Dövlət qanunvericilik reqlamentləşdirilməsi modeli. 2 Dövlətçiliyin formalaşması ilə bağlı ictimai münasibətlərin ən vacib atributu “sülh və əmin-amanlıq” və “ehtiram” olur. Yeni ideoloji konseptlərə əsasən hakimiyyət monastırların fəaliyyətinin reqlamentləşdirilməsinə, professional dilənçiliyin yayılmasının məhdudlaşdırılmasına istiqamənlənən siyasəti həyata keçirməyə can atır, aclıq və epidemiya ilə mübarizədə ilk addımlar atır.
Monastır təsərrüfatlarının dünyaviləşdirilməsi təkcə hakimiyyətin mütləqləşdirilməsinin formalaşması ilə yox, eləcə də şəhərlərə onların firavanlaşmasını təmin edən əhalinin müəyyən təbəqələri lazım olduğu dövrdə orta əsrlər urbanizasiyası ilə bağlı idi. Bununla əlaqədar olaraq “tacirlərin və ustaların” rahibliyə girmə mərasiminə ilk qadağalar yaranır. Qanunvericilik tədbirlərinin vasitəsi ilə hakim qüvvələr kilsəyə bir institut kimi ehtiyacı olanlara sosial yardımın bölgüsünü həvalə edərək, onun dilənçilərə, məzlumlara, kilsə adamlarına yönələn xeyriyyəçilik fəaliyyətinə təkan verməyə can atırdılar. Dövlət xeyriyyə müəssisələrinin fəaliyyətini, orada xəstələrin və yoxsulların yaşamasını öz nəzarəti altına götürür.
Aclıqla mübarizə işində dövlətin rolu artır. Bu məqsədlə prikazlar (idarələr) təşkil olunmağa başlayır. Belə ki, Taxıl prikazı aclıq ehtimalı üçün taxılın saxlanılan anbarlarına nəzarət edirdi. Yerli hakimiyyətin, kilsənin, feodalların və “kasıb insanların” aclıq dövründə fəaliyyətini reqlamentləşdirən bir sıra qanunlar qəbul olunur. Məsələn, qiymətlərə dövlət monopoliyasının tətbiq edilməsi, borca çörək paylamaq, bir feodaldan başqa torpaqlara keçmək hüququ nəzərdə tutulurdu.
Əsirləri pul verib əsarətdən çıxartmaq dövlətin nəzarəti altına alınır, xəzinə xüsusi vergi yığır, həyat yoldaşları və ataları “dövlət qulluğunda” həlak olan dul qadınlar və uşaqların dəstəklənməsi ilə bağlı ilk addımlar atılır.
İctimai sığınacaq modeli. 3 İctimai sığınacaq modeli özündə dövlət qanunvericilik reqlamentlərini, özəl və ictimai təşəbbüslər mexanizmlərini birləşdirir. Bu modelə ehtiyacı olanlara yardım və dəstəyə ərazi yanaşmalarının həyata keçirilməsi, yardım institutlarının mütləq minimumuna aid olan xidmətin müəyyən institusional standartlarının formalaşdırılması xasdır. Bu model üçün əhalinin müxtəlif təbəqələrinin iştirakı əsasında vəsaitlərin maliyyələşdirmə və bölgüsünün ərazi prinsipi səciyyəvidir. Mövcüd olan modeldə böyük rol prikazlar kimi dövlətin qanunvericilik nəzarəti altında olan xeyriyyə cəmiyyətlərinə və təşkilatlara məxsusdur. İctimai sığınacaq tək ehtiyacı olan insanların müxtəlif kateqoriyalarına göstərilən sosial yardımla kifayətlənmir, o həmçinin özünə tərbiyəedici və peşəkar, silki təlimləri, qadınların fəaliyyətin müxtəlif sahələrinə inteqrasiyasını, əlillərin təhsili və professional təlimi üzrə tədbirləri daxil edir. Bu modelə maliyyə siyasəti sahəsində demərkəzləşdirmə, ehtiyacı olanların sosial təminatına ümumi yanaşmaların olmaması, sosial dəstəklə bağlı məsələlərdə volyuntarizm, fəaliyyətin dövri xüsusiyyəti xasdır.