Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


Sosial təminat siyasətinin təhlili və planlaşdırılması



Yüklə 0,73 Mb.
səhifə61/206
tarix11.06.2023
ölçüsü0,73 Mb.
#128041
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   206
kitab tercume

Sosial təminat siyasətinin təhlili və planlaşdırılması – sosial qanunvericilik və dövlət, ictimai və xeyriyyəçi təşkilatların təqdim etdiyi sosial xidmətlər sferasına aiddir. Sosial aksiyaların planlaşdırılması prioritet məsələlər çərçivəsində həyata keçir. Sosial siyasət konsepsiyasına əsasən bu məsələlərə aşağıdakıları aid etmək olar: sosial xidmətlərin həcmini və keyfiyyətini müəyyən edən qulluğun dövlət standartlarının işlənib hazırlanması və həyata keçirilməsi; sosial xidmət müəssisələrinin fəaliyyətinin lisenziyalaşdırılmasının təşkili və onlara nəzarət; federal və regional proqramların reallaşmasının təminatı; sosial qulluq sistemi üçün kadrların hazırlığı və yenidən hazırlığı sisteminin inkişafı.
Sosial planlaşdırma əhalinin müxtəlif kateqoriyalarına sosial qulluq göstərən müəssisələrin inkişafına, resursların bölgüsünün tənzimlənməsinə və cəmiyyətin bütün nümayəndələrinin rifah səviyyəsinin formalaşmasına yönəlib.
Əhalinin gəlirlərinin dəstəyi proqramları sosial müavinətlər, kompensasiyalar və təqaüdlərlə əlaqələndirilirlər. Onlar ehtiyacı olan insanların işsiszlik, əlillik, sosial təminatsızlıq hallarında maliyyə müdafiəsinin və dəstəyin təminatına, sosial sığorta ödəmələrinin, dövlət maliyyə yardımının sosial ödəmələrinin həyata keçirilməsinə yönəliblər. Sosial sahənin islahatlandırılması prosesində kompensasiya ödəmələrinin effektivliyini təmin etməli olan bir sıra vəzifələr üzə çıxarılmışdır və bunlara aşağıdakıları aid etmək olar: təqdim olunan sosial ödəmələrin vacibliyinin artırılması; ehtiyacı olan vətəndaşlara maddi dəstəkdə federal orqanların, yerli özünüidarəetmə orqanların iştirak səviyyəsinin təyin edilməsi; sosial ödəmələrin təqdim olunmasında sığorta prinsiplərinin gücləndirilməsi və s.
Bu müddəaların məqsədi iqtisadi müdafiəni təqdim etmək və yaşayış minimumunun səviyyəsini qorumaq, iqtisadi resursları yenidən paylamaq və ehtiyacı olanlara köməyə gəlmək, bazar iqtisadiyyatının qeyri bərabər mükafatlarını tamamlamaq və kompensasiya etmək.
Sosial qulluq müəssisələrinin proqramları cəmiyyətdə ayrı-ayrı vətəndaşların qruplarının sosial funksiyalaşmasının bərpasına və qorunub saxlanmasına yönəlib. Sosial qulluq sistemi dövlət, bələdiyyə, qeyri-dövlət xidmət müəssisələrini özündə birləşdirir. Sosial xidmətlərin əsas funksiyaları sosial yardım, konsultasiya, sosial korreksiya və reabilitasiya, evdə və stasionar müəssisələrdə göstərilən sosial qulluq, ehtiyacı olanlara müvəqqəti sığınacaq təqdim edilməsi ilə bağlıdır. Əsas funksiyalara uyğun olaraq sosial xidmətlər fərqli istiqamətlərdə fəaliyyətdə ola bilərlər:

  • servis xidmətləri – informasiyanın, arayışın təqdim olunması, kliyentlərin müdafiəsi, kliyentin çətin həyat şəraitində iştirakı və həmiştirakı (sosial qulluq mərkəzləri, sosial qulluğun ərazi mərkəzləri, telefon vasitəsi ilə təcili psixoloji yardım mərkəzləri və s.);


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin