İşin elmi nəticəsi. Uşaq nağıllarında rast gəlinən formaların tədqiq edilməsi nəticəsində onların sehirli süjetdən qaynaqlanması, təbiəti imitasiya etmək xüsusiyyəti, alleqorik məzmuna malik olması və s. məlum olmuşdur. Bu da uşaq nağıllarının daxili məzmununa görə təsnif edilməsinə şərait yaradır.
İşin elmi yeniliyi. Məqalədə ilk dəfə olaraq uşaq nağıllarının təsnif edilməsinə cəhd edilmişdir. Azərbaycan folklorşünaslığındakı xarici təsnifatdan imtina etməklə milli folklor ənənələrinə üstünlük verilmişdir.
İşin tətbiqi əhəmiyyəti. Bu mövzuya ilk dəfə toxunulduğundan alınan nəticələrin uşaq nağılları ilə bağlı tədqiqatlarda istifadə olunmasına ehtiyac vardır. Xüsusilə tədris prosesində ondan bu mövzuya aid mühazirələrdə istifadə oluna bilər.
ƏDƏBİYYAT
1. Azərbaycan nağılları. 5 cilddə. 5-ci cild. Bakı: Şərq-Qərb, 2005.
2. Егорова О.В. Веселые сказки в стихах Корнея Чуковского./http:www. covenok.ru
3. Əliyev R. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı: Çıraq, 2014.
4. Əliyev R. Uşaq nağıllarının repertuara görə təsnif və janr özünəməxsusluqları./ II Beynəlxalq türk xalqları ədəbiyyatı konqresi materialları. 2-ci kitab. Bakı, 2012.
5. Əzizov Q. Psixologiya. Dərs vəsaiti. Bakı, 2013.
6. Kərimov Y.S. Ana dilinin tədrisi metodikası. Bakı: Nasir, 2003.
7. Muharremova M. Türk xalqlarının masallarında karşılaşdırılmalı bir bakış./ Türk xalqları ədəbiyyatı (II) Beynəlxalq uşaq ədəbiyyatı konqresi materialları. 2-ci kitab. Bakı, 2008.
8. Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. İkinci hissə. Bakı, Elm, 2006.
Dostları ilə paylaş: |