Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti



Yüklə 0,68 Mb.
səhifə17/85
tarix19.09.2023
ölçüsü0,68 Mb.
#129090
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   85
Şəfa Əliyev-Azərbaycanın xarici iqtisadi siyasəti-Dərs vəsaiti-2015-prof. Şəfa Əliyev

Yüksəliş dövründə - əsas etibarılə mal iri partiyalarla istehsal olunur, qiymət faktoru rəqabət mühitində ciddi amil kimi dəyərləndirilir və ilkin istehsalçının artıq rəqabət mühitinə davamlılığı zəiflədiyindən istehsalın inkişaf etməkdə olan ölkələrə yerdəyişməsi baş verir. Bu ilk növbədə artıq standartlaşdırılmış istehsal proseslərində ucuz işçi güvvəsindən istifadənin effktivliyi ilə izah olunur.
Düşmə (eniş) dövründə isə - inkişaf etmiş ölkələrdə tələbatın azalması səbəbindən istehsalın həcmi düşür və tədricən istehsal və satış bazarları inkişaf etməkdə olan ölkələrdə cəmləşir və malın ilk istehsalçısı (ixtiraçısı) idxalçıya çevrilir.
Amma bu nəzəriyyədə də ziddiyyətlər mövcuddur.Belə ki, bir çox istehsal sahələrinin real həyatını əks etdirsə də, beynəlxalq ticarət tendensiyalarını tam mükəmməl əhatə edə bilmir. Çünki bir çox qısa həyat dövriyyəli malların daşınması baha başa gəldiyindən və tələbatçıların məhdudluğundan bu nəzəriyyənin müddəalarına uyğun gəlmir (məsələn Azərbaycanda bu tip mallar - kimyəvi turşular (maye formasında), sıxılmış qazlar, mişar daşları, iri qabaritli poliefir tərkibli su boruları, dəmir-beton özüllü platformalar, körpü konstruksiyaları, kənd təsərrüfatları məhsullarının bir hissəsi və s.).
«Həcmin effektivliyi» nəzəriyyəsi (Economy - of Scale Theory). XX əsrin 80-cii illərin əvvəlində P.Kruqman, K. Lankaster və başqaları «həcmin effektivliyi» nəzəriyyəsinin irəli sürmüşlər. Bu makroekonomik nəzəriyyənin mahiyyəti - müəyyən texnologiya və istehsalın təşkili prosesində uzunmüddətli orta xərc maddələri istehsalın həcminin artması nəticəsində azalır və kütləvi istehsalı şərtləndirən iqtisadiyyat formalaşır. Bu halda istehsalçı ölkələr kütləvi istehsallar üzrə ixtisaslaşmaya üstünlük verərək beynəlxalq ticarətin köməyi ilə mal mübadiləsi proseslərinə girirlər, satış bazarları genişlənir, inteqrasiya elementləri bazara daxil olur və s. Bu nəzəriyyənin ziddiyətliri onunla izah edilir ki, göstərilən proseslərdə iri istehsalçıların birləşməsi monopolizmə gətirib çıxarır və çox iri transmilli korporasiyalar beynəlxalq ticarət bazarlarını ələ keçirirlər. Bu isə onların həmin proseslərə təsir etmək imkanlarını genişləndirir (qiymətlər, tariflər, istehsal xərcləri, istehsal prinsipləri, standartlar və s.).

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin