Dərs vəsaiti, Bakı, Çaşoğlu -2003 A. M. Qafarov Standartlaşdırmanın əsasları



Yüklə 0,88 Mb.
səhifə5/7
tarix13.01.2017
ölçüsü0,88 Mb.
#1
növüDərs
1   2   3   4   5   6   7
Mühazirə 10
Mövzu: Sertifikatlaşdırmanın sosial- iqtisadi funksiyaları effektliyi
Ədəbiyyat:

  1. N.R.Məmmədov Standartlaşdırmanın əsasları,

Dərs vəsaiti, Bakı, Çaşoğlu -2003

2. A.M.Qafarov Standartlaşdırmanın əsasları,

Dərs vəsaiti, Bakı, Çaşoğlu -2003

3. A.M.Qafarov Sertifikattlaşdırma , Dərs vəsaiti,

Bakı, Çaşoğlu -2003

  1. N.H.Fərzanə və b. Standartlaşdırmanın əsasları,

Dərs vəsaiti, Bakı, Təhsil -2007

5. Ş.İ.Həsənov və b. Beynəlxalq standartlaşdırma və

məhsulların keyfiyyət ekspertizası

Dərs vəsaiti, Gəncə- 2003
Plan:

1. Sertifikatlaşdırmanın sosial –iqtisadi funksiyaları.

2. Ümumdünya Ticarət Təşkilatının vəzifələri.

3. İstehlakçıların maraqlarının mühafizəsi prinsipinin mahiyyəti.

Məhsulun və xidmətlərin keyfiyyətlərinin daim yaxşılaşdnlması, onların istehlakçı üçün təhlükəsizliyinin tə'min edilməsi bazar iqtisadiyyatının obyektiv tələbləridir. İstehsalçı məhsulların, xidmətlərin keyfiyyətini yaxşılaşdıraraq satış bazarını genişləndirir və əlavə gəlir əldə edir. Belə şəraitdə sertifikatlaşdırma məhsulun və ya xidmətin normativ sənədlərin tələblərinə uyğun gəlməsinə zəmanət verir.

MDB-уə daxil olan ölkələrin, о cümlədən Azərbaycan Respublikasının mərkəzləşdirilmiş planlı təsərrüfatdan bazar iqtisadiyyatına keçid təcrübəsi göstərir ki, sırf liberal iqtisadi konsepsiya özünü doğrultmadı. Bu konsepsiyaya əsasən istehsalçı ilə istehlakçı arasında, satıcı ilə alıcı arasında münasibətlər öz-özünə, bazar iqtisadiyatının tələblərinə uyğun olaraq tənzimlənir. Lakin həqiqi reallıq başqa cürdür.

2

Bazar iqtisadiyyatının «Qərb modelində» təsərrüfat həyatının müxtəlif sahələrində dövlət nizamlanmasının miqyası və formaları durmadan artır. Bundan əlavə, dövlət get-gedə daha böyük miqyaslarda bazarlara malların və xidmətlərin



alıcısı kimi çıxır, sabibkarlıq fəaliyyətini təşkil və koordinasiya edir, istehlakçı ilə istehsalçı, satıcı ilə alıcı münasibətlərini tənzimləyir. Məhsulların, texnoloji proseslərin və xidmətlərin insanların sağlamlığı və ekologiya üçün təhlükəsizliyinin və keyfiyyətinin tə'min edilməsi sosial-iqtisadi münasibətlərin dövlət tərəfindən ən çox tənzimlənən sahələrinə aiddir.

İstehlakçı üçün malların, xidmətlərin təhlükəsizliyinin dövlət tərəfindən nizamlanması bazası sertifikatlaşdrrma sistemidir. Onun əsas funksiyası insanları,onların əmlaklarını və ətraf mühiti müasir elmi-texniki inkişafın mənfi nəticələrindən qorumaq, vicdansız istehsalçıların və satıcıların bazarlara keyfiyyətsiz, zərərli malların çıxarılmasının qarşısını almaq və sağlam rəqabət üçün əlverişli şərait yaratmaqdan ibarətdir.

Malların və xidmətlərin təhlükəsizliyinin dövlət tərəfindən tənzimlənməsinin tərkib hissələrinə aiddir: sahibkarlıq fəaliyyətilə məşğul olmağa hüquq verən icazə (lisenziya) verilmə sistemi, təhlükəsizlik və keyfıyyət normativləri, sertifikatlaşdırma, metrologiya, məhsulların sınaq metodları, onların normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətəndirilməsi və təsdiq edilməsi proseduru.

Sertifikatlaşdırma məcburi və könüllü formalarda həyata keçirilə bilər. Məcburi sertifikatlaşdırma iqtisadiyyatın qanunla tənzimlənən sahəlırində, könüllü sertifikatlaşdırma isə təsərrüfatçılığm tənzimlənməyən sahələrində həyata keçirilir. Məcburi sertifikatlaşdrma dünyanın bütün inkişaf etmiş ölkələrində tərbiq edilir. Onun əsas məqsədi vətəndaşları və cəmiyyəti onların sağlamlığına, əmlakına və ətraf mühitə ziyan gətirə bilən mallardan və xidmtəlrdən mühafızə etməkdir. Könüllü sertifikatlaşdırma isə bazar münasibətlərinə uyğun olaraq malların və xidmətlərin rəqabət qabiliyyətlərinin yüksəldilməsinin stimullaşdrrılmasına xidmət edir.

3

Sertifikatlaşdırmanın ən vacib funksiyası ölkə daxilində milli bazarı xaricdən gətirilən yararsız, keyfiyyətsiz məhsullardan və xidmətlərdən qorumaqdan ibarətdir.



Bununla yanaşı, sertifikatlaşdırma beynəbcalq iqtisadi əlaqələrin genişlənməsinə böyük tə'sir göstərir.

On illərlə milli standartlarda və sertifıkatlaşdrrmanın aparılması prosedurlarında yaranmış müxtəlifliklər və fərqlər beynelxalq ticarətin inkişafında texniki maneələrə çevrilmişdir. Beynəbcalq ticarətdə texniki maneələrin aradan qaldırılmasında beynəlxalq standartlaşdırma və sertifıkatlaşdırma təşkilatlarının rolu böyükdür. Məsələn, Ticarət və Tariflər üzrə Ali Razılaşmanın (TTAR) bazasında yaradılan Ümumdünya Ticarət Təşkilatı (ÜDTT) milli standartların və sertifikatlaşdrrma prosedurlarının müntəzəmliyi və bir-birinə uyğunlaşdırılması sahəsində xüsusi tədbirlır görür.

Məhsulların və xidmətlərin sertifikatlasdırılmasindan alınan səmərə sosial-iqtisadi xüsusiyyət daşıyır. Göstərilidyi kimi sosial dairədə sertifikatlaşdırma əhalinin həyatının və sağlamlığının mühafizəsini təmin edir, ətraf mühitin mühafizəsi sisteminin əsas elementini təşkil edir.

ABŞ və Qərbi Avropa ölkələrində istehlakçının təhlükəsizliyinin təmin edilməsi əhalinin həyat səviyyəsinin və һəуаtı keyfiyyətinin yüksəldilməsinə yönələn sosial siyasətin çox vacib məsələsidir. Avropa İttifaqının (Aİ) Komissiyasının «Ağ kitabında» (1985-ci il), ümumavropa bazarının yaradılmasının strateji proqramında (1995-ci il) göstəriür ki, Avropa iqtisadi Birliyinə (AİB) daxil olan ölkələrin qanunlarının harmonizasiyası ilk növbədə əhalinin sağlamlığının və təhlükəsizliyinin mühafızəsinə, istehlakçıların maraqlarrının və ətraf mühitin qorunmasına yönəlməlidir. 1985-ci ildə BMT-nin Baş Assambleyası «İstehlakçıların maraqlarının mühafizəsinin rəhbər prinsipləri» sənədini qəbul etmişdir. Bunların hamısı istehlakçı cəmiyyətlərinin alıcıların təhlükəsizlikləri uğrunda uzunmüddətli mübarizələrinin nəticələridir və xüsusilə Aİ çorçivəsində, uyğunluğunun təsdiqinin çevik sisteminin yaradılmasına tə'sir etmişdir.


4

Sertifikatlaşdrımanın iqtisadi səmərəliliyinin əsas göstəriciləri kimi aşağıdakıları qeyd etmək olar: malların və xidmətlərin təhlükəsizliklərinin tənzimlənməsi və bununla sıravi alıcıların tələblərinin daha tam ödənilməsi, məhsula

birbaşa xərclərin və istehlak xərclərinin azaldılması, satışın artımı və nəticədə istehsalçrının gəlirinin artımı, alıcının xərclərinin azalması.

Bütövlükdə ictimaiyyət səviyyəsində sertifıkatlaşdırmanın yerinə yetirilməsi vergi bazasının genişlənməsi hesabına dövlət büdcəsinə mədaxilləri artırır, digər tərəfdən isə həmin büdcədən səhiyyəyə, sosial təminatlara ayrılan xərclər azalrr. Onu da qeyd etmək lazımdır ki, sertifikatlaşdırma orqanlarının və məhsulun sınaq laboratoriyalarının xidmətləri sifarişçi tərəfindən ödənilir. Büdcəyə mədaxillərin artmı hesabına isə standartlaşdırma, sertifikatlaşdırma və metrologiya işlərinin təşkilinə, inişafına çəkilən xərcləri ödəmək olar. Nəticədə ölkədə məhsulların və xidmətlərin keyfiyyət göstəriciləri təmin edilir.



Mühazirə 11.
Mövzu: Sertifikatlaşdırmanın yaradılması və inkişafı
Ədəbiyyat:

  1. N.R.Məmmədov Standartlaşdırmanın əsasları,

Dərs vəsaiti, Bakı, Çaşoğlu -2003

2. A.M.Qafarov Standartlaşdırmanın əsasları,

Dərs vəsaiti, Bakı, Çaşoğlu -2003

3. A.M.Qafarov Sertifikattlaşdırma , Dərs vəsaiti,

Bakı, Çaşoğlu -2003

  1. N.H.Fərzanə və b. Standartlaşdırmanın əsasları,

Dərs vəsaiti, Bakı, Təhsil -2007

5. Ş.İ.Həsənov və b. Beynəlxalq standartlaşdırma və

məhsulların keyfiyyət ekspertizası

Dərs vəsaiti, Gəncə- 2003
Plan:

1. Beynəlxalq sertifikatlaşdırmanın yaranma tarixi.

2. Bəzi Avropa ölkələrində standartlaşdırma institutları.

3. Keçmiş SSRİ məkanında sertifikatlaşdırma sistemi.

4. Azərb. Respublikasında standartlaşdırma sahəsində görülən işlər.
Müasir anlayışda sertifikatlaşdırmanın yaradılması 1920-1930-cu illərə təsadüf edir. 1920-ci ildə Almaniya Standartlar İnstitutu (DIN) məhsulların və malların onun standartlarına uyğunluq nişanı təsis etmişdir. Həmin illərdə Böyük Britaniyada sertifikatlaşdrma sənayenin bir çox sahələrini əhatə etməyə baş-lamışdı. О dövrdə sertifikatlaşdırma, əsasən, könüllü xarakter daşıyırdı. Yalnrz sənayenin və kənd təsərrüfatının bə'zi sahələrində hökumətin qərarı ilə sertifıkatlaşdırma məcburi idi.

1938-ci ildə Fransada milli sertifıkatlaşdırma sistemi NF (Fransa standartı) yaradılmışdır. Sertifıkatlaşdrrma sisteminin təşkili və idarə edilməsi standart üzrə Fransa Assoosiasiyasına (AF-NOR) həvalə edilmişdi. Fransada praktiki olaraq sertifikatlaşdırma sistemi II dünya müharibəsindən sonra fəaliyyətə başlamışdır.

ABŞ-da sertifikatlaşdırma sistemi müstəqil yaranmışdır. Onu Qərbi Avropa sistemindən əsas fərqləndirən şərt odur ki, uyğunluğun təsdiq edilməsinin vahid

2

qaydaları yoxdur. ABŞ-da standartlaşdırma və sertifikatlaşdırma sahəsində məhsulun istehsalçıları olan xüsusi kompaniyaların, şirkətlərin yanında təşkil edilən yüzlərlə assosiasiyaların nəzdində sistemlər və təşkilatlar fəaliyyət göstərir.



Türkiyədə 1964-cü ildə Turk Standartlar İnstitutu tərəfindən sertifikatlaşdırmaya aid «Standardına Uyğunluk Belgelendirilmesi (TSE markası)» adlanan qaydalar təsdiq edilmişdir və sistem ya-radılmışdır.

Hazırda Türkiyədə sertifikatlaşdırma fəaliyyəti ana sahələr sayılan 7 qrup üzrə yerinə yetirilir:

1. İstehsal sahələrinin sertifikatlaşdırılması;

2. Məhsulların (maddələr, mə'mulatlar, məhsullar) sertifı-


katlaşdırılması;

  1. Malların partiyasının sertifikatlaşdırılması;

  2. Xidmıt sahılərinin sertifikatlaşdırılması;

  3. İdxal mallarının sertifikatlaşdırılması;

  4. Laboratoriyaların sertifıkatlaşdırması;

  5. Keyfiyyət sistemlərinin sertifikatlaşdırılması.

Bunları nəzərə alaraq Türkiyədə 4 cür sertifikat verilir:

-İmalata Yeterlilik Belgesi (istehsala yetərlik);

-Turk standartlarına Uyğunluk Belgesi (TSE markası);

-Kalite Uyğunluk Belgesi (keyfıyyətə uyğunluq) (TSEK markası);

-TSE EX Uyğunluk Belgesi (EX markası) - partlayıcı və yanan qaz ortamlarında istifadə edilən məmulatların texniki təhlükəsizliyini təsdiq edən sertifikat.

1986-cı ildə keçmiş SSRİ-də «Qosstandart» tərəfindən «Маşmqayırma məhsullarının sertifikatlaşdırılmasının müvəqqəti qaydaları» adında normativ sənəd qəbul edilmişdi. SSRİ BMT-nin Avropa iqtisadi Komissiyasının (EEK) qaydalarına uyğun olaraq məişət elektrik avadanlığının (MEKSE), elektron kompo-nentlərinin (MSS) və avianəqliyyat vasitələrinin (İET) sertifikat-laşdırılmasının beynəlxalq

3

sistemlərinə birləşmişdi. Məhsulların sertifikatlaşdırma, istehsalın attestasiya qaydaları və digər norma­tiv sənədlər qəbul edilmişdi. İlkin dövrdə ixrac edilən malların onların ixrac edildiyi ölkələrin qanunlarına əsasən məcburi qay-dada sertifıkatlaşdırılması xarici mərkəzlərdə aparılırdı. Sonralar SSRİ-də sınaq laboratoriyaları və mərkəzləri akkreditasiya olundu və uyğunluq sertifikatları «SSRİ Qosstandart» təşkilatı tərəfmdən verilməyə başladı.

1987-ci ildə SSRİ BMT-nin Avropa iqtisadi Komissiyası (EEK) üzvləri olan ölkələrin avtonəqliyyat vasitələrinin sertifikatlaşdırılması üzrə razılaşmasına qoşuldu. Həmin ildə Qarşılıqlı İqtisadi Yardım Şurasına (QİYŞ) daxil olan ölkələrin və Yuqoslaviyanın SSRİ ilə bir-birlərinə ixrac etdikləri məhsulların key-fiyyətlərinin qiymətləndirilməsi haqda Konvensiya (SEPRO SEV) imzalanmışdı. Həmin sistemdə uyğunluğun sertifikatlaşdırılmasında beynəlxalq standartlardan və ən yaxşı milli standart-lardan istifadə edilirdi. SEPRO SEV standartları һəг ölkədə səlahiyyətli dövlət orqanları tərəfindən verilirdi.

1988-ci ildən SSRİ məişet elektrik cihazlarının ВЕК çərçivə-sində elektrik təhlükəsizliyi üzrə beynəlxalq sertinkatlaşdırılması sistemində iştirak etməyə başladı. SSRİ-də məhsulların uyğun­luğunun qiymətləndirilməsinin digər formaları da istifadə olunurdu: keyfıyyət kateqoriyaları üzrə attestasiya (ali və birinci kateqo-riyalara keyfiyyət nişanı verilirdi); kateqoriyalar üzrə attestasiya olunmuş məhsulların 30 faizinin dövlət sınaqları; standartlara uyğunluğa nəzarət; məhsulların işlənməsi və istehsala qoyulması sistemi. Müəssisələrdə texniki nəzarət aparılırdı, məmulatlar isə standartların və texniki şərtlərin rekvizitləri ilə markalaşdırılırdı. SSRİ ləğv edildikdən sonra onun varisi hesab edilən Rusiya Fe-derasiyasında keyfiyyətin kateqoriyalarının attestasiyası, məhsulun dövlət sınaqları və dövlət qəbulu rəsmi olaraq ləğv edilmişdir.

Əvvəldə qeyd edildiyi kimi, 1992-ci ildə SSRİ ərazisində müstəqil dövlətlər yarandıqdan sonra onların özlərinin standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahələri üzrə dövlət orqanları yaradılmış və dövlət standartları kimi qəbul edilmişdir.

4

Müstəqillik əldə etmiş Azərbaycan Respublikasında 1993-cü ildən Azərbaycan Dövlət Standartlaşdrrma və Metrologiya Мəгkəzi (Azərdövlətstandart) yaradılmışdrr və həmin il iyulun 1-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 343№-li qərarı ilə «Milli sertifikatlaşdırma sistemi haqqında Əsasnamə» təsdiq olunmuşdur.

1996-cı il aprelin 16-da «Standartlaşdırma haqqında Azərbaycan Respublikasının Qanunu» qəbul edilmiş və həmin il oktyabrın 8-də həmin qanunun təsdiq edilməsi barodə ölkə prezidentinin fərmanı verilmişdir.

1996-cı il dekabrın 26-da Azərdövlətstandartın 6 sayh sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma Sisteminə daxil olan (AZS 1,0-96...AZS 1,6-96) dövlət standartları təsdiq edilmişdir.
Görülən tədbirlərin nəticəsində Azərdövlətstandartın beynəlxalq, bölgə və ayrı-ayrı ölkələrin standartlaşdırma və sertifikatlaşdırma təşkilatları ilə əməkdaşlığı genişlənir və möhkəmlənir.

Mühazirə 12.

Mövzu: İnkişaf etmiş ölkələrdə sertifikatlaşdırma
Ədəbiyyat:

  1. N.R.Məmmədov Standartlaşdırmanın əsasları,

Dərs vəsaiti, Bakı, Çaşoğlu -2003

2. A.M.Qafarov Standartlaşdırmanın əsasları,

Dərs vəsaiti, Bakı, Çaşoğlu -2003

3. A.M.Qafarov Sertifikattlaşdırma , Dərs vəsaiti,

Bakı, Çaşoğlu -2003

  1. N.H.Fərzanə və b. Standartlaşdırmanın əsasları,

Dərs vəsaiti, Bakı, Təhsil -2007

5. Ş.İ.Həsənov və b. Beynəlxalq standartlaşdırma və

məhsulların keyfiyyət ekspertizası

Dərs vəsaiti, Gəncə- 2003
Plan:

1. Bəzi inkişaf etmiş ölkələrdə sertifikatlaşdırma işlərinin təşkili.

2. Almanya və Fransada sertifikatlaşdırma.

3. ABŞ –da sertifikatlaşdırma.

4. Yaponya, Çin və Rusiyada sertifikatlaşdırma.
Almaniyada sertifikatlaşdırma əhalinin sağlamlığının və həyatının mühafızəsi, ətraf mühitin qorunması, əmək mühafizəsi, resurslardan səmərəli istifadə edilməsi və istehlakçıların hüquq-larının qorunması istiqamətlərində qəbul olunmuş qanunlara əsaslanır. Ölkədə yararsız, zay məhsulun hazırlanmasına görə məsuüyyətə colb edilməsi barədə qanun qüvvədədir. Həmin qanun Avropa ittifaqına üzv olan ölkələrin qanunlarına uyğunlaşdırılıb və ümumi bazar çərçivəsində sertifikatlaşdırmanın hüquqi bazasını təşkil edir. Ölkədə sertifikatlaşdırmanın ümumi milli sis­temi Almaniya iqtisadiyyatının tələbatının 80-90 faizini ödəyir. Həmin sistem, əsasən iki hissədən ibarətdir: Al sistemi - Alma-niyanın DİN standartlarına uyğunluğunun sertifikatlaşdırılması; D sistemi - tikinti konstruksiyalarının və digərlərinin uyğunluğuna nəzarət sistemi.

Aİ sistemi könüllü olaraq DİN standartlarının tələbləri əsasında hazırlanan bütün məhsulları əhatə edir. Həmin sistem üzrə istehsalçılar öz məhsullarını Almaniyanın və xarici ölkələrin müvafiq təşkilatlarında könüllü şəkildə


2

sertifikatlaşdıra bilərlər. Bu işlərə rəhbərliyi Almaniya Standartlaşdırma İnstitutu yerinə yetirir. DİN standartlarına uyğunluq yoxlamasından keçən məhsullara uyğunluq nişanı vuralmasına icazə verilir. Hərnin nişanın istifadəsinə xüsusi inspeksiya nəzarəti apanlır.

D sistemi məcburi olaraq tikinti istiqamətində hazırlanan məhsulları əhatə edir. Həmin məhsullara konkret tələblər DİN standartlarında, federal torpaqların idarə orqanlarının sərəncamlarında və qanuni aktlarda göstərilir. Həmin sistem üzrə sertifikatlaşdırma işlərinə ümumi rəhbərliyi Almaniya Tikinti Texnikası institu­tu (DİBT) həyata keçirir. Sistemin əsas normativ sənədləri - DİN standartlarıdır.

Digor sistemlər ölçü vasitələrinin, elektrotexnika və elektronika məmulatlarının, qaz avadanlığının, kənd təsərrüfatı və tikinti materiallarının sertifıkatlaşdırılmasını əhatə edir.



Fransada sertifıkatlaşdırma işlərini standartlaşdırma üzrə Fransız Assosiasiyası (AFNOR), xarici ticarətin Fransa mərkəzi (CNCE), Normalar və Texniki Reqlamentlər üzrə İnformasiya Mərkəzi (CINR), və Elektrotexniklər İttifaqı (UTE) yerinə yetirir.

AFNOR sınaq mərkəzlərinin və laboratoriyaların səlahiyyətlərini müəyyənləşdirir, onların akkreditasiyasını həyata keçirir, NF milli standartlara uyğunluq nişanının vurulması və ləğv edilməsi haqda qərarlar çıxarır, milli sertifikatlaşdırma orqanlarının beynəlxalq və bölgə təşkilatlarla əməkdaşlığını koordinasiya edir.

CNCE idxal və ixrac edilən malların sertifikatlaşdırılmasına nəzarət edir və cavabdehlik daşıyır.

CINR milli sertifikatlaşdırma sistemini və iqtisadiyyatın sahələrini 400 minə qədər standartlar, sertifıkatlaşdırma sistemləri və qaydaları, akkreditasiya prosedurları, beynəlxalq və bölgə təşkilatlar barədə informasiya ilə təmin edir.

UTE elektrotexnika və elektron məmulatların sertifikatlaşdırılması üçün normativ tələblər hazılayır, AFNOR sertifikatlaşdırma üzrə sahə orqanı olaraq

3

elektrotexnika, elektronika və rabitə sahələrinin sertifikatlaşdırüması üzrə səlahiyyətli milli orqandır.



NF standartlarına uyğunluğun sertifıkatlaşdırılması və nişanlanması könüllüdür.

Yalnız tibb istiqamətli məhsulların (dərman preparatları, materiallar, avadanlıq) klinik sınaqları və sertifıkatlaşdırılması məcburidir. Həmin məmulatlar və mallar uyğunhıq sertifikatları alandan sonra NF-MEDICAL nişanı ilə markalaşdırırlar.



ABŞ-da sertifıkatlaşdırma müxtəlif növ məhsulların təhlükəsizliyi üzrə bir çox qüvvədə olan qanunlara əsaslanır. Onların içərisində ən vacibi istehsal mallarının təhlükəsizliyi barədə Qanundur. Həmin qanuna əsasən dövlət standartları qəbul edilmiş məhsullar və dövlət tərəfindən daxili və xarici bazarlarda alınan məhsullar məcburi sertifıkatlaşdırmadan keçməlidir. Məcburi sertifikatlaşdırmaya dövlət orqanları tərəfindən nəzarət edilir.

ABŞ-da sertifikatlaşdırmaya ümumi rəhbərliyi Milli Standart­lar və Texnologiyalar institutu (NIST) nəzdindəki Sertifikasiya Komitəsi yerinə yetirir. NIST məcburi milli standartlar işləyib təsdiq edir, standartlaşdırma işlərini koordinasiya edir, ABŞ-ı ISO, ВЕК və digər beynəlxalq və bölgə təşkilatlarda təmsil edir.

ABŞ-da 2000-ə yaxın sınaq laboratoriyaları sertifıkatlaşdırma işlərinə cəlb edilmişdir.

Yaponiyada sertifikatiaşdırma üç formada арапһг:

-qanuni tələblərə uyğunluğa görə aparılan məcburi sertifikatlaşdırma;



-Yaponiyanın milli JIS standartlarına uyğunluğa görə səlahiyyətli dövlət orqanları tərəfindən aparılan könüllü sertifikatlaş-dırma;

-dövlətdən asılı olmayan xüsusi özəl orqanlar tərəfindən apa­rılan könüllü sertifikatlaşdırma.

Geniş diapozonlu malların Yaponiya standartlarına uyğunluğu JIS işarəli nişanla markalaşdırılır. Qanunlarda müxtəlif növ məhsulların istifadəsi

4

təhlükəsizliyinin dərəcəsini xarakterizə edən kateqoriyalar qəbul edilmişdir. Məsələn, elektrotexnika məmulatları üçün A və В kateqoriyaları müəyyən edilmişdir. Müxtəlif kateqoriylı məmulatlar üçün müxtəlif sertifikatlaşdırma sxemləri və uyğunluq nişanları tətbiq ediiir.

Ən təhlükəli A kateqoriyalı məmulatların sertifikatlaşdırılması müstəqil olan üçüncü tərəf vasitəsilə aparılır. В kateqoriyalı az təhlükəli məmulatlara isə istehsalçı tərəfmdən verilən təqdimat-deklarasiya ilə kifayətlənilir. Yaponiyada tətbiq edilən T uyğunluq nişanı ilə markalaşdırılmayan elektrotexniki mallar alıcılar tərəfindən aşağı keyfiyyətli hesab edilir və pis satılır.

Yaponiyada keyfryyət sisteminin sertifikatlaşdırılmasrnın aparılmasına Sertifikatlaşdrrma üzrə Yaponiya Assosiasiyası (YAB) rəhbərlik və nəzarət edir. Yaponiyanın milli standartlarının tələblərinə uyğunluq üzrə aparılan könüllü sertifikatlaşdırma işlərinə nəzarəti Yaponiyanın sənaye və xarici ticaət nazirlikləri yerinə yetirir. Bunun üçün sifarişçi birbaşa nazirə ərizə ilə müraciət etməlidir. Bir qayda olaraq burada İSO 9000 beynəlxalq standartlara keyfiyyətin uyğunluğunun yoxlanması və inspeksiya nəzarəti üzrə sertifikatlaşdrma sxemi tətbiq edilir.

Çin Xalq Respublikasmda sertifikatlaşdırma işləri ali dövlət hakimiyyət orqanları tərəfindən qəbul edilmiş dövlət qanunları və qərarları əsasında aparılır. Məhsulun keyfiyyətinə dövlət səviyyəsində nəzarəti Texniki Nəzarət üzrə Dövlət Bürosu (TNDB) və İdxal, İxrac Mallarına İnspeksiya üzrə Dövlət İdarəsi (İİMİDİ) həyata keçirir. İnspeksiya üzrə Dövlət idarəsi idxal və ixrac olunan məhsulların keyfiyyətinə nəzarət edir və onların sertifikatlaşdırılmasını təmin edir.

Təhlükəsizlik, sağlamlığın qorunması, ekologiyanın mühafızəsi, istehlakçıların hüquqlarının və maraqlarının mühafizəsi tələbləri qoyulan ÇXR milli standartları məcburidir. Digər standartlar isə tövsiyə xarakteri daşıyır.

ÇXR-da idxal və ixrac edilən mallar aşağıda göstərilən nişan-larla markalaşdırı lır:

-sağlamhq üçün təhlükəsizlik nişanı - CCIB hərfləri, mavi dairədə, H indeksi ilə (sağlamlıq);

5

-təhlükəsizlik nişanı -CCIB hərfləri, san dairodo, S indeksi ilə(təhlükəsizlik);

-keyfıyyət nişanı- CCIB hərfləri, qırmızı dairədə, Q indeksi ilə (keyfiyyət).

Həmin nişanlar mallara, onların qablaşdırıcılarına, onları müşayiət edən reklam və texniki sənədlərə vurulur. Təhlükəsizlik nişanı yalnız uyğunluq sertifikatı olanda vurula bilər.

Rusiya Federasiyasmda sertifıkatlaşdırmanın hüquqi bazasını «İstehlakçıların hüquqlarının müdafiəsi haqda» RF Qanunu (1992), «Malların (işlərin, xidmətlərin) mərhələlər üzrə məcburi sertifikatlaşdırılması» haqqında RF hökumətinin qərarı (1992), «Məhsulların və xidmətlərin sertifikatlaşdırılması barədə» RF Qanunu (1993), ölkə prezidentinin fərmanları, RF hökumətinin aktları və digər normativ sənədlər təşkil edir. Bundan əlavə RF Standartlaşdırma və Metrologiya üzrə Dövlət Komitəsi (Qosstandart) tərəfindən «Rusiya Fedarasiyasında sertifıkatlaşdırılmanın aparılma qaydaları», «Rusiya Federasiyasında məhsulların sertifikatlaşdırılması üsulları», «Rusiya Federasiyasmda işlərin və xid-mətlərin sertifikatlaşdırılması qaydaları» və sertifıkatlaşdırma üzrə beynəlxalq standartlar əsasında hazırlanmış RF standartlar kompleksi işlənib təsdiq etdirilmişdir. Beləliklə, Rusiyada sertifıkatlaşdırmanın qanunverici və normaiv bazasnın strukturları yaradılmışdır.

RF-nın həmin qanunlara əsasən ölkədə məcburi və könüllü sertifikatlaşdırma sistemləri mövcuddur. Hazırda Rusiyanm Qosstandartı tərəfindən məcburi sertifıkatlaşdırmanın 15 sistemi qeydə alınmışdrr. Həmin sistemlərə icra hakimiyyətinin müxtəlif fe­deral orqanları rəhbərlik edir. Məsələn, Hava Nəqliyyatı Depar-tamenti, Rusiya Noqliyyat Nazirhyi və s.

Məcburi sertifikatlaşdırma sistemlərindən ən irisi Rusiya Qosstandartı tərəfindən yaradılan və idarə edilən DÜİSTR sertifıkat-laşdırma sistemidir. Həmin sistemə eyni çeşidli məhsulların və xidmətlərin 40-a yaxın sertifikatlaşdırma sistemləri, 900-ə yaxın sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanlar və 2000-ə yaxın sınaq laboratoriyaları daxildir. Xarici ölkələrdə DÜİSTR sertifikatlaşdırma sistemində sertifikatlaşdırma üzrə 4 orqan və bir nесə sınaq laboratoriyaları akkreditasiya olunmuşdur. DÜİSTR sertifikatlaşdrrma sistemi hər il

6

müxtəlif məhsullara və xidmətlərə 500 minə yaxın sertifikat verir. Sertifikatın tə'sir müddəti üç ilə qədərdir. Aşağıdakı məhsullar (işlər, xidmətlər) məcburi sertifikatlaşdırılmalıdırlar:



-qanunverici aktlarda, dövlət standartlarında istehlakçıların həyatının təhlükəsizliyinin, sağlamlığının təmin edilməsinə, on­ların əmlakına ziyan göstərilməsinin qarşısının alınmasına və ət-raf mühitin qorunmasına yönələn tələblərə uyğunluğunun yoxla-nılması nəzərdə tutulan mallar (işlər, xidmətlər);

-istehlakçıların həyatının təhlükəsizliyini və sağlamlığını təmin edən vasitələr.

Ticarət şəbəkələri tərəfindən satılan yuxarıda göstərilən mal­ların hər birinin, yaxud partiyasının uyğunluq sertifıkatı olmalıdır. Uyğunluq sertifikatı olmayan malların (o cümlədən idxal edilən) satışa buraxılması qadağandır. Uyğunluq sertifikatları səlahiyyətli milli orqanlar tərəfındən, yaxud RF tərəfmdən rəsmi tanınan xa­rici sertifikatlaşdırma orqanı tərəfindən verilə bilər.

Könüllü sertifikatlaşdırma sifarişçilərin (istehsalçıların, satıcıların, icraçıların) təşəbbüsləri ilə aparılır. Bu zaman sifarişçi tərəfindən müəyyən edilmiş standartların, texniki şərtlərin və digər normativ sənədlərin tələblərinə məhsulların (işlərin, xidmətlərin) uyğunluğu səlahiyyətli orqanlar tərəfindən yoxlanılır və müsbət halda uyğunluq sertifikatı verilir.

Könüllü sertifikatlaşdırma sifarişçi ilə səlahiyyətli sertifikatlaşdırma orqanı arasında bağlanmış müqavilənin şərtləri əsasında aparılır. Məcburi sertifikatlaşdırmaya aid olan məhsulla­ra verilən könüllü sertifikat məcburi sertifikatı əvəz edə bilməz.

Onu da qeyd etmək lazımdır ki, hazırda Rusiyada, əsasən, məcburi sertifikatlaşdırma, inkişaf etmiş Avropa ölkələrində isə könüllü sertifikatlaşdırma aparılır. Inkişaf etmiş bazar iqtisadiyya­tı şəraitində könüllü sertifıkatlaşdırma ixrac edilən malların rəqa-bət qabiliyyətini artırır və ticarət maneələrinin aradan qaldırılma-sına şərait yaradır. Rusiyada könüllü sertifikatlaşdırmanı, əsasən öz mallarını xaricə ixrac etmək istəyən təşkilatlar aparır.





Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin