Dərs: Az dili və nitq mədəniyyəti Muəllim: Sərbəst işin movzusu



Yüklə 16,05 Kb.
tarix10.06.2018
ölçüsü16,05 Kb.
#53221
növüDərs

AZƏRBAYCAN DÖVLƏT

İQTİSAD UNİVERSİTETİ

Sərbəst iş №5

Ad:


Soyad:

Fakultə:

Qrup:

Kurs: 1



Dərs: Az dili və nitq mədəniyyəti

Muəllim:

Sərbəst işin movzusu:

Zenon Qədim yunan filosofu dialektikanın yaradıcısı Zenon (e.ə.VI) Eley tiranı Nearxa çarına sui-qəsddə iştirakına görə tutulub dindirilərkən o, camaata tərəf dönərək: «Tiranın qabağında niyə susursunuz, sizə əzab verəcəyinizdənmi qorxursunuz?» — demiş və dişiylə dilini parçalayıb Nearxın üzünə tüpürmüşdür. Bunu görən camaat həyəcana gəlib tiranı daş-qalaq edib öldürmüşlər.

Aristotel. Hava dəyişmələri haqqında ilk dəfə məlumat verən Aristotel olmuşdur. XIX əsrdə alman alimi Vilhelm Dove, Aristotelin fikirlərini inkişaf etdirmiş və hava dəyişmələri haqqında nəzəriyyəsini irəli sürmüşdür. Lakin havanın proqnozu haqqında elmi cəhətdən əsaslandırılmış ilk nəzəriyyə Ç.Darvin və admiral Fite-Roya aiddir. Fite-Roy cavanlıqda havanın dəyişməsi ilə, dəniz fırtınası və hava hadisələri ilə maraqlanmış və 1848-ci ildə bu barədə məqalə dərc etdirmişdir. O, 1857-ci ildə sinoptik xəritə düzəltmiş, 1861-ci ildə bir gün əvvəl havanın dəyişiləcəyi haqqında proqnoz vermişdir. Ancaq onun söylədiyi proqnoz bəzən düz çıxmırdı, odur ki, bəzi ingilislər onu dələduzluqda günahlandırırlar. Buna görə də Fite-Roy 1865-ci ildə özünü öldürür. Ölümündən sonra ayrılmış xüsusi yoxlama qrupu Fite-Royun fəaliyyətinə yüksək qiymət vermişdir. Lakin artıq gec idi.
Deyilənlərə görə, Aristotel (Ərəstu) qısaboylu, kiçikgözlü adam olmuş, iki dəfə evlənmiş, iki uşağı (qız, oğlan) olmuşdur. Makedoniyalı İsgəndərin ölümündən sonra (e.ə.322) Aristotel Afinanı tərk edir və həmin ildə də Xalkidada ölmüşdür.

Perikl (e.ə. 490-429) hər dəfə dövlət işlərinin icrasına başlamazdan əvvəl öz-özünə xatırladardı: «Perikl, sən azad insanları idarə edirsən, sən Afina vətəndaşlarını idarə edirsən.»


175-ci ildə üsyan qaldırıb imperator elan edilsə də, hakimiyyətə gələ bilməyən Avidi özünə qarşı böyük qiyam qaldırmış, əsgərlərinin qabağına qurşaqdan yuxarı çılpaq çıxaraq deyir: «Əgər bacarırsınızsa, məni vurun və intizamsızlığınıza bir cinayət də əlavə edin. Onun bu hərəkəti nəinki qiyamçıları sakitləşdirir, hətta həmin hadisə haqqında eşidən düşmən ordusunu elə vəl-vələyə salır ki, elçi göndərib 100 illik sülh istədilər.

Antisfen demişdir:  «Cəllad və tiranların arasında bircə fərq var – cəlladlar caniləri öldürür, tiranlar isə günahsızları.»

Aristipp Eramızdan 435 il əvvəl doğulmuş qədim yunan filosofu Aristipp bir məktəb təsis etmişdi. Varlılardan biri öz oğlunu gətirib həmin məktəbə tapşırmaq istədikdə, təhsil haqqının miqdarını soruşmuşdu. Aristipp: «500 qızıl verəcəksiniz!» — demişdi. «Mən bu pula bir qul ala bilərəm!» — deyə varlı təəccüb etdikdə: «Elə isə oğlunuzu məktəbə qoymayın, qoy 2 qulunuz olsun!» — deyə Aristipp cavab vermişdir.

Arxidam Eforlar Arxidamı gödək qadına evlənməkdə günahlandırıb, cərimə etdilər. Hərəkətlərini də belə əsaslandırdılar: «Bu qadın bizə şahlar yox, şahcığazları doğacaq.»


Milet qızları qəfil ruhi xəstəliyə düçar olurlar. Özünü asıb intihar edənlərin sayı günü-gündən artır. Heç bir tədbir də kömək etmir. Hamı bu bəla ilə mübarizədə ümidini üzür. Axırda adı tarixdə qalmayan bir müdrikin məsləhəti ilə belə bir qanun qəbul edirlər: «Özünü asmış qızların meyitlərini şəhərin küçələrində sürüsünlər, sonra isə dəfn etsinlər.» Bundan sonra heç bir qız intihar etmək fikrinə düşmürdü.
Öz islahatları ilə məşhur olan Qay Qraks danışanda özündən tez çıxdığını bilirdi, buna görə də xalqın qarşısında çıxış edərək tribunanın altında bir qul saxlayırdı. Qulun vəzifəsi ondan ibarət idi ki, Qraks əsəblərini cilovlaya bilməyəndə fleyta çalıb həlim melodiya ilə onu sakitləşdirsin.

Anaksaqor ona verilən bütün ad və mənsəblərdən imtina edərək bircə bu xahişini bildirir: «Qoy o ölən günü uşaqlara icazə verilsin ki, onlar məktəbə getməyib oynaya bilsinlər.»


Avqustin Bir dəfə imperator Avqustin birisindən danışa bilən bir qarğa alır. Qarğa elə hey, «Yaşasın müzəffər imperator Avqustin» deyirdi. Bunu görən bir başqaları da qarğa tutub ona bu sözləri öyrətməyə çalışırdılar. Birisi uzun müddət nə qədər çalışdısa bir şey çıxmadı qarğa bir cümlə də olsa danışmadı. Bunu görən qonşusu qarğanın sahibinə dedi:
— Əbəs yerə çalışdım, ay axmaq.
Qarğa sahibi də əməyinin hədər getdiyini görüb, qarğanı dəyər-dəyməzinə birtəhər başdan etməyə çalışdı. Qarğanı saraya gətirib saray falçılarına ucuz qiymətə təklif etdi. Bu vaxt yaxınlıqdan keçən Avqustin onu görüb əsəbləşdi və əmr etdi ki, onu qovsunlar. «artıq — dedi ki, saray onu tərifləyən qarğalarla dolub.»
Bu vaxt qarğa danışdı: — Əbəs yerə çalışdım, ay axmaq.
İmperator bunu eşidib güldü və bu quşu da aldı.

Arxidam Sparta hökmdarı Arxidamın iki yaxın dostu öz aralarında konfliktə girirlər və bu düşmənçiliklərini həll edə bilməyəcəklərini görüb Arxidamı bu məsələdə özlərinə hakim seçirlər. O da öz növbəsində onları məbədə gətirir, and içdirir ki, onlar sözsüz olaraq onun qərarına tabe olacaqlar. Onlar həqiqətən də and içirlər. Bundan sonra Arxidam deyir:


— Bax belə. İndi də mənim qərarımı dinləyin: bir-birinizlə barışmayınca bu məbəddən bayıra çıxmayın.
Birisi Zenona deyir ki, məhəbbət müdriklərə layiq iş deyil. Onda Zenon etiraz edib deyir:
— Əgər bu belədirsə, onda mənim bədbəxt gözəl qızlara yazığım gəlir, çünki onlar bu halda yalnız giclərin məhəbbətindən zövq almaq məcburiyyətində qalacaq.

Alkivid Hökmdar Alkivid bir dəfə özünün ən istəkli itinin quyruğunu kəsir. Bunun səbəbini soruşanda deyir:


— Qoy adamlar bir müddət də, məndən danışmaqdansa, itimdən danışmaqla məni rahat buraxsınlar.
Yüklə 16,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin