Sosial yardımın alman modeli.
Sosial işin alman modelində vətəndaşlıq əsasında dövlət paternalizm prinsiplərindən istifadə olunur. Dövlət öz vətəndaşları qarşısında xidmətlərin minimum həddində verilməsinə, məcburi minimal yaşayış səviyyəsinin təmin edilməsinə görə öhdəlik daşıyır. Bu prinsiplər qanunvericilik tərəfindən tənzim olunur.
Almaniyada əhaliyə subsidiarlıq və fərdi yanaşma prinsiplərinə əsaslanan xidmət standartları mövcuddur. Qanunvericilikdə "çətin həyat vəziyyəti" göstərilmişdir ki, sosial işçinin əhaliyə yardım etməsi üçün bu, bir əsasdır. Qanunvericilikdə "Çətin həyat vəziyyəti" yalnız əhalinin hər kateqoriyası üçün yox, həm də dövlətin öz himayəsi altına götürdüyü zəif qrup üçün də müəyyən edilmişdir.
Burada böyük rol əhalinin zəif təbəqələrinə xeyriyyə yardımı göstərən qeyri-hökümət və ictimai təşkilatlar oynayırlar. Çatışmazlıqlar sırasında yardım modelinin konservatizmini, sosial problemlərin həllində kifayət etməyən operativliyi qeyd etmək olar. Təhsil standartları və təcrübə standartları uzlaşdırılmır. "Sosial pedaqogika" sahəsində fəaliyyətin tarixən yaranmış formaları sosial iş təcrübəsinə müəyyən dəyişikliklər gətirir.
Dostları ilə paylaş: |