VASİTƏÇİLİK – müştəri və sosial sistemlər arasında əlaqənin yaradılmasına xidmət edən sosial iş metodu.
QRUP PSİXOTERAPİYASI – insanların psixoloji problemlərini həll etmək məqsədilə onların qrupdakı davranış xüsusiyyətlərindən istifadə edən psixoterapiya istiqaməti.
Qrupla sosial iş kiçik qruplarda professional sosial işin inkişaf etdirilməsində interpersonal kömək metodudur ki, burada fərdi və qrup məqsədlərinə nail olmaq üçün qrup kontekstindən istifadə edilir. Qrupla sosial iş hadisə ilə sosial işdə olduğu kimi özündə davranış mübadiləsi, fərdi inkişaf, interpersonal bacarıqlar, qrup istiqamətli problemlər, sosial aksiyalardan ibarət müxtəlif yanaşmaları birləşdirir. Təcrübədə qrupla sosial iş qrup məsləhətindən terapevtik yanaşmaya qədər çox geniş şəkildə təqdim edilir. Qrupla sosial iş müxtəlif növ fəaliyyəti əhatə edir:
bütovlükdə qrupun və qrupun ayrı-ayrı üzvlərinin inkişafı;
qrup üzvləri arasında qarşılıqlı yardımın və dəstəyin inkişafı;
qrupun həyat fəaliyyəti üçün qrup proseslərindən istifadə edilməsi;
qrupda muxtariyyatın inkişaf etdirilməsi.
Qrupla sosial işdən ənənəvi olaraq mikrososiumda, uşaqlarla iş təcrübəsində və sosial agentliklərin işində istifadə edilir. Qrupla sosial işdə inkişaf reabilitasiyası və təşkilati-inkişaf yanaşmalarından istifadə edilir. Həmçinin sosial-psixoloji treninqlər və sosial kompetensiya treninqlərindən də istifadə edilir.
İnkişaf yanaşmaları ekzistensial konsepsiyaya əsalandırılmışdır və fərdi inkişafda stres və böhranların dəf edilməsinə yönəldilib.
Reabilitasiya yanaşmaları davranış nəzəriyyəsinə yönəlik eqo-psixologiya əsaslarında yaradılıb. Onun əsas məğzi fərdi problemlərin həll edilməsi üçün terapiya məqsədilə kiçik qrupların dinamikasından istifadə etməkdədir.
SOSİAL – PSİXOLOJİ TRENİNQ – insanın ünsiyyətdə səriştəli olmasını inkişaf etdirmək məqsədilə qrupla psixoloji işin fəal metodlarından istifadə etməyə yönəlik praktiki psixologiya sahəsidir.
|
Dostları ilə paylaş: |