Sosial işçinin şəxsiyyətinə aid olan prinsiplər:
1. Sosial iş üzrə mütəxəssis sosial təcrübə ilə məşğul olmalıdır. Bu prinsip bir tərəfdən sosial işçini, yalnız ona qanunla icazə verilmiş, təhsil prosesində əldə edilmiş bacarıqları və qabiliyyətləri reallaşdırır, digər tərəfdən, o bizim cəmiyyətin fenomen kimi məzmunu, hədəfləri və sosial təcrübənin, müəyyən mütəxəssislər qrupunun peşəkar fəaliyyətinin mövcudluğu.
2. Sosial işçi öz fəaliyyətini şüurlu təşkil etməlidir. Sosial iş təcrübəsinin baza elementi işçilərin əhaliyə yardım üzrə effektiv münasibətlər qurması və dəstəkləməsi qabiliyyətidir.
3. Sosial işçi peşəkar obyektivliyə riayət etməlidir. Müştərinin əhatə mühitindən fərqli olaraq peşəkar emosional bitərəfliyi saxlayaraq müştərilərlə münasibətlərə, onların çətinliklərinin müəyyənləşdirilməsinə yeni ölçü daxil edir.
4. Sosial işçi insanların biri birinə bənzəməməsinə (müxtəlifliyinə) hörmət etməlidir. Sosial işçinin fəaliyyəti fərqli milli və etnik birlikləri, mədəniyyətləri, hər hansı fiziki və ya əqli məhdudiyyətlərə(xəstəliklərə) malik olan insanları, hər iki cinsi, cinsi orientasiyanı və yaşları təmsil edən cəmiyyətin bütün qatlarından olan insanlara yönəldilmişdir. İnsan müxtəlifliyi insanların davranışında, onların ailə, kollektiv və hətta cəmiyyətlə qarşılıqlı təsirində ifadə olunur.
İnsan müxtəlifliyini, onunla bağlı həyatı qavramaların müxtəlifliyini nəzərə almaq, onlara dözüm praktik sosial işin effektivliyini şərtləndirir.
5. Sosial işçi şəxsi və peşəkar yüksəlməyə nail olmalıdır.
Dostları ilə paylaş: |