Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə


Gənc mütəxəssisin peşəkar tərbiyəsi və mütəxəssisin təhsili



Yüklə 0,73 Mb.
səhifə223/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   ...   219   220   221   222   223   224   225   226   ...   294
Gənc mütəxəssisin peşəkar tərbiyəsi və mütəxəssisin təhsili

Gənc mütəxəssisin peşəkar fəaliyyətə hazırlığı anlayışı polistruktur və polifunksionaldır. Onda peşəkar fəaliyyət, onun subyekti, mərhələlər və peşəkar formalaşmanın səviyyələri haqqında mütəxəssisin peşəkar-şəxsi etalona uyğunluğu haqqında, peşəkar fəaliyyətin diaqnostikası haqqında, peşəkarlıq və başqa anlayışların məcmusu birləşir.

Akmeoloji yanaşmanı nəzərə alaraq şəxsin müstəqil şəkildə peşəkarlığın zirvələrinə yüksəlməsi beş mərhələ(pillə) -dən ibarətdir.

■ "optasiya" — peşəkar və şəxsi niyyətlərin formalaşmasıdır, fərdi-psixoloji xüsusiyyətləri nəzərə alaraq peşənin dərk edilmiş seçimi;

■ "peşəkar hazırlıq" — peşəkar istiqamətin formalaşması və peşəkar biliklər bacarıqlar və qabiliyyətlər sistemidir, peşəkar hadisələrin və məsələlərin nəzəri və praktik həlli təcrübəsinin əldə edilməsidir;

■ "peşəkar adaptasiya" — peşəyə daxil olma, yeni sosial rolun mənimsənməsi, peşəkar öz müqəddəratını təyin etmə, şəxsi və peşəkar keyfiyyətlərin formalaşması, peşəkar fəaliyyətin sərbəst icrası təcrübəsidir;

■ "ixtisaslaşma" — peşəkar mövqeyin formalaşması, şəxsi və peşəkar vacib keyfiyyət və bacarıqların peşəkarlıq üçün əhəmiyyətli təhsilə inteqrasiyası, peşəkar fəaliyyətin keyfiyyətlə yerinə yetirilməsi

■ "peşəkar ustalıq " — tam özünüreallaşdırmadır, psixoloji çevik inteqral törəmələrin əsasında şəxsiyyətin peşəkar fəaliyyətdə (yaradıcılıqla-yaradıcı prinsip, metod) özünü reallaşdırmasıdır.

Sosial işin aparıcı tərkib elementlərindən biri kimi peşəkarlıq sosial işçinin şəxsi və peşəkar keyfiyyətlərinə, dəyər oriyentasiyalarına və maraqlarına əsaslanır və formalaşır. Bu keyfiyyətlərin və biliyin inkişafına, peşəkar fəaliyyətin real modelinə daxil olmağa növbəti məsələlərin həlli imkan yaradır:

■ seçilmiş peşəyə marağın inkişafı;

■ peşəkar işin əsasları haqqında ilkin təsəvvürlərin formalaşması;



  • gələcək fəaliyyətə peşəkar-motivasiya yönümlü ustanovkanın formalaşmasına;

■ peşəkar-şəxsi "Mən - konsepsiyası"-nın formalaşması.

Peşəkar formalaşma məsələsi yalnız təhsil prosesində şəxsiyyətə yönəlmiş pedaqogikavasitəsi ilə həll edilə bilər (N.A. Rıbakova). Sosial işçiyə yalnız xüsusi şəxsi keyfiyyətlərin formalaşması şərti iləyerinə yetirməyi bacaracağı xüsusi missiya həvalə edilir — passionari missiyası.Onun şəxsiyyətinin zənginliyi ictimai əhəmiyyət daşımağa başlayır, həm istehsal, həm də sosial münasibətlərin inkişaf şərtinə çevrilir. Passionar missiya nəcibdir, amma onun icrası şərtləri mükəmməldən uzaqdır: "başqalarının" problemlərini həll edərək, bir tərəfdən bunu öz peşəkar vəzifəsi hesab edib, digər tərəfdən həyatda təyinatı olaraq qəbul edərək sosial işçi sosial cəhətdən "xəstə" insanlara və cəmiyyətə neqativ hadisələrdən azad olmağa kömək edir: qeyri-konstruktiv həyat mövqeləri, ictimai münasibətlərin natamamlıqları, davranış stereotipləri, neqativ ustanovkalar, reaksiya verilməyən aqressiya, sosial gərginlik, qorxular və s. İnsanları öz problemlərini müstəqil həll etməyə öyrədərək, sosial işçi ictimai şüuru bununla inkişafın yeni pilləsinə yüksəldir, öz peşəkar və şəxsi imkanlarından icmanın, millətin, cəmiyyətin və bəşəriyyətin konkret şəxsin özünüdərkinin artmasına təsir etmək üçün istifadə edir. Bu missiyanı yalnız onun qarşısında duran sosial məsələlərin həllinə daxilən və peşəkarlıqla hazırlanmış yetkin şəxsiyyət yerinə yetirə bilər.




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin