Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə49/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   206
kitab tercume

SOSİAL XİDMƏTLƏRfəaliyyətləri insanın inkişafının dəstəyinə və rifahının təmin edilməsinə yönəlmiş təşkilatlardır

Yerli elmi ədəbiyyatda, həmçinin fenomenin başa düşülməsində və interpretasiyasında dar və geniş yanaşmada ifadəsini tapan, həmin fenomenin bir neçə anlam səviyyələrində nəzərdən keçirildiyi bir şəraitdə müəyyən yanaşmalar formalaşıb. Əgər sosial iş dar anlamda fərdi, qrup ehtiyacları və problemləri kontekstində nəzərdən keçirilirsə, onun geniş anlamı ictimai proseslərin təşkil olunması və funksiyalaşması səviyyəsi ilə əlaqələndirilir.
Bu kontekstdə, sosial siyasət kontekstində, sosial iş iqtisadi, sosial, ictimai münasibətlərin, əlaqələrin inkişafı və sabitləşdirilməsi məqsədi ilə insan resurslarının (insan kapitalının) qorunub saxlanılması və bərpa olunması prosesi kimi çıxış edir.
İnsan kapitalını təhsil və təlimin, sosiallaşma və enkulturasiyasının nəticəsi olan və insanda cəmləşən vərdişlər, bacarıqlar, biliklər və əlamətlər ilə əlaqələndirmək qəbul olunub.

ENKULTURASİYAmədəni normaların və hərəkətlərin cəmidir.

Sosial işin geniş anlamı rifaha olan yanaşmaları onun nəzəri və praktik problemlərinin tərkib hissəsi kimi nəzərdən keçirməyə əsas verir, sosial siyasətin iqtisadi və ideoloji məqsəd və vəzifələri isə sosial işçilərin professional fəaliyyətinin makrokontekstidir.



  1. Sosial təminatın əsas Avropa modelləri.

Sosial dəstəyin xarici və yerli praktikasında sosial təminat modelləri ictimai münasibətləri tənzimləyən və sosial kataklizmlərdən boyun qaçırmağa imkan yaradan mexanizmləri tapmağa can atan dövlətlərin tarixi yolunun mahiyyətini ifadə edirdilər. Sosial qanunvericilik, resursların tənzimlənməsi , paylanılması, həyat keyfiyyəti və cəmiyyətin nümayəndələrinin rifahı qərb və yerli sivilizasiyalarda sosial siyasətin əsas modellərinin formalaşdırılmasına imkan yaradan əsaslardan idilər. Bununla bağlı sosial siyasətin modelləri ictimai inkişafı, maddi rifahın, ehtiyatların bölgüsünü və yenidən paylanmasını tənzimləyən fəaliyyətin bir biri ilə əlaqəli olan prinsip və istiqamətləri kimi çıxış edirdilər.
Xarici ədəbiyyatda sosial siyasətin üç modelləri haqda danışmaq qəbul olunub. Lakin nəzərə almaq lazımdır ki, sosial siyasətin modelləri dinamik şəkildə inkişaf edir və rəhbər siyasi partiyalar cari məsələlərin həlli üçün bu və digər modellərin müxtəlif elementlərini istifadə edirlər, buna görə də konkret dövlətlərə aid olaraq burda ya tarixi ənənələrdən, yada ki sosial aksiyalarda özünü büruzə verən əsas meyllər haqda danışmaq olar.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin