Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə12/84
tarix30.03.2023
ölçüsü1,56 Mb.
#124581
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   84
Loqopediya (Mühazirələr)

 
SENSOR ALALİYA 


34 
Sensor alaliyada eĢitmənin yaxĢı olmasına baxmayaraq uĢaqlarda 
ətrafdakıların nitqinin dərk edilməsi pozulur, sözlərin mənası və 
səslənməsində uyğunsuzluq müĢahidə olunur, impressiv nitq inkiĢaf 
etmir. EĢitmə nitq analizatorlarının qabığının (vernike mərkəzi) və onun 
ötürücü yollarının zədələnməsi bu xəstəliyin yaranma səbəbi ola bilər. 
Əsas nitq simptomları: nitqin qavranılmasının pozulması, sözlə onu 
bildirən əĢya, hərəkətlər arasında uyğunsuzluq (qapalı akupatiya 
adlanır), səslərə qarĢı həssaslıq, yəni hiperakuziya, baĢqalarının 
diqqətini cəlb etməyən səslər onların diqqətini cəlb edir (su damcılarının 
səsləri, kağız xıĢıltısı). Bu sensor alaliyalı uĢaqları zəif eĢidənlərdən 
fərqləndirir. Exolaliya müĢahidə oluna bilər. Sensor alaliyalı uĢaqların 
səsləri normaldır, sözlər və səslər normal modulyasiya olunur və 
intonasiyalıdır, zəif eĢidən uĢaqların səsi zəif olur. Sensor alaliya 
uĢaqlarda az olur, adətən qarıĢıq tipinə tez-tez rast gəlinir, yəni sensor-
motor alaliya yaxud motor alaliya sensor komponentləri ilə.


35 
DİSLALİYA 
 
Əvvəlki fəsildə qeyd edildiyi kimi, uĢaqların çoxu 4-5 yaĢda artıq 
səsin tələffüz edilməsində təkmilləĢib norma həddinə çatır. Lakin 
inkiĢafın müəyyən mərhələsində sosioloji, fərdi və pataloji amillərin 
nəticəsində uĢaqlarda tələffüz qüsurları öz-özlüyündə keçməyib, daha da 
dərinləĢir və nitq pozğunluğuna çevrilir.
Səs tələffüzü pozğunluqlarından biri də dislaliya adlanır.
Dislaliya (yunanca dis-hissəvi pozğunluq, çatıĢma-mazlıq və 
lalio-danıĢıram) normal eĢitmənin olması və nitq aparatının mühafizə 
olunmuĢ innervasiyası (sinir hüceyrələri ilə təmin olunması) ilə 
müəyyənləĢir.
Göstərmək lazımdır ki, dislaliya uĢaqlar arasında ən geniĢ 
yayılmıĢ nitq pozğunluqlarıdır. Aparılan tədqiqatlara görə məktəbəqədər 
yaĢlılar arasında 15, 20% kiçik, ibtidai sinif Ģagirdləri arasında 5,7% 
uĢaq dislaliya qüsuruna malikdirlər. MənĢəyinə görə dislaliya iki növə 
ayrılır: funksional və mexaniki (üzvü). 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin