Rusiyada müasir sosial işin problem sahələri
Yeni yüzilliyin başlanğıcında sosial iş təcrübəsi hələ də sovet sisteminin identiklik mexanizmlərindən qurtulmayıb. Bu sistemdə yardıma borc kimi baxılırdı, bu bir növ idarə edən strukturlar tərəfindən əhalinin geniş təbəqələrinə ləyaqətli həyat vermək qeyri-mümkün olduğuna görə onlarla razılaşma idi. Belə yanaşma sosial passivliyi, sosial ələbaxımlıq psixologiyanı formalaşdırır, cəmiyyətin və ayrı-ayrı qrupların öz gələcəyinə cavab vermək istəməməsinə gətirib çıxardır.
Sosial dövləti formalaşdırıan yanaşmalara uyğun olaraq həm dövlət, həm də cəmiyyət tərəfindən göstərilən sosial yardım fəlsəfəsini hazırlamaq lazımdır. Burada identikliyin saxlanılmasının ən əhəmiyyətli dominantlarını göstərmək lazımdır: ərazi, mənəvi, intellektual, informasiya, yəni o əsaslar ki, burada qloballaşma prosesində milli sosiomədəni məkan formalaşdırılır.
Sosial iş mütəxəssislərinin peşəkar sahəsini təyin etmək lazımdır. Burada peşəkar fəaliyyətin və peşəkar hazırlığın standartları eyni olub sosial xidmətlər bazarından, müştərilərin sorğularından asılı olaraq dəyişir.
Sosial iş sahəsində peşəkar fəlsəfə identikliyi beynəlxalq standartlara cavab verməlidir, cəmiyyətdə sosial işçinin missiyası haqqında dünya təsəvvürlərinə əsaslanmalıdır. Peşəkar hazırlıq təhsilin unifikasiyasına (uyğunlaşmasına), praktikalara, biliklərin həcminə, sosial işçi və onun cəmiyyətdə rolu haqqında beynəlxalq təsəvvürlərə əsaslanaraq qurulmalıdır.
Gələcək mütəxəssis hazırlığı strategiyası beynəlxalq standartların və yerli təhsil ənənələrinin uyğunluğu istiqamətində qurulmalıdır.
Dostları ilə paylaş: |