Dərs vəsaiti, Bakı, Çaşoğlu -2003 A. M. Qafarov Standartlaşdırmanın əsasları


Mövzu: MDB dövlətlərarası standartlaşdırma sistemi (SDAŞ)



Yüklə 0,88 Mb.
səhifə2/7
tarix13.01.2017
ölçüsü0,88 Mb.
#1
növüDərs
1   2   3   4   5   6   7

Mövzu: MDB dövlətlərarası standartlaşdırma sistemi (SDAŞ)

Keyfiyyətə nəzarət üzrə təşkilatlar.
Ədəbiyyat:

  1. N.R.Məmmədov Standartlaşdırmanın əsasları,

Dərs vəsaiti, Bakı, Çaşoğlu -2003

2. A.M.Qafarov Standartlaşdırmanın əsasları,

Dərs vəsaiti, Bakı, Çaşoğlu -2003

3. A.M.Qafarov Sertifikattlaşdırma , Dərs vəsaiti,

Bakı, Çaşoğlu -2003

  1. N.H.Fərzanə və b. Standartlaşdırmanın əsasları,

Dərs vəsaiti, Bakı, Təhsil -2007

5. Ş.İ.Həsənov və b. Beynəlxalq standartlaşdırma və

məhsulların keyfiyyət ekspertizası

Dərs vəsaiti, Gəncə- 2003
Plan:

1. MDB dövlətlərarası şuranın yaradılmasında məqsəd.

2. SDAŞ –nın strukturu.

3. MDB- də sertifikatlaşdırma

4. Keyfiyyətə nəzarət üzrə Avropa təşkilatları və onların

strukturu.



1. MDB dövlətlərarası standartlaşdırma sistemi (SDAŞ).

1992-ci il martın 13-də keçmiş SSRİ-yə daxil olan müstəqil dövlətlərin nümayəndələri tərəfındən standardaşdırma sahəsində razılaşdırılmış siyasətin aparılması və əməkdaşlığın genişləndrilməsi barədə razılaşma imzalaınmışdır. Həmin razılaşma MDB ölkələrinin dövlətlərarası standart-laşdırma sisteminin əsasını təşkil edir. Bu sənədə əsasən keçmiş SSRİ dövründen qalan və qüvvədə olan dövlət standartları – dövlətlərarası standartlar kimi qüvvədə qalır, onun etalon bazası birgə istifadə edilir, staııdartlasdırma, sertifikatlaşdırma və ıııetrologiya sistemlərinin qarşılıqlı tanınması üçün isə ikitərəfli razılaşma tələb edilir.

Həmin dövlətlərin hökumətləri səviyyəsində Standartlaşdırma, Metrologıya və Sertifikatlasdırma Dövlətlərarası Şurası (SDAŞ) yaradılmşıdır. Onun əsas funksiyalarına aşağıdakılar daxildir.
2

- standartlaşdırma sahəsində fəaliyyətlərin prioritet istiqamətlərinin işlənməsi;

- dövlətlərarsı standartların layihələrinin təsdiqə hazırlanması;

- standartlaşdırma sahəsində əsas işlərin istiqamətlərinin müəyyən edilməsi və onların aparılması üçün xərclər smetasının tərtibi.

Şura tərəfındən qəbul edilmiş qərarlar, nümayəndəliyi şura üzvü olan dövlətlər üçün məcburidir. SDAŞ-a 12 MDB dövlətinin milli

standartlaşdırma, metrologiya və sertifıkatlaşdırma orqanlarının rəhbərləri daxildirlər. Azərbaycan Respublikasının vlət Standartlaşdırma və Metrologiya Mərkəzi (Azərdövlətstandart) həmin Şuranın üzvüdür

SDAŞ-ın əsas işçi orqanı - Standartlar, Metrologıya sertifikatlaşdırma Bürosu - Belorus Respublikasının paytaxtı olan Minsk şəhərindədir. Qəbul edilən ənənəyə göro şuranın iclasları növbə ilə razılaşmanm üzvü olan ölkələrdə keçirilir. SDAŞ-ın fəaliyyəti nəticəsində SSRİ dövründən qalan normativ-texniki sənədlərin fondu (25 min dövlət, 40 min sahə standartı, 35 texniki-iqtisadi infonnasiya təsnifatları) və etalon bazası (fiziki kəmiyyətlərin 140 metroloji etalon vahidləri) saxlanmışdır.

Hazırkı dövrə qədər MDB üzvü olan dövlətlərin milli standartlaşdırma sistemlərinin qarşılıqlı tanmması prosesi bütövlükdə tamamlanmışdır.

SDAŞ işçi orqanları standartlasdmna üzrə dövlətlərarası texniki komitələrdən (SDTK) ibarətdir. Həmin komitələr dövlətlərarası standartları işləyir və digər konkrekt işlər görür. 200-dəu çox SDTK fəaliyyəti nəticəsində DST-lərin işlənilməsi qəbul edilmiş illik planların əsasında aparılır. Dövlətlərarası standartların və onlara dəyişikliklərin qəbul edilməsi ildə 2 dəfə keçirilən SDAŞ iclaslarının qərarları əsasında həyata keçirilir. Dövlətlərarası standartlaşdırma üzrə işlərin aparılması qaydalarının ümumi müddəaları DST 1.0-92 standartında verilmişdir. Standartın qəbulunun lehinə ən azı iki dövlətin nümayəndələri səs veribsə, о qəbul edilir.

Razılaşmanın üzvü olan dövlətin standartlaşdırma üzrə milli orqanı qüvvədə olan milli standartları dövlətlərarası DST-lərin layıhəsi kimi təklif edə bilər.

3

Məsələn, son zamanlar qəbul edilmiş DST-ın 70%-ni Rusıya Federasiyasının DST-rı təşkil edir. Beş il (1992-97-ci illər) müddətində 2500 normativ-texniki sənəd qəbul



edilmişdir. Onlar, əsasən məcburi sertifıkatlaşdırmaya məruz qalan məhsullara texniki şərtlərin işlənməsinə yönəlmişdir. Qəbul olunan standartlar MDB dövbtləriuin məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradır.

MDB dövlətləri çərçivsində SDAŞ lərəfındən aparılan işlərin nəticəsində Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (İSO) onu standartlaşdırma üzrə beynəlxalq regional təşkilat kimi tanımışdır. SDAŞ-in. fəaliyyəti MDB dövlətlərinin İSO və beynəlxalq ticarət təşkilatına ( BTT) qəbul. olunma prosesinin tezləşməsinə xidmət edir.



2. MDB-də sertifikatlaşdırma

MDB məkanında sertifİkatlaşdırma üzrə fəaliyyət istiqamətini təyin edən əsas sənəd 1992-ci ildə imzalanmış Standartlaşdırma, metrologiya və sertifiıcatlaşdırma sahəsində razılaşdırılmış siyasətin apanlması haqqında Müqavilədir. Müqavilənin sertifiıcatlaşdırmaya aid müddəaları əsasında birliyin ölkələri müqavilənin iştirakçıları, sertifİkatlaşdırma sisteminin optimallaşdırılmasında realizəsində və bu sahədə işlərin təşkilində tam sərbəstliyə malik olmaqla, İSO/BEK- rəhəredici sənədləri və bu sahədə yığılmış təcrübəni nəzərə almaqla milli sertifikatlaşdırma sistemlərini tamamlamışdır.

Rusiyamn QOST R Sistemi daha çox beynəlxalq qaydalarla uzlaşdırıldığından MDB ölkələri sertifikatlaşdırma üzrə metodik sənədləri tərtib edərkən Rusiya qayda-larını əsas götürmüşdür. Müqaviləni imzalayan dövlətlər sertifikatlaşdırma üzrə orqanların, sınaq laboratoriyalarının sınaqlarınm sertifikatlaşdırmanın nəticələrinin, qarşılıqlı təchiz olunan məhsula sertifikatların və uyğunluq nişanlarınm razılıqlı tanınması haqqında razılıq əldə etmişlər. Sonrakı qarşılıqlı tanınma üçün aşağıdakı akkreditasiya işləri də qəbul edilmişdir: milli sertifikatlaşdırma sistemıində orqanların və laboratoriyalarm akkreditasiyası;
4

Sınaq laboratoriyalarının, sınaqları dövlətlərarası standartlar əsasmda aparmaq üçün, praktiki təcrübənin olması;



MDB ölkələrinin qoşulduğu və tanınma haqqmda məsələləri həll edən, beynəlxalq sertifikatlaşdırma sistemlərində akkreditasiya.

Beynəlxalq sertifikatlaşdırma sistemlərində tərəflər müstəqil iştirak edir. Müqavilə, tərəflərin beynəlxalq sertifikatlaşdırma sisteminin qaydalarından irəli gələn hüquq və vəzifələrinə toxunmur.

SertifİKatlaşdırma sınaqları ixtiyari ölkənin акkreditasiya olunmuş laboratoriyasında aparıla bilər.

Müqavilənin iştirakçısı olan ölkələrdə tanmmış beynəlxalq, dövlətlərarası, yaxud milli standartlar sertifikatlaşdırmanm normativ bazası kimi qəbul edilmişdir.

Müqaviləni imzalayan ölkələr qarşılıqlı təchizolunan məhsulun məcburi sertifikatlaşdırılmasının mərhələli tətbiq olunma qaydasmı razılaşdırmaq, sınaqların nəticələrinin obyektivliyini və məhsulun sertifiıkatlaşdırılmasının nəticələrinin düzgünlüyünü təmin etmək barədə razılığa gəlmişlər.

Məhsulu idxal edən ölkədə sertifikatlaşdırmanın tələblərinin gözlənilmədiyi müəyyən olunduğu halda milli sertifikatlaşdırma orqanı öz ölkəsində sertifiıkatların tanınmasını saxlama səlahiyyətinə malikdir, bu barədə məhsulu ixrac edən ölkənin milli orqamna standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuramn Texniki Katibliyinə xəbər verilməlidir.

Sertifikatlaşdırma üzrə razılaşdırılmış siyasətin sonrakı inkişafı 1994-cü il üçün imzalanmış "Sertifikatlaşdırma üzrə işlərin aparılması və qarşılıqlı tanınması prinsipləri haqqında Müqavilə" sənədində öz əksini tapmışdır. Bu Müqavilənin əsas müddəaları aşağıdakiların tanmmasını təmin edir:

  • təsdiq olunmuş siyahıya uyğun olan və məcburi sertifikatlaşdırılmalı məhsullara və xidmətlərə sınaq protokollarını, sertifikatların uyğunluq nişanlarmın qarşılıqlı tanmması; milli sertifikatlaşdırma sistemlərinin onlarm verdikİəri sertifikatların, müəyyən olunmuş prosedurlarm gözlənildiyi şərt daxilində qarşılıqlı tanınması;

5

  • Müqavilənin iştirakçısı olan ölkələrin ekspertlərinin fikirlərini (rəylərini, mülahizələrini) nəzərə almaqla standartlaşdırma, metrologiya və sertifi-

  • katlaşdırma üzrə milli orqanlar tərəfindən sertifikatlaşdırma üzrə orqanlarm akkreditasiyası;

Müqavilənin iştirakçısı olan ölkələrin sertifikatlaşdırılmış məhsula inspeksion nəzarətin yerinə yetirilməsi hüququ.

MDB-yə üzv ölkələrin heç də hamısı eyni səviyyədə qarşılıqlı tanınma haqqın- da çoxtərəfli müqavilələrin bağlanmasına hazır olmadığı üçün qərara alınmşdır ki. hələlİK iki tərəfli müqavilələr bağlansın. Belə müqavilələr milli sertifikatlaşdırma



orqanları səviyyəsində bağlanır.

Sertifikatlaşdırma sahəsində qarşılıqlı tanınma haqqnda Müqavilə aşağıdakıla-rı təyin edir:

  • Milli sertifikatlaşdırma sistemlərində akkreditasiya olunmuş sertifikatlaşdırma orqanlarıınn və sınaq laboratoriyalarının qarşılıqlı tanmması şərtlərinin və prosedurlarının Konkret müddətlərini;

  • Qarşılıqlı tanmma haqqmda Müqavilə çərçivəsində göndərilən məhsulun təhlükəsizliyinin təsdiq ölunması qaydasını;

  • istehsalçının və sertifikatı verən orqanın ixrac olunan məhsulun təhlükəsizliyicavabdehliyini;

  • ixrac edən ölkənin sertifikatını məhsulu qəbul edən tərəf, xarici sertifikatların tanınması üçün nəzərdə tutulmuş qaydada tanıyır.

MDB məkanında sertifikatlaşdırmanın inkişafı istiqamətində mütərəqqi addım, Müqavilənin iştirakçısı ölkələr üçün, standartlaşdırma, metrologiya və sertifikatlaş-dırma üzrə vahid tələbləri müəyyən edən normativ sənədlərin qəbul edilməsi olmuşdur. Bunlar, həmcins qrup məhsulların sertifikatlaşdırılması qayda həmçinin bir sıra xidmət növlərini müəyyən edən dövlətlərarası normativ
6

sənədlərdir. Dövlətlərarası Şuranın qəbul etdiyi qərarlar arasında bütün iştirakçı ölkələr üçün laboratoriyaların акkreditasiyası üzrə Avropa təşkilatına oxşar

akkreditasiya üizrə Avropa - Asiya regional təşkilatı (EAL) haqqında razılıq mühüm əhəmiyyətə malikdir.

Sertifikatlaşdırmanın təşkilində Dövlətlərarası Şu-*a tərəfindən ölçmə vasitələrinin sertifİKatlaşdırılması aaqqında Əsasnamənin qəbul edilməsini də irəliləyiş 3aymaq olar. Əsasnamədə deyilir: Müqavilənin iştiraKçı-3i olan öİKədən ölçmə vasitələrinin idxalına (ixracma) maraqlı olan təşKİlat öz milli orqanı vasitəsilə ixrac (id-xal) edən öİKənin milli orqanına sertifİKat və yoxlama metodİKası ilə birlİKdə istismar sənədlərini təqdim edir. Bu vəziyyət qarşılıqh təchizat olunan məhsulun smaqla-rımn nəticələrinin iştiraKçılar tərəfindən tamnması üçün prinsipial əhəmiyyətə malikdir.

Standartlaşdırma, metrologiya və sertifiıcatlaş-dırma üzrə Dövlətlərarası Şura daimi fəaliyyətdə olan texniki katibliyin və bir neçə işçi qrupun işinə rəhbərlik edir. Onlarm arasmda aşağıdakı qrupları göstərmək olar: standartlaşdırma, vaxtın tezliyin vahidliyinin təmini, texniki - iqtisadi sosial informasiyanın sinifləşdirilmə-si kodlaşdırılması, standart nümunələr və s. üzrə qruplar.

Dövlətlərarası Şuranm fəaliyyətində aşağıdakıları əsas nailiyyət saymaq olar:



  • Keçmiş SSRİ-nin normativ sənədlərinin bütün fondlarının və etalonlar bazasının saxlanılması. Bu MDB çərçivəsində standartlaşdırmanın və met-rologiyanın təkmilləşdirilməsi üzrə dövlətlərarası proqramların işlənməsi üçün mühüm əhəmiyyət kəsb edir;

  • MDB-yə üzv öİKƏİərin standartlaşdırma, met­rologiya və sertifikatlaşdırma üzrə milli qanunlarının harmonikləşdirilməsi;

  • standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahələrində, ümumi iqtisadi тәşkilaт və istehsal sferasında inteqrasiyanın möhkəmləndirilməsinə котәк edən, dövlətlərarası və sahələrarasi müqavilələrin hazırlanması.

Sertifikatlaşdırmada əsas istiqamət qarşıhqh təchizat olunan məhsulun təhlükəsizliyinin təmin edilməsidir.

7

Bu da milli sertifikatlaşdırma sistemlərinin qarşılıqlı tamnması ilə bağlıdır. Bu sahədə çətinlİK təşkilatın inkişafının MDB-nin üzv ölkələrində sertifiikatlaşdırma praktikasının eyni səviyyədə olmamasıdır. Bu problemin həlli həmcins məhsulun



sertifiıcatlaşdırılmasının dövlətlərarası sistemlərinin yaradılmasına imkan verəcəkdir.

Son bir neçə ildə milli sertifikatlaşdırma sistemləri təşkilati və həmçinin meto-dik planda təkmilləşmədə davam edir. MDB-nin üzv ölkələrində bununla əlaqədar müvafiq uyğunluq nişanları qəbul olunmuşdur.
3. Keyfıyyətə nəzarət üzrə Avropa təşkilatı

Keyfıyyətə nəzarət üzrə Avropa təşkilatı (KNAT) 1957-cı ildə yaradılmışdır. Bu təşkilatın əsas vəzifəsi məhsulların və xidmətlərin keyfiyyətinin idarə edilməsinin əsas prinsiplərini və metodlarını işləyib hazırlamaqdan və geniş təbliğ etməkdən ibarətdir. KNAT - buraxılan məhsulların yüksək keyfıyyətinin təmin olunması məsələləri üzrə qazanılmış təcrübənin, tədqiqatların nəticələrinin və keyfiyyət üzrə milli sənədlərin mübadiləsini həyata keçirən beynəlxalq təşkilatdır.

KNAT-a 25 Avropa ölkəsi daxildir. Bundan başqa, KNAT-ın fəaliyyətində bir sıra qeyri Avropa ölkələrinin, ABŞ, Yaponiya, Çin, Kolumbiya, Yeni Zelandiya, Çili, Argentina və Braziliyanm regional təşkilatları nümayəndələri də iştirak edirlər. KNAT standartlaşdırma və metrologiya üzrə beynəlxalq təşkilatlarla, о cümlədən ISO, ВЕК, Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatla (QMBT) six əlaqə saxlayır.

KNAT-ın əsas fəaliyyəti konfransların, siımpoziıımların, seıminarların təşkil edilməsi və aparılmasından, kursların təşkilindən, özünün tərkibində yaradılmış texniki komitələrde, sahələr üzrə bölmələrdə və işçi qruplarında məhsulun keyfıyyətinin idarə edilməsi məsələlərinə baxılmasından ibarətdir.İSO və ВЕК təşkilatları kimi KNAT da qeyri-dövlət, beynelxalq təşkilatdır. 0, regional təşkilat


8

olsa da faktiki olaraq ümumdünya təşkilatı kimi tanınır. KNAT-da üzvlük 4 növdür: tam səlahiyyətli, fəxri, kollektiv, fərdi. Ümumiyyətlə, üzvlüyün

bütün növləri üzrə KNAT-da Avropa, Asiya, Amerika və Afrikanın 52 ölkəsi təmsil edilmişdir.

K.NAT-ın tam səlahiyyətli üzvü Avropa ölkələrinin standartlaşdırma və keyfıyyət üzrə milli təşkilatları ola bilər. Kollektiv üzv kimi KNAT-a 17 Avropa ölkəsi daxildir.

KNAT-ın alı rəhbər orqanı Şuradır. Şuraya onun bütün üzvləri daxildir. Şuranın iclasında təşkilatın yüksək vəzifəli şəxsləri seçilir, büdcə üzrə qərarlar qəbul edilir, texniki komitələrin, sahələr üzrə bölmələrin və digər orqanların fəaliyyətinin nəticələri müzakirə olunıır. Şuranın iclasında sesvermə hüququna ancaq tam səlahiyyətli üzvlər malikdir. Bütüıı qərarlar iclasda iştirak edən üzviərin səs çoxluğu ilə qəbul edilir.

KNAT-ın prezidenti 3 il müddətinə seçilir.

KNAT-ın İcraiyyə Komitəsinə 6 nələr - vitse-prezident və keçmiş prezidentlər daxildirlər. Icraiyyə Komitəsi KNAT-ın fəaliyyətində ortaya çıxan bütün cari məsələləri həll edir.

KNAT-ın konfransları hər il növbə ilə onun üzvü olan ölkələrdə keçirilir. Həmın konfranslarda Şuranın, texniki komitələrin, sahələr üzrə bölmələrin və işçi qrupların tərkibi seçilir və iclasları keçirilir. Konfransın materialları ümumiləşdirilir, nəşr edilir və bütün iştirakçılara göndərilir.

KNAT-ın daxili orqanları texniki komıitələr və sahələr üzrə bölmələrdir. Hazırda orada iki texniki komitə və altı bölmə fəaliyyət göstərir. Texniki komitələr terminologiya, kadr hazırlığı, standartlaşdırma, keyfıyyət və digər problemlər üzrə yaradla bilər.

Sahə bölınələri keyfıyyət üzrə, yeyinti, avtomobil, aviakosmik sənaye və digər sahələr üzrə yaradılmışdır.

Standartlaşdırma və keyfıyyətin idarə edilməsi üzrə texniki komitə 1971-ci
9

ildə yaradılmışdır. Hazırda bu komitə Rusiyada standartlaşdırma keyfıyyətin

idarə edilməsinin daha səmərəli inkişaf istiqamətlərinin öyrənilməsi və bu sahədə təcrübə mübadiləsi ilə məşğuldur.

Texnikı komitədə aşağıdakı məsələlər öyrənilir:



  1. Məhsulun keyfiyyətinin idarə edilməsi sistemləri və bu sahədə əsaslı standartlar.

  2. Məhsulun keyfıyyətinin qiymətləndirilməsinin standart metodları. Burada məhsulun keyfıyyətinə nəzarətin statistiк metodlarının tətbiqi,

  3. sınaq metodlarının dəqıqliyi, sınağın nəticələri arasında qarşdıqlı əlaqə və digər məsələlərə baxılır.


Mühazirə 4.

Mövzu: İnkişaf etmiş xarici ölkələrdə standartlaşdırma

Ədəbiyyat:

  1. N.R.Məmmədov Standartlaşdırmanın əsasları,

Dərs vəsaiti, Bakı, Çaşoğlu -2003

2. A.M.Qafarov Standartlaşdırmanın əsasları,

Dərs vəsaiti, Bakı, Çaşoğlu -2003

3. A.M.Qafarov Sertifikattlaşdırma , Dərs vəsaiti,

Bakı, Çaşoğlu -2003

  1. N.H.Fərzanə və b. Standartlaşdırmanın əsasları,

Dərs vəsaiti, Bakı, Təhsil -2007

5. Ş.İ.Həsənov və b. Beynəlxalq standartlaşdırma və

məhsulların keyfiyyət ekspertizası

Dərs vəsaiti, Gəncə- 2003
Plan:
1. Avropa iqtisadi çərçivəsində standartlaşdırma.

2. Standartlaşdırma üzrə Skandinaviya ölkələrarası təşkilat.

3. Cənubi –Şərqi Asiya ölkələrinin Beynəlxalq Assosiasiyası (ASEAN)

4. Standartlaşdırma üzrə Panamerika kkomitəsi (KOPANT)


1. Avropa İttıfaqı çərçivəsində standartlaşdırma
Müasir dövrdə ölkələrin ıqtisadi inteqrasiyası güclənir, ауп-ауп region dövlətlərinin birləşmiş bazarları yaranır. İnteqrasiya prosesiərinin ən yüksək inkişafı Avropa Ittifaqı (Aİ) çərçivəsində müşahidə edilir. Aİ-na daxil olan dövlədərin daxili bazarı 1993-oü il yanvarın 1-də formalasmışdır. Bu bazar Aİ-na daxil olan 15 ölkənin təxminən 400 mln. əhalisinə xidmət edir. Avropa İttifaqı daxili bazarında ticarət üçün milli maneələrin aradan qaldınlması yolunda Avropada standartlaşdırmanın inkişafının böyük əhəmiyyəti vardır.

Hələ 1957-ci ildə Avropa İqtisadi Birliynə daxil olan ölkələrin standartlaşdırma üzrə təşkilatlarının rəhbərləri həmın ölkələrin iqtısadi inteqrasiyasını gücləndirmək məqsədilə milli standartların bir-birinə uyğunlaşdırılması məsələlərini genış müzakirə etmişdilər. Nəticə kimi 1961-ci ildə Standartlaşdınna üzrə Avropa Komitəsi (SEN 1972-ci ıldə Elektrotexnikada

2

Standartlaşdırma üzrə Avropa Komitəsi (SENELEK) təsis edilmişdır. SEN və SENEL EK çərçivəsində 239 texniki komitə (TK) fəaliyyət göstərir.



1972-ci ildə Avropa Birliyi tərəfndən texniki maneələrin aradan qaldırılma-sının mühüm proqramı qəbul edilmişdir. Texniki maneələrə, əsasən, milli standartlarla beynəlxalq standartların arasmda olan fərqlər daxildir. Həmin proqram çərçivəsində Aİ ölkələri üçün məcburi olan vahid standartlar sisteminin yaradılması nəzərdə tııtulurdu. Vahid standartlarda məhsulın keyfiyyət göstəricilərinin normala-ranın müəyyən edilməsinə xüsusi diqqət yetirilirdi. Bu sahədə nümunə kimi, əsasən Almaniya Federativ Respublikasının dövlət standartları (DİN) qəbul edilirdi. Həmin standartlar üzrə hazırlanan məhsulların yüksək keyfiyyətinin təmin olunmasma zəmanət verilirdi.

1985-ci ildə Aİ komissiyası tərəfindən etiraf edildi ki, vahid Avropa staııdartlarının yaradılması işləri çox ləng gedir. Ona görə komissiya «Avropanın yaşıl kitabı» proqramı hazırladı. Həmiu proqramda Avropa ölkələrinin texniki inteqrasiyasını sürətləndirmək üçün Avropada standartlaşdırmanın yenidən qurulması və inkişafı planı verilınişdir. Avropa standartlarında ən müasir texniki və iexnoloji nəaliyyətlər öz əksiui tapmalı idi. Direktivlərdə isə Avropa qitəsinə əhali və ətraf mühit üçün təhlükə törədə bilən keyfiyyətsiz məhsulların gətirilməsinə qarşı effektli tədbirlər göstərilirdi.

Aİ-da standartlaşdırma sahəsində köklü dəyişiklik 90-cı illərin əvvəllərində müşahıdə edilməyə başladı. Əgər 1991-ci ildə Aİ 200 direktiv və 1200 Avropa standartları qüvvədə idisə, artıq 1993-cü ildə ouların sayı 2-3 dələ artmışdı. Hazırda Aİ-mn standartlaşdırma üzrə normativ bazasına yaxşı inkişaf eimiş texniki ııormativ sənədlər, о cümlədən Avropa standartları daxildir.

Avropa standartlarının əsas xüsusiyyəti ondan ibarətdir ki, onların əsasını ауп-ауп Avropa ölkələriin ən yaxşı standartları təşkil edir. Məsələn, fərdi kompüterlərin elektromaqnit təhlükəsizliyi üzrə yüksək texniki səviyyəli İsveç standartları bütün dünyada məşhurdur. Həmin standartlar Aİ vahid standartlarının əsasında qoyulmuşdur.

3

Müasir dövrdə SEN və SENELEK komitələrinin siyasəti ondan ibarətdir ki, İSO və ВЕК. beynəlxalq standartları regional standartlar kimi daha çox istifadə



edilsin. Bunun nəticəsıdır ki, Aİ çərçivəsində qüvvədə olan normativ sənədlərin 45% İSO/BEK tərəfındən işlənmiş beynəlxalq standartlardan ibarətdir.

Dıgər tərəfdən Aİ ölkələrin sıx inteqrasiyasının qarşıya qoyduğıı məsələlər və dünya bazarında onların məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsi zərurəti çox hallarda beynəlxalq standartlarn burada tətbiqini çətinləşdirir. Bu proseslər həmin birlik çərçivəsində istehsalatın mərkəzləşməsinə və kooperasiyasına gətirib çıxarır ki, bu da ABŞ və Yaponiya kimi iri ölkələri regional bazarlarda sıxışdırmağa, AI ölkələrinə

iqtisadi təsir dairəsini genişləndirərək digər ölkələrin iqtisadiyyatna nüfuz etməyə şərait yaradır.
2. Standartlaşdırma üzrə Skandinaviya ölkələriarası təşkilatı

Standartlaşdırma üzrə Skandinaviya ölkələriarası təşkilatı (İNSTA) 1952-ci ildə yaradılmışdır. İsveç, Norveç, Finlandiya, Danimarka ölkələri özlərinin standartlaşdırma üzrə milli təşkilatları ilə və onlardan əlavə həmin sahədə on başqa təşkilatlarla İNSTA-ya daxildirlər.

İNSTA-nın əsas xüsusiyyəti ondan ibarətdir ki, o, ümumi Skandinaviya regionu standartları hazırlamır. Bu onunla əlaqədardır ki, həmin ölkələrin geniş xarici ticarət əlaqələri nəticəsində ixrac olunan məhsullar beynəlxalq standartlar əsasmda istehsal edilir. Məsələn, Danünarka hələ 70-ci illərin əvvəllərindən milli standartlar hazırlamır və bütövlükdə beynəlxalq, yaxud ümumavropa standartlarından və digər normativ sənədlərdən istifadə edir.

İNSTA-nın əsas fəaliyyəti - Skandinaviya ölkələrinin milli standartlarının bir- birinə uyğunlaşdırılması, milli normativ sənədlərdə texniki tələblərin unifikasiyasına nail olunması, standartlaşdırma işləri üzrə geniş informasiya və təcrübə mübadiləsi, İSO, ВЕК, SEN və d. təşkilatların üzvü olan ölkələrlə razılaşdınlmış birgə mövqelərin müəyyənləşdirilməsi məsələlərinə yönəldilmişdir.

4

Standartların uyğunlaşdmlmasında İNSTA-nm mütəxəssisləri «4F» qaydalarına əsaslanırlar: Forbruker (istehlakçı), Fabrikant (istehsalçı), Forskrifter (təhlükəsizlik), Forsksming (tədqiqatlann nəricələri).



İşlənilən normativ sənədlərin əsası kimi İSO və ВЕК beynəlxalq standartları SEN vo SENELEK Avropa standartları və təşkilatların normativ sənədləri götürülür. İşlənilən normativ sənədlərin layihələri İNSTA-mn üzvü olan ölkələrin hamısı tərəfindən təsdiq edildikdən sonra həmin ölkələrin milli standartları kimi qəbul edilir.

Başqa bölgə təşkilatları kimi İNSTA da Skandinaviya regionunda və Aİ-na daxil olan ölkələrdə texniki problemlərin aradan qaldırılması sahəsində geniş fəaliyyət göstərir. Həmin problemlərin əsas həlli yolları - standartların bir-birinə uyğunlaşdınlması, sınaqların nəticələrinin qarşılıqlı tanınması, məhsulun uyğun-luğunun standartlaşdırılmasının vahid sisteminin yaradılması və s.-dən ibarətdir.

Bu işlərin aparılmasmda İsveç, Norveç və Danimarkanın xüsusi rolu vardır. Bunun üçün bölgə ticarətinin aparümasında maneələrin aradan qaldırılması üzrə xüsusi proqram hazırlanmışdır.

İNSTA üzvü olan ölkələrin müvafıq milli təşkilatlarının in­formasiya təminatı üçün uyğunnlaşdırılmış standartların kataloqları nəşr edilir. İNSTA-nın fəaliyyəti barədə məlumatlar standartlaşdırma üzrə milli jurnallarda və KOPANT bülletenində dərc edilir.

Milli standartların uyğunlaşdınlmasının prioritet sahələrinə maşın və dəzgahqayırma, iş yerlərinin təhlükəsizliyi, yanğına qarşı ləvazimatın etibarlılığı və təhlükəsizliyi aiddir.
3. Cənub-Şərqi Asiya Ölkələrinin Beynəlxalq Assosiasiyası (ASEAN)

Cənub-Şərqi Asiya Ölkələrinin Beynəlxalq Assosiasiyası (ASEAN) 1994-ci ildə standartlaşdmna və keyfiyyət üzrə Məsləhət Komitəsi yaratmışdır. Həmin bölgə təşkilata ASEAN-m üzvü olan ölkələrin - Malaziya, Tayland, İndoneziya, Sinqapur, Filippin, Bruney-Darüssəlam və Vyetnamın standartlaşdırma və sertifikatlaşdırma

5

üzrə milli teşkilatların və sənaye-ticarət palataları daxildir. Qeyd etmək lazımdır ki, bu ölkələrin çoxunda milli standartlaşdırma və beynəlxalq standartların tətbiqi yüksək səviyyədədir.



ASEAN-m üzvü olan ölkələrin məsləhət komitəsinə daxil olan milli təşkilatların əksəriyyəti dövlətə məxsusdur və onların işləri dövlət tərəfindən maliyyələşdirilir. Yalnız Sinqapurun standartlaşdırma orqanı olan SİSİR özü-özünü maliyyələşdirir. ASE­AN ölkələrinin milli standartları, əsasən könüllü xarakter daşıyır (Malayziyada - 100%, İndoneziya və Taylandda - 97%, Filippində 95%, Sinqapurda - 91%). Yalnız birbaşa texniki qanun şəklində işləyəndə standartlar məcburi status ahr.

ASEAN ölkələrinin hamısı İSO 9000 seriyalı beynəlxalq standartları «Üzlüyün dəyişdirilməsi» metodu ilə istifadə edirlər. Sinqapur xidmətin keyfıyyətinin idarə edilməsi üzrə İSO 14000 seriyalı beynəlxalq standartları tətbiq

edir. Ümumilikdə götürdükdə, standartlaşdırma və keyfıyyət üzrə Məsləhət Komitəsi terəfindən idarə olunan ASEAN ölkələri Bölgə Standartlaşdırma Təşkilatı standartlaşdırma sahəsində müsbət nəticələr eldə etmişdir.

Məsləhət Komitəsi standartlaşdırma və keyfıyyət üzrə ümumi məsələlərin həllinə baxır, sənayenin dövlət və xüsusi sektorlarında standartlaşdırmada daha konkret məsələləri həll edir və həmin sahədə informasiya təminatı üzrə fəaliyyət göstərir.

Komitənin fəaliyyətinin praktiki hissəsi üç işçi qrupu tərəfindən həyata keçirilir:

-Standartlaşdırma və informasiya qrupu standartlaşdırma və standartların uyğunlaşdırılması üzrə milli təşkilatlar arasında in­formasiya mübadiləsi sistemi yaradır;

-Uyğunluğun təsdiqi qrupu milli sertifikatlaşdırma sistemlərinin və məhsu-lun uyğunluğunun qiymətləndirilməsinin eyni qaydaya salınmasını, keyfiyyət sistemlərinin sertifikatlaşdırılmasının nəticələrinin qarşılıqlı tanınması məsələlərini həll edir;

6

-Sınaqlar və yoxlanış qrupu ölçü cihazlarının sınaqlarının və yoxlanmasının nəticələrinin qarşılıqlı tanınması prinspilərinin işlənməsi və digər metrologiya məsələlərini həll edir.
4. Standartaşdırma üzrə Panamerika komitəsi (KOPANT)

Standartlaşdırma üzrə Panamerika Komitəsi (KOPANT) 1961-ci ildə yaradılmışdır və oraya Argentina, Boliviya, Braziliya, Çili, Kolumbiya, Kosta-Rika, Ekvador, Dominikan Respublikası, Meksika, Panama, Paraqvay, Peru, Trinidad-Tabaqo, Uruqvay, Venesuela, Salvador, Qvatemala, Honduras və Nikaraquanın milli təşkilatlaı daxildir.

Bölgə ticarətində bütün texniki maneələrin aradan qaldırılması KOPANT-ın əsas məqsədidir. Bunun üçün o, bölgə standartlarının işlənib geniş tətbiq edilməsi, onların beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması, elmi-texniki nəaliy-

yətinin standartlaşdırmada geniş istifadə edilməsi istiqamətlərində təşkilat üzvü olan ölkələrin six əməkdaşlığını təmin edir, Latin Amerikası ölkələrinin İSO və ВЕК beynəlxalq təşkilatlarının işində aktivləşməsi və bölgə normativ sənədlərin beynəlxalq təşkilatların tələblərinə uyğunlaşdırılması və b. sahələrdə geniş fəaliyyət göstərir.

KOPANT bunlardan əlavə üzvü olan ölkələrin standartlaşdırma üzrə milli təşkilatlanma işinin təkmilləşdirilməsi, orada işləyən mütəxəssislərin təhsili və ixtisaslarının artırılması sahələrində də fəaliyyət göstərir. Bilavasitə onun təşkili və iştirakı ilə həmin regionun ölkələri metrik ölçü sisteminə keçmişlər.

KOPANT-m baş orqanı, üzvü olan ölkələrin nümayəndələri tərəfəindən təşkil edilən Baş Assambleyadır. Orada üc il müddətinə İcra Şurası, icra katibi və texniki koordinasiya katibliyi seçilir. İşçi orqanları olan texniki komitələrin fəaliyyətləri xüsusi komissiyalar tərəfindən koordinasiya edilir.




Mühazirə- 5

Mövzu: Standartlaşdırma üzrə beynəlxalq təşkilatlar

Ədəbiyyat:

  1. N.R.Məmmədov Standartlaşdırmanın əsasları,

Dərs vəsaiti, Bakı, Çaşoğlu -2003

2. A.M.Qafarov Standartlaşdırmanın əsasları,

Dərs vəsaiti, Bakı, Çaşoğlu -2003

3. A.M.Qafarov Sertifikattlaşdırma , Dərs vəsaiti,

Bakı, Çaşoğlu -2003

  1. N.H.Fərzanə və b. Standartlaşdırmanın əsasları,

Dərs vəsaiti, Bakı, Təhsil -2007

5. Ş.İ.Həsənov və b. Beynəlxalq standartlaşdırma və

məhsulların keyfiyyət ekspertizası

Dərs vəsaiti, Gəncə- 2003
Plan:

1. Standartlaşdırma sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti.

2. Standartlaşdırma üzrə beynəlxalq təşkilatlar.

3. Standartlaşdırma üzrə Beynəlxalq Elektrotexnika Komissiyası (BEK)

4. BEK –in əsas xüsusiyyətləri.
1. Standartlaşdırma sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti

Beynəlxalq əlaqələrin durmadan genişlənməsi standartlaşdırmanın ауrı-ауrı ölkələrin və regionların çərçivəsiııdə qalmasına iınkan vermir. Müxtəlif ölkələrin elmi-texniki əməkdaşlığında, iqtisadi və ticarət əlaqələrinin möhkəmlənməsində beynəlxalq standartlaşdırma mühüm rol oynayır. Eyni çeşidli ınəhsullara milli standartların tələblərinin müxtəlifliyi dünya bazarında beynəlxalq ticarətin inkişafma önəmli əngəllər törədir. Onu da qeyd etmək lazımdır ki, beynəlxalq ticarətin artım tempi 3-4 dəfə milli iqtisadiyyatların artım tempindən yüksəkdir.

Məsələn, 60-cı illərdə televizorlara ABŞ ilə bir çox başqa ölkələrin standartlarında yaranan müxtəliflik ABŞ-da istehsal edilən televizorların başqa öl- kələгә ixıacatına imkan vermirdi. Hollandiya şirkəti «Filips» həmin dövrdə istehsal etdiyi radioqəbulediciləri gərginliyə, tezliyə və cərəyanın gücünə görə ixrac etdiyi ölkələrin tələbi əsasında 12 müxtəlif variantda hazırlayırdı. Bunun nəticəsində şirkət konstruktiv sxemləri dəyişməyə və çoxlu miqdarda əlavə detallardan, avadanlıqdan,

2

nəzarət-ölçü cihazlarından istifadə etməyə məcbur olurdu. Göstərilən səbəblər üzundən məhsulun maya dəyəri artır, rəqabət qabiliyyəti isə aşağı düşürdü.



Başqa bir misal. Avropa ölkələrinin vahıd ölçü sistemi olan metrik sistemə keçməmişdən əvvəl İngiltərədə istifadə edilən düyüm ölçü sistemi SSRİ-dən oraya meşə-ağac məhsullarının ixracına çox ciddi əngəllər törədırdi. Sonradan İugiltərənin metrik ölçü sisteminə keçməsi bu çətinlikləri aradan qaldırdı.

Beynəlxalq ticarətin problemlərinin həllində standartlaşdırmanın kommunikasiya fünksiyaları əhəmiyyətli rol oynayır. O, ölkələr araşında məhsulların, enerji daşıyıcılarının hərəkətinə, informasiya mübadiləsinə çox əlverişli şərait yaradır. Standartlaşdırma sahəsiadə beynəlxalq elmi-texniki əməkdaşlığın əsas vəzifəsi müxtəlif ölkələrin milli standartlaşdırma sistemlərinin beynəlxalq, regional və о cümlədən iakişaf etmiş aparıcı ölkələrin milli standartlaşdırma sistemlərinə uyğunlaşdırmaqdan və bu sahədə dünyada qabaqcıl təcrübədən, son elmi-texniki nailiyyətlərdən istifadə etməkdən ibarətdir. Həmin vəzifələri yerinə yetirmək üçün standartlaşdırmanın beynəlxalq və regional təşkilatları geniş və hərtərəfli fəaliyyət göstərir, bütün sahələrdə beynəlxalq və regional standartlar işləyib təsdiq edir, normativ-texniki sənədlər hazırlayıb geniş yayırlar.

Buna görə də, müasır milli standartları işləyib hazırlayan zaman standartlaşdırma üzrə beynəlxalq və regional təşkilatların normativ sənədləri və təklifləri nəzərə alınır. Bunun nəticəsındə müxtəlif ölkələrdə hazırlanan maşın qov-şaqlarının və hissələrinin qarşılıqlı əvəz olunmasını, məhsulların keyfıyyət göstəricilərinin yüksəlməsini, onlara rəqabət qabiliyyətlərinin artmasını təmin etnıək mümkün ölur, ölkələr arasında elmi-texniki və ticarət əlaqələrinin genişlənməsinə şərait yaranır.

Beynəlxalq standartlaşdırma sahəsində Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO), Beynəlxalq Elektrotexnika Komissiyası (BEK) və Beynəlxalq Elektrik Rabitəsi İttifaqı (BERİ) fəaliyyət göstərir.



3

2. Beynəlxalq Elektrotexnika Komissiyası (ВЕК)
Beynəlxalq Elektrotexnika Komissiyası (ВЕК) 1906-cı ildə 13 ölkənin nümayəndələrinin iştirakı ilə Londonda keçirilən beynəlxalq konfransda yaradılmışdır. 1963-cü ildə BEK-in bu günə qədər qüvvədə olan yeni nizamnaməsi qəbul edilmişdir. Həmin nizamnaməyə görə BEK-in əsas vəzifəsi elektrotexnika, uzaq məsafələrlə rabitə və radioelektronika sahəsində Beynəlxalq standartların işlənməsindən, milli standartların unifikasiyalaşdırılmasına və koordinasiyasna köməklik göstərməkdən ibarətdir. Bu da beynəlxalq ticarətin iııkişafına güclü təkan verir. Bundan basqa, ВЕК yuxarıda qeyd edilən məsələlər üzrə informasiya mübadiləsini təşkil edir, müxtəlif ölkələrin qabaqcıl iş təcrübələrini öyrənir və təbliğ edir, İSO ilə və digər beyaəlxalq təşkilatlarla əlaqələr yaradır və əməkdaşlıq edir. ВЕК və İSO-nın ınüxtəlif vaxtlarda yaranması və müxtəlif sahələrdə fəaliyyətləri dünyanın ən iri iki beynəlxalq təşkilatlarının uzun müddət pararlel mövcudluğu faktını müəyyən etmişdir. Digər tərəfdən, həmin təşkilatların ayrı-ayrı texniki örqanlarının fəaliyyətlərində təkrarhğın aradan qaldırılması, texniki fəaliyyətlərinin aralarında bölünüb dəqiqləşdirilməsi və koordinasiyası sahəsində onların arasmda saziş bağlanmışdır.

BEK-in hazırda milli komitələrdən ibarət 60 üzvü var. İSO-ya nisbətən BEK-in üzvü olan ölkələrin sayının az olması onunla əlaqədardır ki, bir çox inkişaf etmiş ölkələrin elektrotexnika, radioelektronika və rabitə avadanlığı sənayeləri zəif inkişaf etmişdir, onların məhsullarının rəqabət qabiliyyətləri aşağıdır.

Keçmiş SSRİ, indi isə onun varisi Rusiya 1922-ci ildən BEK-in üzvüdür.

BEK-in ali rəhbər orqanı - milli komitələrdən ibarət olan və ən azı ildə bir dəfə iclası çağırılan Şuradır. BEK-in işində iştirak etnıək istəyən hər bir ölkədə bu təşkilatın adını daşıyan milli komitə yaradılır. Bu milli komitə həmin ölkəni BEK-də təmsil edir.

Şura BEK-in prezidentinin, yaxud milli komitələrin dörd nümayəndəsinin tələbilə növbədənkənar çağrıla bilər.

4

BEK-in fəaliyyəti Şura, İcraiyyə Komitəsi, Mərkəzi Büro və Texniki Komitələr vasitəsilə həyata keçirilir. Seçkili vəzifəli şəxslər - prezident, vitse-prezident, xəzinədar və baş katib üç il ınüddətinə seçilirlər. Şuranın işində həmçinin BEK-in keçmiş prezidentləri də iştirak edirlər. Onun iclasları hər il növbə ilə müxtəlif ölkələrdə keçirilir. Orada BEK-in fəaliyyətinin texniki, inzibati və maliyyə xarakterli məsələlərinə baxılır. Bütün qərarlar adi səs çoxluğuna görə

qəbul olunur. Verilmiş səslərin sayı eyni olduğu halda prezident həlledici səsə malik olur.

BEK-in Şurası nəzdində Icraiyyə Komitəsi fəaliyyət göstərir. Şuranın iclasında 12 nəfərdən ibarət olmaqla 6 il müddətinə İcraiyyə Komitəsinin üzvləri seçilir.

Onların üçdən biri hər üçüncü ilin sonunda yenidən seçılir. Bundaıı başqa prezident, vitse-prezident, xəzinədar və baş katib İcraiyyə Komitəsinə üzv kiıni daxil olurlar.

Komitənin iclaslarında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.Icraiyyə Kömitəsi BEK-in Şurası tərəfindəu çıxarılan qərarların, ona tapşırlmış məsələlərin yerinə yetirilməsi və həlli ilə məşğul olur, texniki işlərin vaxtında və keyfıyyətlə yerinə yetirilməsi üçün bütün tədbirləri görür və ayrı-ayrı texniki komitələrin işlərini koordinasiya edir. BEK-in İcraiyyə Komitəsinin nəzdində iki məsləhət komitəsi yaradılmışdir: Elektrik təhlükəsizliyi məsələləri üzrə məsləhət komitəsi (AKOS) və Elektronika, rabitə üzrə məsləhət komitəsi (ASET). Bu komitələrin yaradılması onunla izah olunur ki, məsələn, elektrotəhlükəsizlik sahəsində BEK-də 20-yə yaxın texniki komitə və yarurikomitələr (məişət elektrik cihazları, radioelektron aparatları, yüksək gərginlik avadanlığı və s.) fəaliyyət göstərirlər. Onların elektrotəhlükəsizliyinin təmin edilməsi sahəsində konsepsiyaları müxtəlif ola bilər. Ona görə də, bu cür məsələlərin həllinə vahid formada yanaşmanı təmin edən xüsusi struktur bölmələri yaradılmışdır. AKOS və ASET-in üzvləri müvafiq texniki komitələrin sədrləri və katibləridir.
5

İcraiyyə komitəsi texniki problemləriu həlli uzrə müxtəlif işçi qrupları da yaradır. Məsələn, elektromaqnit uzlaşması məsələləri üzrə, elektrik və elektron- avadanlığının modul ölçüləri üzrə və s. qruplar yaradılmışdır.

BEK-in əsas fəaliyyəti beynəlxalq standartların işlənınəsi və təsdiq edilməsindən ibarətdir. Həmin işləri texnikanın müxtəlif sahələri üzrə ixtisaslaşmış texniki komitələr (TK), yarırakomitələr (YK) və işçi qrupları (İQ) yerinə yetirirlər. Texniki komitələrə onların işində iştirak etmək istəyən milli komitələrin nümayəndələri cəlb edilirlər. Hər TK-uin işində 15-25 ölkə iştirak edir.Qeyd edək ki, BEK-in texniki orqanlarının strukturu İSO-nun strukturuna oxşardır.

BEK-də 80-don çox texniki komitə (TK) yaıadılmışdır. Onların ümumtexniki və sahələrarası beynəlxalq standartlar (məsələn, terminolegiya üzrə, standart gərginlik və tezlik üzrə və s.), digərləri isə konkret məhsul növlərinə (transformatorlar, məişət radioelektron aparatları, elektronika məmulatları və s.) beynəlxalq ştandartlar işiəyib hazırlayırlar.

Əksər texniki komitələr müxtəlif istiqamətlər üzrə yarımkomitələr (YK) yaratmş və onların fəaliyyət sahəsini müəyyən etmişlər. Məsələn, texniki komitə TK 2 «Fırlanan elektrik maşınları» - 6 yarımkomitədən ibarətdir: turboge-neratorları elektrik maşınlarının bərkidici yerlərinin ölçülərinin və güclərinin sıraları; mühafizə dərəcəsi, soyutma üsulları və s. kimi yarımkomitələr.

Beynəlxalq standartlar, əsasən, yarımkomitələr və işçi qrupları tərəfındən işlənib hazırlanır. Əgər milli komitələrin 80 faizindən çoxu səs verersə, beynəlxalq standart qəbul olunur. İndiyə kimi ВЕК tərəfındon 3 mindən çox standart işlənib təsdiq edilmişdir. Onların obyektləri aşağıdakılardır:

-elektrotexnika sənayesi üçün minerallar (bərk, maye və qaz formasında dielektriklər, mis, aluminium, onların ərintiləri, maqnit materialları);

istehsal təyinatlı elektrotexnika avadanlığı (qaynaq aparatları,

-mühərriklər, işıq texnikası avadanlığı, aşağı gerginlik aparatları, kabel, elektrik naqilləri və s.);
6

-elektroenergetika avadanlığı (buxar turbinləri və hidravlik turbin- 1әг, elektrik ötürmə xətləri, generatorlar, transformatorlar);

-elektronika sənayesi məmulatları (inteqral sxemlər, mikro- rosessorlar, çap plataları və s.);

- məişət və səııaye təyinatlı elektron avadanlığı;

-elektrik alətləri;

-kosmik rabitə avadanlığı

- terminologiya;

Öz məzmununa görə BEK standartları İSO standartlarına nisbətən konkret-liyi ilə fərqlənir. Onlarda hər bir məhsula konkrekt texniki tələblər qoyulur və sınaq metodları, təhlükəsizlik tələbləri verilir. Ona görə həmin məhsulların standartlarının təhlükəsizlik tələblərinə uyğunluğunun yoxlanılıb standartlaşdı-rılmasına imkan yaranır. Beynəlxalq ticarətin inkişafı naminə BEK konkrekt malların təhlükəsizliyinə dair xüsusi beynəlxalq standartlar işləyir. Ona görə də BEK tərəfindən hazırlanan beynəlxalq standartlar təşkilatın üzvü olan ölkələrdə İSO- nun beynəlxalq standartlarına nisbətən birbaşa istifadə edilə bilir və təcrübə göstərir ki, bu daha əlverişlidir.

Məhsulun keyfiyyəti sahəsində BEK- in fəaliyyətinin əsas xüsusiyyətlə-rindən biri də budur ki, bu təşkilatın rəhbərliyi altında beynəlxalq standartlaşdırma sistemi yaradılmışdır. Əgər İSO standartlaşdırma məsələlərinin əsas prinsipləri ilə məşğul olursa, BEK bu məsələləri praktik nöqteyi- nəzərincə həll edir. 1970- ci ildə BEK- də elektron- texniki məlumatların (kondensatorların, rezistorların və s.) sertifikatlaşdırma sistemi yaradılmışdır. Bu sistemin işində BEK- ə daxil olan bütün ölkələr iştirak edə bilirlər.

ВЕК çərçivəsində 1984-cü ildə elektrotexnika məmulatlarının sertifikatlasdırılması üzrə digər sistem yaradılmışdır. Bu sistem оna qədər beynəlxalq komissiya (SEE) çərçivəsində müstəqıl fəaliyyət göstərir. Sistemə rəhbərliyi həyata keçirmək üçün rəhbər orqanlar təsis edilmişdir.
7

ВЕК sistemində elektrotexnika məmulatlarının sertifıkatlaşdırılması ancaq bu məmulatların təhlükəsizliyinin təmin edilməsinə yönəldilmişdir (əsasən məişət elektrik cihazlarının) və bu məhsulun ıstehlak xassələrini əhatə edir.



BEK-in hər iki standartlasdırma sistemi ölkəiərin buгауа daxilolma qaydalarını qəbul etmişlər.

Təhlükəsizliyə dair beynəlxalq standartların hazırlanmasının vacibliyini nəzərə alaraq İSO ВЕК birlikdə İSO/BEK 5l “Standaıtların hazırlanmasında təhlükəsizlik məsələlərinin izahatına dair ümumi tələblər” adlı rəhbər sənəd qəbul etmişlər. Burada «təhlükəsizlik» anlayışına açıqlama verilir və göstərilir ki, praktik olaraq tam təhlükəsizlik mövcud deyil. Ona görə də hətta ən yüksək təhlükəsizlik təmin olunarsa belə, məhsul yalnız nisbi təhlükəsizliyə malikdir.

İstehsal edilən məhsulun təhlükəsizliyinin təmin edilməsiuin müəyyən olunması üçün risklərin hesablanma və təhlükəsizlik dərəcəsinin qiymətləndirilmə-si aparılmalıdır.

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin