vasitəsilə çatdırmışdır. Sevgidə oxu daşa dəyən Sənəm qadın paltarını çıxarıb ataraq kişi paltarı geyinir və ömrünün sonuna qədər bu paltarda gəzir. O, I Aşıqlar Qurultayının qadın iştirakçılarından biri olmuşdur. Görkəmli alim Əzizə Cəfərzadə həmin qurultaydan sonra Haylaçı Sənəmlə görüşmüş, ondan 213 hayla da qeydə alaraq çap etdirmişdir. Ancaq çox təəssüf ki, Əzizə Cəfərzadə bütün bölgə əhalisi arasında Haylaçı Sənəm kimi tanınan ustadı Aşıq Sənəm kimi təqdim etmişdir. Bu, bəlkə də Sənəmin I Aşıqlar Qurultayındakı iştirakı ilə bağlıdır. Bu gün də xalq arasında Sənəmin oxuduğu haylalar və taleyi ilə bağlı müxtəlif rəvayətlər xalq arasında dolaşmaqdadır. Onun vaxtilə çağırdığı haylaların bir qismi xalq bayatılarına qarışsa da, bir qismi bu gün də Haylaçı Sənəmin adı ilə oxunmaqdadır. Sənəm dambırda “Çay daşı, çaylaq daşı”, “Yerli hava”, “Qərib hava” və s. dambır mahnılarını da məharətlə ifa edərmiş.
Açar sözlər: Balakən, hayla, dambır, Sənəm, aşıq
HAYLACHI SANAM’S LIFE AND CREATIVS
Summary
Tanbur profession was famous in Azerbaijan before. But it is living only in the Zagatala-Balakan region now. Tanbur is called dambir in this region, songs performed on dambir are called hayla. There are women and men dambir performers in this region. One of such artists is Haylachi Sanam – having special place among Balakan dambir performers. Sanam was performing dambir successfully, was singing haylaes very well too. Therefore people was calling her Haylachi Sanam. According to investigations, everybody were knowing Haylachi Sanam very well as artist and loving her. Her has very sad fate. With influence of the unfortunate love, she took dambir, showed own pain to people with haylaes. Her love finished mournful and therefore she put off women clothes, put on men clothes and she was wearing such till the end her life. Sanam has put on men's clothes and she has shown difficult labour always. She was one of the woman participants of I Ashugs Congress. Sanam has taken part in competition of word and thought with Ashug Bilal – participant of the I Congress of Ashugs. Prominent scientist Aziza Cafarzada met her after congress and gathered 200 haylaes from her and printed. But unfortunately, Aziza Cafarzada presented Haylachi Sanam as Ashug Sanam. Supposition, it is connected with her participation in I Ashugs Congress. Sanams haylaes and legends connected with her fate are famous among people. Some parts of these haylaes mixed with bayati, but in some haylaes Sanams authorship is protected. She was performing "Çay daşı, çaylaq daşı", "Yerli hava", "Qərib hava" and other songs on dambir successfully. She was taking part with dambir in Balakan weddings and in national holidays. When we gathered folk-lore texts in this region people spoke us interesting memories about Sanam. They sang us her haylaes, too. All these facts show Haylachi Sanam lives in the memories of people of this region now.
Key words: Balakan, hayla, dambir, Sanam, ashug, Haylaçı Senem
ЖИЗНЬ И ТВОРЧЕСТВО ХАЙЛАЧЫ СЭНЭМ
Резюме
Некогда распространенное в Азербайджане искусство танбур, теперь остался только в Загатало-Балакенском регионе. В этом регионе танбур называется дамбуром, а песни исполняемые на дамбуре - хайла. В этом регионе, были как женщины, так и мужчины дамбырчы. Среди этих исполнителей дамбырчы Балакена почетное и уважаемое место занимает Хайлачы Сэнэм. Народ прозвал её Хайлачы Сэнэм из-за того, что она одновременно и пела и исполняла на дамбуре. По информации представленной местными жителями Балакена, Хайлачы Сэнэм была почитаемой и любимой исполнительницой. У Сэнэм была довольно печальная судьба. Под влиянием злосчастной любви, она брала в руки дамбыр и передавала всю свою истому. Из-за неудачной любви, Сэнэм снимает женское одеяние и надевает мужское, которое носит до конца своей жизни. Она была одной из женщин-участниц Первого съезда ашыгов. После съезда, выдающийся ученый Азиза Джафарзаде встретилась с Хайлачы Сэнэм и записав 213 хайла, позже их опубликовала. К сожалению, Азиза Джафарзаде представила известную среди населения всего региона Хайлачы Сэнэм, как Ашыг Сэнэм. Возможно, это связано с участием Сэнэм на I Съезде Аыугов. И сейчас в народе существует много повествований о хайла исполняемой Сэнэм и её судьбе. Хотя некоторая часть хайла, исполняемая ею смешалась с народными баяты, определенная часть и по сегодняшний день читается под именем Хайлачы Сэнэм. Также Сэнэм умело исполняла "Чай дашы, чайлаг дашы", "Йерли Хава", "Гериб Хава" и другие песни на дамбыре.
Ключевые слова: Балакен, хайла, дамбыр, Сэнэм, ашыг
Giriş. Bizim dambırla və hayla sənəti ilə ilk tanışlığımız 2005-ci ilin avqustundan başlayır. 2005-ci ilin avqust ayında biz Balakən rayonun Tülü kəndində Dambırçı Nizamla görüşərək ondan bir kasetlik material toplamışdıq. Ancaq o zaman namizədlik dissertasiyası üzərində işlədiyimiz üçün dambırçıları və hayla sənətini araşdıra bilmədik. 2014-cü ilin may ayında və ondan sonra dəfələrlə dambırçılığın geniş yayıldığı Zaqatala və Balakən rayonlarında olduq və həmin ərazilərdə toplama apardıq. Balakənlilərin haqqında çox danışdıqları dambırçılardan biri də Haylaçı Sənəmdir. Ancaq çox təəssüf ki, Əzizə Cəfərzadənin “Azərbaycanın aşıq və şair qadınları” kitabına saldığı 213 haylanı və Sənəm haqqında yazdığı 6 cümləlik məlumatı nəzərə almasaq, Haylaçı Sənəmin həyatı və yaradıcılığı demək olar ki, öyrənilməmişdir. Əzizə xanım yazır: “Balakən rayonunda Gülüzən kəndində dünyaya gəlmiş, orada da vəfat etmişdir. Aşıq Sənəm uzun ömür sürmüş, 1928-ci ildə I Aşıqlar qurultayında öz tamburu ilə iştirak etmişdir. Sənəm bu yerlərdə Muğal adlanan Azəri tayfalarından biri arasında yayılmış “hayla gecələri”nin iştirakçısı olmuşdur. El şənliklərinin sevimli aşığı külli miqdarda hayla–bayatı qoşmuşdur. Bunları gözəl, məlahətli səsi ilə, çaldığı tamburun müşayiəti ilə oxumuşdur. Qədim musiqi alətlərimizdən olan tamburda, “Çay daşı, çaylaq daşı” və s. kimi el havalarını məharətlə ifa edən Aşıq Sənəm yaradıcı sənətkar olmuşdur.” [Azərbaycanın aşıq və şair qadınları. Səh. 212]. Onu qeyd edək ki, prof. Əzizə Cəfərzadənin işlətdiyi “Muğal adlanan Azəri tayfaları” ifadəsi kökündən yanlışdır. Muğal həmin bölgədə yaşayan Dağıstan mənşəli xalqların Azərbaycan türklərinə verdikləri addır. Həmçinin Balakən rayonunun təəssübkeş ziyalısı, Balakən rayon “Mədəniyyət və turizm şöbəsi”nin əməkdaşı, şairə-publisist Tahirə Sultan (Tahirə Bayramova) “Mədəni həyat” jurnalında Sənəm haqqında bir neçə publisistik yazı çap etdirmişdir.
Biz bu yazımızda onun həyatı və yaradıcılığı haqqında məlumat verməyə çalışmışıq.

Dostları ilə paylaş: |