Sosial işin mikrosəviyyəsi şəxsiyyətə, onun problemlərinə yanaşma məntiqində açılır. Bu isə şəxsiyyətin həyat strategiyasını təyin edən fərdi xüsusiyyətlər və həyat ssenarisi ilə bağlıdır. Biliyin bu sahəsinin əsas məsələləri aşağıdakılardır:
- şəxsiyyətin (onun cins-yaş, biososial, etnik, sosial problemlərinə əsaslanaraq) həyat ssenarisinin dərk edilməsi;
- müştərilərin şəxsi sorğuları əsasında yardım texnologiyaları və texnikalarının müzakirəsi;
- sosial subyektin "subyekt-subyekt" və "subyekt-obyekt" əlaqələri səviyyəsində fəaliyyətinin struktur xüsusiyyətlərinin üzə çıxardılması və s. Sosial iş nəzəriyyəsi modelinin axtarışında yuxarıda göstərilmiş strategiyaları ümumiləşdirərək, aşağıdakı qənaətə gəlmək olar: sosial işin bilik fenomeninin dərk edilməsində elmi axtarışlar sosial elmlər sistemindən kənar gedir. Burada, tədqiqatlara və praktik fəaliyyətin qiymətləndirilməsinə əsaslanaraq onun nəzəri paradiqmalarının axtarışı həyata keçirilir. Böyük diqqət ətraf mühitlə insanın qarşılıqlı təsirinin prosesinə verilir. Bu istiqamətdə biliyin müəyyən sahələri formalaşır, bir tərəfdən, sosial elmlərin bilikləri istifadə olunur, digər tərəfdən isə, onların əsasında sosial iş sosial həqiqətin anlamasında öz səviyyələrinə qalxır.
Çoxsəviyyəli sosial iş nəzəriyyəsində cəmiyyət dəyişiklikləri və insan həyat strategiyaları sistemi olan peşəkar fəaliyyətin tədqiqatına böyük yer verilir; buna uyğun insanın inkişaf nəzəriyyəsi, onun sosial davranışı, sosial institutlarla qarşılıqlı fəaliyyəti çoxsəviyyəli nəzəriyyənin tərkib hissəsi sayıla bilər.
Dostları ilə paylaş: |