Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə48/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   206
kitab tercume

Mövzu 4
SOSİAL İŞ SOSİAL SİYASƏT KONTEKSTİNDƏ
Mövzunun tədris kursunda yeri.
Bu mövzuda sosial siyasət kontekstində sosial işin problemləri haqda əsas təsəvvürlər əks olunub, müxtəlif ölkələrdə sosial siyasətin həyata keçirilməsinin xüsusiyyətləri göstərilib, sosial işin geniş anlamına olan yanaşmalar müəyyən olunub.
Araşdırılan əsas suallar

  1. Sosial siyasət”in predmet sahəsinin idrak sferası kimi müəyyən olunması problemləri.

  2. Sosial təminatın əsas Avropa modelləri.

  3. Sosial siyasətin yerli modelləri.

  4. Dövlətin rifahının Avropa konseptləri.

  5. Sosial rifahın yerli modelləri.

Sosial siyasət”in predmet sahəsinin idrak sferası kimi müəyyən olunması problemləri.


Bu gün sosial siyasətin akademik fənn kimi istiqamətlərini təyin etmək yetərincə çətindir, çünki o, mövzular və elmi problemlərin kifayət qədər böyük dairəsinə toxunur. Alimlərin bir hissəsi hesab edirlər ki, sosial siyasət özünə “tarixin, siyasətin, fəlsəfənin, sosiologiyanın və sosial xidmətlərin iqtisadiyyatının tədqiqini” daxil edən idrakın fənlər arası sahəsidir. Və problemlərin əsas konteksti öz məcmusunda “xalq sağlığına” xidmət göstərməli olan təhsil, tibb, mənzil tikintisi, maddi gəlir ilə bağlı olmalıdır.
Digər alimlər hesab edirlər ki, “cəmiyyətin sosial rifahının” problemləri siyasətin mərkəzi problemi olmalıdır. Lakin “sosial” anlayışının yayğınlığı onun predmet sahəsinin sərhədlərini müəyyən etməyə yol vermir.
Tədqiqatçıların üçüncü qrupu, məsələn, professor Marşall, hesab edir ki, “sosial siyasət dəqiq mənası olan “texniki” termin deyil, bu termin hökümətin siyasətinə vətəndaşların rifahına bir başa təsiri olan, onların xidmətlər və ya gəlirlərlə təminatı ilə bağlı hərəkətinə münasibətdə götürülür. Beləliklə, mərkəzi özəyi sosial sığortadan, milli yardımdan, sağlamlıq və rifah xidmətlərindən, mənzil tikintisi siyasətindən ibarətdir.” Mövcud yanaşma insanın həyat fəaliyyətinin ən vacib sferaları üzrə hökumətə təşəbbüs verən real, sinxronik münasibətlər və əlaqələr təhlil olunduğu zaman nöqteyi nəzəri əks etdirir və məhz bu aksiyalar elmi dərketmənin predmetləridir.
Sosial siyasətin elmi fənn kimi müəyyən olunmasının bütün çətinliklərinə baxmayaraq, onun spesifik anlam məkanını formalaşdıran bir sıra mövzu və problemlər mövcuddur. Kollektiv iştirak, maddi nemətlərin yenidən paylanması və bərabərlik, istehlak və planlaşdırma, cəmiyyətin ictimai təşkili və rifahı ilə bağlı olan problemlər - sosial siyasətin predmet sahəsinin konturunu cızmağa imkan yaradan suallardır. Sosial siyasətin predmet sahəsinin ən vacib tərkib hissələrini nəzərə alaraq Titmus ictimai təşkilat şəraitində sosial xidmətlər sisteminin əhalinin rifahını təmin etməyə yönələn tənzimləyici qüvvələr qismində çıxış etdiyi bir dövrdə kollektiv və fərdi tələbatların öyrənilməsini xüsusi olaraq vurğulayırdı. Beləliklə, sosial xidmətlər kollektiv və fərdi tələbatlar şəxsləşdirilmiş (personalaşdırılmış ) aksiya və proqramlar sistemində öz mühüm təşəkkülünü və ifadəsini qazandığı bir mexanizmdır. Sosial siyasətin və sosial işin problemləri ilə bağlı xarici ədəbiyyatda mövcud yanaşma sosial xidmətlərin sosial işin praktikası üçün kontekst və sosial siyasətin reallaşması üçün mexanizm olduğu durumda makro səviyyənin sosial iş konsepsiyalarının işlənib hazırlanmasında baza və əsas kimi çıxış edir.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin